Bu dərmanlar icbari tibbi sığorta ilə qarşılanacaq
Digərləri 30 Yan 2025 09:54:00 78 0
Ambulator şəraitdə resept əsasında istifadə olunan dərman vasitələrinin mərhələli qaydada icbari tibbi sığorta ilə qarşılanması nəzərdə tutulub.
Bu xəbəri də oxu: Novruzda 11 gün iş olmayacaq
Bu barədə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyindən məlumat verilib.
Qeyd edilib ki, 2025-ci ildə ürək-damar sistemi xəstəlikləri, növbəti illərdə isə həzm və tənəffüs sistemi xəstəlikləri üçün dərman vasitələrinin sığortaya daxil edilməsi planlaşdırılır.
"Bununla bağlı, "Tibbi sığorta haqqında" Qanuna dəyişiklik Azərbaycan Respublikası Prezidentinin müvafiq Fərmanı ilə ötən ilin sonu təsdiq olunub. Qanunun tələbindən irəli gələn tapşırıqların icra edilməsinə, mexanizmlərin yaradılmasına yarım ilə yaxın vaxt tələb olunduğundan dərman təminatına bu ilin 2-ci yarısında başlanılması nəzərdə tutulub.
Yenilənən Xidmətlər Zərfində təminata alınan dərmanların əsas təsiredici maddəsi və dozası, yəni dərmanın tərkibi qeyd olunacaq. Buna əsasən icbari tibbi sığorta hesabına qarşılanan dərmanlarla bağlı pozitiv siyahı hazırlanacaq. Pozitiv siyahıda dərmanların brend adları və qiymətləri olacaq. Dərmanların qiyməti 2 hissədən ibarət olacaq: Sığorta tərəfindən ödəniləcək məbləğ və vətəndaş tərəfindən ödəniləcək məbləğ", - deyə Agentlikdən bildirilib.
ABŞ Prezidenti Donald Tramp yaxın vaxtlarda antisemitizmlə mübarizə çərç
Kraliça II Yelizavetanın nəvəsi Biatrisin ikinci qızı dünyaya gəlib.
İnsanın xarakter və xüsusiyyətləri bəzən onun bürcü ilə də əlaqəl�
Azərbaycan Mərkəzi Bankı bu günün valyuta məzənnələrini açıqlayıb.
İtaliyanın Venesiya şəhərində qabarma nəticəsində suyun səviyyəsi art
Siyəzən Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasit�
Bəzən həyat bizə taleyimizin vacib hissəsinə çevrilən insanları göndə
TV8-in rəhbəri Acun Ilıcalı ilk dəfə birinci xanımı Seda Başbuğla foto
Amerikalı milyarder İlon Mask insanların söz azadlığına verdiyi dəstək
Rusiyanın Ukraynaya qarşı müharibəsi o zaman başa çatacaq ki, ədalətli
ABŞ prezidenti Donald Tramp Kubadakı Quantanamo həbsxanasında 30 minədək q
Livandan qeyri-qanuni yollarla İsrailə keçmək istəyən üç Türkiyə vət�