Azərbaycanın dövlət borcu məlum oldu
Digərləri 28 Yan 2025 13:51:00 106 0
2025-ci il 1 yanvar tarixinə dövlət büdcəsində dövlət borcuna və öhdəliklərinə xidmətlə bağlı 1295,6 milyon manat məbləğində xərclər nəzərdə tutulub. 2024-cü il ərzində qeyd olunan xərclərdən daxili dövlət borcu üzrə 170,3 milyon manatın (faiz borcu üzrə), xarici dövlət borcu üzrə isə 1125,2 milyon manatın (əsas borc üzrə 850,0 milyon manat, faiz borcu üzrə 275,2 milyon manat), cəmi 1295,5 milyon manatın ödənilməsi təmin edilib.
Bu xəbəri də oxu: Dövlətə məxsus gəmilər satılır Qiymətlər
Bu barədə Son.az Maliyyə Nazirliyinə istinadən xəbər verir.
Melumata görə, 2024-cü ilin dövlət büdcəsində nəzərdə tutulan dövlət borcuna xidmətlə əlaqədar xərclərin il ərzində qənaət olunmuş 0,1 milyon manat (bank xərci) məbləğində hissəsi isə "Dövlət borcu haqqında" Azərbaycan Respublikası Qanunun 13.2.4-cü maddəsinə uyğun olaraq "Dövlət borcu və zəmanəti üzrə öhdəliklərin Təminat Fondu"na köçürülüb.
Xarici borclanma hesabına icrası davam etdirilən layihələr çərçivəsində vəsaitin istifadəsi üzrə təqdim edilmiş operativ məlumatlar və xarici dövlət borcu üzrə əsas borc ödənişləri nəzərə alınmaqla, 2025-ci il 1 yanvar tarixinə xarici dövlət borcunun səviyyəsi 5160,0 milyon ABŞ dolları və ya 2024-cü il üzrə ÜDM-in 6,9 faizini təşkil edir.
Dövlət qiymətli kağızlar bazarının inkişafının dəstəklənməsi və "Azərbaycan Respublikasında dövlət borcunun idarə edilməsinə dair orta və uzun müddət üçün Strategiya"sına uyğun olaraq xarici borcun daxili borcla əvəzlənməsi istiqamətində məqsədyönlü daxili borclanma siyasətinin həyata keçirilməsi nəticəsində daxili dövlət borcunun səviyyəsi operativ məlumatlara əsasən 2025-ci il 1 yanvar tarixinə 18659,7 milyon manat təşkil edib.
Tanınmış jurnalist, Qarabağ qazisi İlham Tumas baş redaktor təyin olunub.
İşğaldan azad edilən ərazilərin bərpasına ötən il xərclənən vəsait
BluTV-nin fenomen serialı "Behzat Ç."fevralın 8-də Ankarada üçü
DiN Su Nəqliyyatında Polis İdarəsinin əməkdaşları tərəfindən xidməti
Azərbaycanda yeniyetmə qız falçının proqnozlarından sonra psixi xəstəli
HMPV - insan pnevmovirusu - öskürək, burun tutulması,zökəm, yüksək tempe
SEPAH Komandanı 27 yanvar 2025-ci il tarixində verdiyi açıqlamada İranın
ABŞ-ın Kaliforniya ştatının Los-Anceles şəhərində baş verən meşə ya
Azərbaycanda müəllimlərin növbəti dəfə sertifikasiyadan keçəcəyi göz
İranın Ali Mədəni İnqilab Şurasının katibi Əbdülhüseyn Xosropənah C�
Yanvarın 28-də nəqliyyat məsələlərinə həsr olunmuş müşavirə keçiri
Bir sıra yerli media orqanlarında və sosial şəbəkələrdə Respublika Neyr
AMEA-nın Rəyasət Heyətinin növbəti iclasında Respublika Seysmoloji Xidmə
Xəbər verdiyimiz kimi, yanvarın 21-də Ceyhun Akif oğlu Süleymanov müalic�
Ötən il noyabrın 7-də Eritreyada saxlanılan üç Azərbaycan gəmisi hələ