Müəllimlər sertifikasiya barədə açıqlamanın gecikməsindən
Digərləri 28 Yan 2025 13:20:00 90 0
Azərbaycanda müəllimlərin növbəti dəfə sertifikasiyadan keçəcəyi gözlənilir. Sertifikasiyanın nə vaxt başlayacağı, hansı fənninin müəllimlərinin cəlb ediləcəyi isə rəsmi olaraq açıqlanmayıb.
Bu xəbəri də oxu: Bu şadlıq sarayında mənşəyi naməlum məhsullar aşkarlandı
Son.az xəbər verir ki, bir neçə gün əvvəl modern.az-a daxil olan məlumata görə, 2025-ci ildə 7 fənnin - tarix, fizika, kimya, biologiya, coğrafiya, texnologiya, informatika müəllimlərinin sertifikasiyası təşkil ediləcək.
Ancaq fənlərlə bağlı yekun qərar hələlik verilməyib. Məsələ ilə bağlı məktəb direktorlarına məlumat verildiyi bildirilir. Elm və təhsil naziri Emin Əmrullayevin son həftələrdə məktəb direktorları ilə görüşlərdə də sertifikasiya prosesinin müzakirə edildiyi, onlara bu barədə tapşırıqlar verildiyi qeyd olunur.
Məsələ barədə qərarı Elm və Təhsil Nazirliyinin Təhsilverənlərin Sertifikatlaşdırılması Şurası verir. Ancaq Şuranın hələlik iclası keçirilməyib. Prosesin gecikməsi müəllimlər arasında narazılığa səbəb olub.
Modern.az-a danışan elm və təhsil eksperti Kamran Əsədov bildirib ki, təqvim ilində həyata keçiriləcək fəaliyyətlərlə bağlı öncədən planlaşdırma elan olunmalıdır:
"Bu istiqamətdə Dövlət İmtahan Mərkəzinin çox yaxşı bir təcrübəsi var. DİM 2025-ci ildə keçirəcəyi müxtəlif imtahanlarla bağlı qrafiki artıq elan edib. Hər kəs özünün işini ona uyğun olaraq müəyyənləşdirir. Baxmayaraq ki, bu insanlar müəllimdirlər, ancaq onlar təkcə ixtisaslarından imtahan vermirlər. Eyni zamanda digər kurikulum və tədris materiallarından da suallara cavab verirlər. Ona görə də imtahan vaxtı birmənalı şəkildə öncədən elan olunmalıdır. Hesab edirəm ki, 2-3 ay qalmış imtahan vaxtının elan edilməsi müəllimlərdə müəyyən qədər psixoloji gərginlik yaradacaq".
Ekspert bildirib ki, sertifikasiya Azərbaycanda təhsil sisteminin inkişafına yönəlmiş vacib prosesdir:
"Amma bu prosesi sürətli etmək yaxşı hal deyil, hətta bu qanunvericiliyə də ziddir. Çünki müəllimlərin sertifikasiya imtahanlarının yay aylarında elan edilsə, müəllimlər vaxtlarını orta məktəblərdə dərslərindənsə bu imtahana hazırlaşmağa daha çox vaxt ayırmaqla keçirəcək. Ona görə də biz vaxtı ən azından 7-8 ay əvvəl elan etməliyik ki, müəllimlər də işlərini qura bilsinlər. Onların birdən-birə sertifikasiya prosesinə daxil olması tədrisin təşkilində də müəyyən gərginlik yaradacaq. Hesab edirəm ki, biz bu yanaşmanı dəyişməliyik. Bu çətin proses deyil, onsuz da bütün fənnlər üzrə sertifikasiya olacaq. Biz elan etməliyik ki, hansı ayda hansı fənnlər üzrə sertifikasiya olacaq, proses necə təşkil olunacaq. Bunu nə qədər gec etsək tədrisin gedişinə mane olacağıq"
K.Əsədov qeyd edib ki, Təhsilverənlərin Sertifikasiyası Şurasının yığışması o qədər çətin məsələ deyil:
"Onlar başqa planetdən gəlməyəcəklər, ya da hansısa çətin proses təşkil olunmayacaq. İndiyə qədər ibtidai sinif, Azərbaycan dili və ədəbiyyat, ingilis dili müəllimlərinin sertifikasiyası olub. Biz növbəti hansı fənnlərin imtahanının keçiriləcəyini konkret olaraq elan etməliyik. Tədrisin ən vacib elementi vaxtı düzgün planlaşdırmaqdır. Amma təhsilin idarə edilməsindəki problem ümumi tədrisin təşkilinə də öz mənfi təsirini göstərir".
İranın Ali Mədəni İnqilab Şurasının katibi Əbdülhüseyn Xosropənah C�
Yanvarın 28-də nəqliyyat məsələlərinə həsr olunmuş müşavirə keçiri
Bir sıra yerli media orqanlarında və sosial şəbəkələrdə Respublika Neyr
AMEA-nın Rəyasət Heyətinin növbəti iclasında Respublika Seysmoloji Xidmə
Xəbər verdiyimiz kimi, yanvarın 21-də Ceyhun Akif oğlu Süleymanov müalic�
Ötən il noyabrın 7-də Eritreyada saxlanılan üç Azərbaycan gəmisi hələ
Ermənistanın baş naziri Nikol Paşinyanın İsveçrənin Sürix şəhərində
Yanvarın 29-a gözlənilən hava şəraiti açıqlanıb.
Qərbi Azərbaycan İcması Levon Ter-Petrosyanın 1993-cü ildə Ermənistanın
Avropa İttifaqının Azərbaycanla sərhəddə yerləşdirilmiş "müşahi
Milli Qəhrəmanımız İqor Kşnyakinin oğlu Oleq Kşnyakin atasının məzar�
Son zamanlar bələdiyyələrin aktivləşməsi, bələdiyyə vergilərinin topl
Rusiyanın Perm şəhərində məktəblinin çantasında xarici batareya (power
İnklüziv cəmiyyətin inkişafına dəstəyinin davamı olaraq, "Nar"
Son dövrlərdə hərbçilərin maaş artımı ilə bağlı müsbət qərarlar q