Bələdiyyəyə nə qədər vergi ödəməliyik?
Digərləri 28 Yan 2025 12:14:00 80 0
Son zamanlar bələdiyyələrin aktivləşməsi, bələdiyyə vergilərinin toplanması ilə bağlı tədbirlərin genişləndirilməsi müşahidə edilir. ncaq əhali arasında bu istiqamətdə məlumatlılığın təmin edilməməsi səbəbindən onlarda xeyli suallar yaranıb.
Bu xəbəri də oxu: Moskvaya uçan təyyarə Xəzərin üzərində qəza siqnalı verdi
Bələdiyyələr əmlak və torpaq vergisini necə hesablayırlar, vətəndaşlar vergiləri vaxtında ödəmədikdə bələdiyyələr hansı addımları ata bilərlər?
Son.az xəbər verir ki, məsələ ilə bağlı vergi mütəxəssisi, sərbəst auditor Altay Cəfərov əmlak vergisinin hesablanması və ödənilməsi qaydalarına aydınlıq gətirib.
A.Cəfərov bildirib ki, vergi Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, yerli vergilər, yəni bələdiyyə vergiləri aşağıdakılardır:
" - Vergi Məcəlləsinin 206.1-1-ci və 206.3-cü maddələrində nəzərdə tutulmuş hallarda fiziki şəxslərin torpaq vergisi;
- Məcəllənin 198.1-ci maddəsində nəzərdə tutulmuş halda, fiziki şəxslərin əmlak vergisi;
- Bələdiyyə mülkiyyətində olan müəssisə və təşkilatların mənfəət vergisi.
Əmlak vergisinin hesablanması Vergi Məcəlləsinin 198 və 200-cü maddələri ilə tənzimlənir. Eləcə də hesablama zamanı Bakı şəhərindəki əmlaklar üçün istifadə edilən zonalar üzrə əmsallar Nazirlər Kabinetinin 2015-ci il 6 aprel tarixli 101 nömrəli Qərarına uyğun müəyyən olunur.
Vergi Məcəlləsinin 198.1-ci maddəsinə əsasən, fiziki şəxslər binalara, su və hava nəqliyyatı vasitələrinə görə əmlak vergisini aşağıdakı qaydada və dərəcələrlə ödəyirlər: - onların xüsusi mülkiyyətində olan binaların sahəsinin (yaşayış sahələrinə münasibətdə - binaların 30 kvadratmetrdən artıq olan hissəsinin) hər kvadratmetrinə görə aşağıdakı cədvəldə göstərilən dərəcələr tətbiq edilir (bina Bakı şəhərində yerləşdikdə, həmin dərəcələrə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi 0,7-dən aşağı və 1,5-dən yuxarı olmayan əmsallar tətbiq edilməklə)".
A.Cəfərov bildirib ki, vətəndaşlara Bakı şəhərində bələdiyyələr tərəfindən əmlak vergisi hesablanan zaman zonalar üzrə əlavə əmsallar tətbiq edilir: "Həmin əmsallar Nazirlər Kabinetinin 2015-ci il 6 aprel tarixli 101 nömrəli "Azərbaycan Respublikası Vergi Məcəlləsinin 198.1.1-ci maddəsində nəzərdə tutulmuş fiziki şəxslərin əmlak vergisi məqsədləri üçün Bakı şəhərində yerləşən binalara tətbiq edilən əmsallar"ın təsdiq edilməsi barədə" Qərarı ilə müəyyən olunub və Bakı şəhəri 12 zonaya bölünüb. Paytaxtda 0,7-1,5 hədlərində əmsallar tətbiq edilir. Ən yüksən zona birinci, ən aşağı isə 12-ci zonadır".
Həmin Qərarın 1-ci bəndinə əsasən, Bakı şəhərində yerləşən binalara tətbiq edilən əmsallar aşağıdakı cədvələ uyğun müəyyən edilir:
Nə qədər əmlak vergisi ödəməliyik?
A.Cəfərov bu əmsallar nəzərə alınmaqla Bakıda və digər regionlarda xüsusi mülkiyyətdə olan evlərə və mənzillərə görə əmlak vergisinin hesablanması qaydasını da açıqlayıb: "Tutaq ki, vətəndaşın Bakı şəhərində 1-ci zonada (şəhərin mərkəzində) 200 kvadratmetr mənzil sahəsi var. Həmin əmlaka görə bələdiyyəyə ödənilməli verginin məbləği belə hesablanacaq:
200 - 30 = 170 kv.metr; 170 x 0,4 = 68 manat; 68 x 1,5 = 102 manat.
Deməli, həmin mənzilə görə əmlak sahibi illik 102 manat əmlak vergisini bələdiyyəyə ödəməlidir.
Əgər vətəndaşın 200 kvadratmetr sahəsi olan mənzili Gəncə şəhərindədirsə, onun əmlak vergisinin məbləği 51 manat təşkil edəcək:
(200 - 30) x 0,3 = 51 manat.
Qəbələ şəhərində yaşayan vətəndaşa məxsus 200 kvadratmetr sahəsi olan mənzilə görə əmlak vergisinin məbləği isə 34 manat olacaq:
(200 - 30) x 0,2 = 34 manat.
Məbləğlərin fərqli olması regionlar üzrə tətbiq edilən əmsalların dəyişməsi ilə bağlıdır".
Yuxarıda göstərilən qaydalar və hesablamalar yaşayış sahələrinə aiddir. Bəs qeyri-yaşayış sahələrinə görə əmlak vergisi necə hesablanır? A.Cəfərov bu suala da aydınlıq gətirib: "Bu məsələ də Vergi Məcəlləsi ilə tənzimlənir. Məcəllənin 198.1.1-ci maddəsinin tələblərinə əsasən, yaşayış sahələrinə görə 30 kvadratmetr sahə vergidən azaddır. Ancaq bu, qeyri-yaşayış sahələrinə aid deyil. Ona görə də obyektlərin tam ölçüsü əmlak vergisinə cəlb edilir. Tutaq ki, vətəndaşın Bakı şəhərində 3-cü zonada 150 kvadratmetr qeyri-yaşayış sahəsi (icarəyə verdiyi obyekti) vardır. Onun əmlak vergisi bələdiyyə tərəfindən aşağıdakı qaydada hesablanacaq:
150 x 0,4 = 60 manat;
60 x 1,3 = 78 manat.
Rusiyanın Perm şəhərində məktəblinin çantasında xarici batareya (power
İnklüziv cəmiyyətin inkişafına dəstəyinin davamı olaraq, "Nar"
Son dövrlərdə hərbçilərin maaş artımı ilə bağlı müsbət qərarlar q
Avropa tarixi bir dönüş nöqtəsinə çatıb. Ən təhlükəlisi odur ki, bun
Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidməti Şabran r
Azərbaycanlı Ələddin Mehralızadə Koreyadan olan Minci Kim adlı xanımla a
Dövlət əleyhinə yönələn açıq çağırışlar etməkdə ittiham olunan E
Xəbər verdiyimiz kimi, bir müddət əvvəl Hesablama Palatası Azərbaycan Re
İran rejimi general Qasım Süleymaninin qətlindəki roluna görə Donald Tram
Süni intellekt texnologiyasından istifadə hallarının atdığı bir dövrdə
Elm və Təhsil Nazirliyinin İqtisadiyyat İnstitutunda nahar fasiləsinin müd
Rusiyanın Yekaterinburq qarnizonu hərbi məhkəməsi keçmiş təhlükəsizlik
Ötən gün hərracların bağlanışında Avropada qazın 1 000 kubmetrinin qiy