Müdirin qızını yoldan çıxarıb varlandı Yanan otelin sahibi barədə BİLİNMƏYƏNLƏR
Digərləri 30 Yan 2025 12:17:00 69 0
78 nəfərin yanaraq öldüyü "Grand Kartal" otelində baş verən fəlakətə görə məsul olan müdir Halit Ergül bir vaxtlar odunçu olub. Çalışdığı otel sahibinin qızı ilə evləndikdən sonra o, müdir olub və öz otel şəbəkəsini qurmaq üçün hər cür pisliyə əl atıb.
Bu xəbəri də oxu: Bəzi həkimlərin pasienti "yeriyen pul" kimi görməsi insanları "Check up"dan uzaqlaşdırır
Son.az Halit Ergül barədə yazını təqdim edir:
Halit Ergül Bolunun mərkəzindəki 'Susuzkınık' kəndində anadan olub. İbtidai və orta məktəbi bitirdikdən sonra lisey üçün Boluya gedib. Yay aylarında bir çox kəndlilər kimi odunçu işləyirdi. Bu arada, 1978-ci ildə rizəli iş adamı Mazhar Murtezaoğlu Kartalkayada ilk 'Kartal' adlı otelini tikdi. Yaxınlıqdakı kənd sakinləri də oteldə işləyirdilər. Ergül orta məktəbi bitirdikdən sonra kəndindən 15 kilometr aralıda yerləşən bu oteldə işləməyə başlayıb. Mühasibatlıq şöbəsində işləyirdi. Həmin dövrü xatırlayanların dediyinə görə, o, kargüzarlıq işi ilə məşğul olurdu. Bu işlərə başı qarışan Halit Ergül universitet oxumadı.
Halit Ergülün arvadı, qaynatası və özü
Oyanıq kürəkən
Bu müddət ərzində o, otelin sahibi Mazhar Murtezaoğlunun qızı Əminə Murtezaoğlu ilə də tanış olub. Onların tanışlığı bir müddət sonra emosional münasibətə çevrilib. Daha sonra Ergül ailəsi Əminə Murtezaoğlunu istəməyə getdilər. Ata Mazhar Murtezaoğlu əvvəlcə bu vəziyyətin əleyhinə olsa da, zaman keçdikcə evliliyə razılıq verdi. Onlar 1987-ci ildə evləndilər. Halit Ergül işçi kimi girdiyi otelin sahibinin kürəkəni oldu. Onun dominant qayınatasının rəğbətini qazanması çox çəkmədi. Bir müddət sonra qayınatasının "sağ əli" oldu.
İkinci oteli açdılar
Kartal otelində işlər yaxşı gedirdi. Mazhar Murtezaoğlu, bir neçə dəfə böyük olan ikinci otelini məhz bu otelin yanında tikdirdi. O, adını "Grand Kartal" qoydu. Bu otel də böyük marağa səbəb olub. 2004-cü ildə müdir Mazhar Murtezaoğlu iki otelini uşaqlarına təhvil verib. "Grand Kartal"ı qızı Əminə, ilk oteli olan "Kartal"ı isə oğlu Haruna verdi. İndi iki ayrı şirkət, iki ayrı otel var idi. Halit Ergül illər əvvəl mühasibatlığa başladığı otelin müdiri olub. Şirkətləri ayırdıqdan sonra isə qaynı Harunla araları dəydi.
Qayınata alzaymer xəstəsi oldu...
2007-ci ildə Mazhar Murtezaoğlu Parkinson və Alzheimer xəstəliyinə görə bütün işlərindən uzaqlaşdıqda Halit Ergülün yolu daha da açıldı. Ergüllə qaynı arasında münaqişə və gərginlik həmişə davam edib. Bu, iki yan-yana otel arasında rəqabətdən daha çox şey idi. İddia və şikayətlər davam edib. Bu gərginlik bölgə ilə bağlı birgə qərarların qəbul edilməsinə də mane olub. İddialara görə, Ergül "Kartal" otelini almaq istəyib və ona təzyiq edilib. "Grand Kartal"da işləri yaxşı gedən Ergül "Ceyran" adlı yeni otel tikdirib. O, bu yerə öz kürəkəni Əmir Arası müdir seçdi. İstintaq çərçivəsində kürəkən Əmir Aras da həbs edilib.
Dünyaca məşhur qida markaları ardıcıl geri çağırma qərarları ilə gü
Dünyanın ən etibarlı avtomobillərinin istehsalçısı "Mazda" 28
Dünyanın ən varlı adamları son ticarət günündə 24 milyard dollara yaxı
Rusiyada ev dustaqlığı cəzası alan azərbaycanlı milyarder, "Ximki&qu
Meksikanın məşhur aktrisalarından biri olan 72 yaşlı Lin Mey keçirdiyi u�
Xəbər verdiyimiz kimi, ABŞ-ın paytaxtı Vaşinqton yaxınlığındakı Ronal
Gələn aydan etibarən pensiyalarda iki istiqamətdə artımlar həyata keçiri
AZAL-ın təyyarə qəzasından 1 aydan çox vaxt keçir. Hava hücumundan müda
Lənkəranda təmir işləri ilə əlaqədar bəzi ərazilərdə elektrik enerji
Türkiyədə yaşanan olay müzakirələrə səbəb olub.
Müdafiə Nazirliyinin Mənzil İstismar İdarəsinin sabiq rəisi polkovnik El
Yanvarın son günlərində maqnit qasırğaları gözlənilir ki, bu da təkcə
Ötən gün xəstəxanaya yerləşdirilən Xalq artisti Fatma Mahmudovanın son
Ağcabədidə daha bir ölümlə nəticələnən yol qəzası baş verib.
Alimlər Şimali Amerika və Avrasiya tektonik plitələrinin hələ də bir-bi