Klinika 37 yaşlı kişini necə öldürüb? – Xanımı danışdı


Digərləri 28 Yan 2025 12:56:00 100 0

Klinika 37 yaşlı kişini necə öldürüb? – Xanımı danışdı

Xəbər verdiyimiz kimi, yanvarın 21-də Ceyhun Akif oğlu Süleymanov müalicə aldığı "Medilife" klinikasında dünyasını dəyişib.

Son.az xəbər verir ki, mərhumun həyat yoldaşı müraciət ünvanlayıb və Ceyhun Süleymanovun ölümü ilə bağlı bəzi məlumatları paylaşıb.

"Yoldaşım 1988-ci il təvəllüdlü Ceyhun Akif oğlu Süleymanov yanvarın 21-də səhər saatlarında Bakıxanov qəsəbəsində yerləşən "Stimul" klinikasına müayinə üçün müraciət edir. Orada olduğu müddətdə təzyiqi aşağı düşür və oranın həkimləri onun özünü dərman almaq üçün aptekə göndərirlər. Yoldaşım "Stimul" klinikasına müayinə olunmaq məqsədilə gedib. Klinikada narkoz həkimi olmadığı üçün onu həmin ərazidə yerləşən "Medilife" klinikasına yönləndirirlər. Həmin klinikada heç bir analiz edilmədən, həkim yoxlanışı aparılmadan dərhal yoldaşımın bağırsağını 3-4 dəfə yuyurlar.

Günorta saat 14:00-15:00 radələrində yoldaşım anasına zəng edib deyib ki, klinikadadır və vəziyyəti yaxşıdır, bağırsaqları tam yuyulandan sonra evə qayıdacaq. Hətta həmin ərəfədə palatada özünü videoya da çəkib. Daha sonra ondan xəbər alınmır. Onunla gedən dostunun dediyinə görə, evlə danışandan sonra yenə bağırsağı yuyulur və bundan sonra klinikanın dəhlizində həkimlər təşvişlə ora-bura qaçırlar ki, bəs, xəstə ayılmır.

21.01.2025 tarixindən bu günə qədər bizə yoldaşımın hansı səbəbdən dünyasını dəyişməsi barədə həmin klinikadan məlumat verilməyib. Aidiyyəti qurumlardan, xüsusilə yoldaşımın ölümü ilə əlaqədər bu işi aparan Sabuncu Rayon Prokurorluğu, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi, TƏBİB-dən və ümumiyyətlə bu işlə bağlı araşdırma apara biləcək qurumlardan artıq dərəcədə təvəqqe edirəm ki, iki azyaşlı övladım və mərhum yoldaşımın hər iki xəstə valideyni ilə düşdüyümüz naəlac vəziyyətimizə etinazsız və laqeyd yanaşılmasın. Bu ölüm işində təqsirkar və səbəbəkar olan hər kəs araşdırılaraq cəzalandırılsın.

Mənim səhhətimlə bağlı problemlərim var, heç bir yerdə işləmirəm. Qayınatam və qayınanam ağır xəstədir. Evimizdə yeganə işləyən şəxs yoldaşım idi. Aidiyyəti qurumlardan çox xahiş edirəm ki, mənə kömək edəsiniz ki, 11-12 yaşlı övladlarımın gözüyaşlı qalmalarının səbəbkarlarının kimliyi müəyyənləşsin".

Azərbaycanın Eritreyada saxlanılan üç gəmisi ilə bağlı SON MƏLUMAT like
  • 28 Yan 12:50  
Digərləri Azərbaycanın Eritreyada saxlanılan üç gəmisi ilə bağlı SON MƏLUMAT

Ötən il noyabrın 7-də Eritreyada saxlanılan üç Azərbaycan gəmisi hələ

arrow Ətraflı
Paşinyan özünü "dəliliyə" vurub? like
  • 28 Yan 12:41  
Siyasət Paşinyan özünü "dəliliyə" vurub?

Ermənistanın baş naziri Nikol Paşinyanın İsveçrənin Sürix şəhərində

arrow Ətraflı
12 dərəcə şaxta, külək, duman...  Sabahın HAVASI like
  • 28 Yan 12:39  
Digərləri 12 dərəcə şaxta, külək, duman... Sabahın HAVASI

Yanvarın 29-a gözlənilən hava şəraiti açıqlanıb.

arrow Ətraflı
Avropa İttifaqının “müşahidəçilər"i sərhəddə yenidən fəallaşıb like
  • 28 Yan 12:31  
Siyasət Avropa İttifaqının “müşahidəçilər"i sərhəddə yenidən fəallaşıb

Avropa İttifaqının Azərbaycanla sərhəddə yerləşdirilmiş "müşahi

arrow Ətraflı
İqor Kşnyakinin oğlu atasının məzarı başında like
  • 28 Yan 12:24  
Digərləri İqor Kşnyakinin oğlu atasının məzarı başında

Milli Qəhrəmanımız İqor Kşnyakinin oğlu Oleq Kşnyakin atasının məzar�

arrow Ətraflı
Bələdiyyəyə nə qədər vergi ödəməliyik? like
  • 28 Yan 12:14  
Digərləri Bələdiyyəyə nə qədər vergi ödəməliyik?

Son zamanlar bələdiyyələrin aktivləşməsi, bələdiyyə vergilərinin topl

arrow Ətraflı
Məktəbdə qorxu dolu anlar  Şagirdin çantasında görün nə partladı like
  • 28 Yan 12:07  
Dünya Məktəbdə qorxu dolu anlar Şagirdin çantasında görün nə partladı

Rusiyanın Perm şəhərində məktəblinin çantasında xarici batareya (power

arrow Ətraflı
Hərbçilərə sevindirici XƏBƏR  1314cü maaşlar verilir like
  • 28 Yan 11:58  
Digərləri Hərbçilərə sevindirici XƏBƏR 1314cü maaşlar verilir

Son dövrlərdə hərbçilərin maaş artımı ilə bağlı müsbət qərarlar q

arrow Ətraflı
Avropa yeni təhlükəyə hazır deyil like
  • 28 Yan 11:54  
Siyasət Avropa yeni təhlükəyə hazır deyil

Avropa tarixi bir dönüş nöqtəsinə çatıb. Ən təhlükəlisi odur ki, bun

arrow Ətraflı
Azərbaycanda bu yanacaqdoldurma məntəqəsi bağlandı like
  • 28 Yan 11:46  
Digərləri Azərbaycanda bu yanacaqdoldurma məntəqəsi bağlandı

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidməti Şabran r

arrow Ətraflı
Kəlbəcərli Ələddinin koreyalı məhəbbəti  VİDEO like
  • 28 Yan 11:40  
Digərləri Kəlbəcərli Ələddinin koreyalı məhəbbəti VİDEO

Azərbaycanlı Ələddin Mehralızadə Koreyadan olan Minci Kim adlı xanımla a

arrow Ətraflı
Dövlət əleyhinə çağırış edən Elşən Kərimova hökm oxundu like
  • 28 Yan 11:39  
Digərləri Dövlət əleyhinə çağırış edən Elşən Kərimova hökm oxundu

Dövlət əleyhinə yönələn açıq çağırışlar etməkdə ittiham olunan E

arrow Ətraflı
ANAMAdakı yoxlamaların detalları: Nəticələr parlamentə göndəriləcək like
  • 28 Yan 11:23  
Digərləri ANAMAdakı yoxlamaların detalları: Nəticələr parlamentə göndəriləcək

Xəbər verdiyimiz kimi, bir müddət əvvəl Hesablama Palatası Azərbaycan Re

arrow Ətraflı