Qurban Yetirmişli zəlzələ ocaqlarından danışdı xəritələr hazırlanır
Digərləri 28 Yan 2025 13:02:00 103 0
AMEA-nın Rəyasət Heyətinin növbəti iclasında Respublika Seysmoloji Xidmət Mərkəzinin (RSXM) 2024-cü il üzrə elmi və elmi-təşkilati fəaliyyəti haqqında hesabatı dinlənilib.
Bu xəbəri də oxu: Saxta plastik cərrahlar üçün SON GÜN Sabahdan....
Son.az xəbər verir ki, hesabatı RSXM-in baş direktoru AMEA-nın müxbir üzvü Qurban Yetirmişli təqdim edib.
O bildirib ki, 2024-cü ildə rəhbərlik etdiyi qurumda 3 problemi əhatə edən 5 mövzu, 10 elmi-tədqiqat işi, 5 elmi-tədqiqat işi yerinə yetirilib, 3 mövzu, 8 elmi-tədqiqat işi başa çatdırılıb.
Hesabat ilində AMEA nəzdində RSXM-də 1 dərslik, 37 məqalə (10-nu xaricdə), 13 tezis (9-ü xaricdə) nəşr edilib. Nəşr edilən məqalələrdən 6-sı "Web of Science" və "Scopus" bazasında olan impakt faktorlu jurnallarda işıq üzü görüb.
Qeyd edilib ki, Respublika Seysmoloji Xidmət Mərkəzi EMSC (Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi), IRIS (Birləşmiş Seysmoloji Araşdırmalar İnstitutu), ORFEUS (Avropa Seysmoloji Müşahidə və Araşdırmaları Mərkəzi), ESC (Avropa Seysmoloji Komissiyası), EGU (Avropa Geofiziklər Birliyi), AGU (Amerika Geofiziklər Birliyi) beynəlxalq təşkilatların həqiqi üzvüdür. 30-dan çox ölkənin seysmoloji və geofiziki institutları ilə elmi əməkdaşlıq edir.
Vurğulanıb ki, hesabat ilində Kanadanın Viktoriya Universiteti, Kanadanın Milli Tikinti Qaydalarının Zəlzələ Dizaynı üzrə Daimi Komitəsi, ABŞ-ın Lavrence Livermore Milli Laboratoriyası, ABŞ-ın Miçiqan Dövlət Universiteti və Gürcüstanın İlya Dövlət Universiteti Yer Elmləri İnstitutu və Milli Seysmoloji Monitorinq Mərkəzi ilə birlikdə Azərbaycan ərazisi üçün seysmik təhlükənin hesablanmasında yeni yanaşmalarla tərtib olunmuş "Azərbaycan ərazisinin seysmik təhlükə xəritəsi"nin təqdimatı və müzakirəsi keçirilib. Həmçinin diqqətə çatdırılıb ki, Aşağı Kür çökəkliyi ərazisində zəlzələ ocaqlarının tektonik qırılmalarla əlaqəsinin araşdırılması və ilkin xəritələri (Xəzər dənizi və Xəzəryanı ərazilər) hazırlanır.
Qurban Yetirmişli RSXM-in elmi nəşri olan "Seismoprognosis observations in the territory of Azerbaijan" jurnalının 2024-cü ildən Türkiyə Elmi və Texnoloji Tədqiqat Şurasının (TÜBİTAK) DərgiPark elektron bazasına Azərbaycandan ilk daxil edilən 3 jurnaldan biri olduğunu, nəşrin beynəlxalq e-İSSN kodu alması üzərində və "Scopus" beynəlxalq indeks sisteminə daxil edilməsi istiqamətində işlərin davam etdirildiyini söyləyib.
Baş direktor, həmçinin Mərkəzin kadr potensialı və kadr hazırlığı, elm və təhsilin inteqrasiyasının gücləndirilməsi, elmin populyarlaşdırılması istiqamətində atılan addımlar, qrantlar və təltiflər, elektron elmin vəziyyəti, Vikipediyada, eləcə də müəssisənin saytı və sosial şəbəkə hesablarının fəaliyyəti barədə məlumatları diqqətə çatdırıb.
Müzakirələrdən sonra AMEA Rəyasət Heyətinin qərarı ilə Respublika Seysmoloji Xidmət Mərkəzinin 2024-cü ildəki elmi və elmi-təşkilati fəaliyyəti haqqında hesabatı təsdiq edilib, əldə olunmuş mühüm nəticələrin AMEA-nın illik hesabatına daxil edilməsi qərara alınıb.
Xəbər verdiyimiz kimi, yanvarın 21-də Ceyhun Akif oğlu Süleymanov müalic�
Ötən il noyabrın 7-də Eritreyada saxlanılan üç Azərbaycan gəmisi hələ
Ermənistanın baş naziri Nikol Paşinyanın İsveçrənin Sürix şəhərində
Yanvarın 29-a gözlənilən hava şəraiti açıqlanıb.
Qərbi Azərbaycan İcması Levon Ter-Petrosyanın 1993-cü ildə Ermənistanın
Avropa İttifaqının Azərbaycanla sərhəddə yerləşdirilmiş "müşahi
Milli Qəhrəmanımız İqor Kşnyakinin oğlu Oleq Kşnyakin atasının məzar�
Son zamanlar bələdiyyələrin aktivləşməsi, bələdiyyə vergilərinin topl
Rusiyanın Perm şəhərində məktəblinin çantasında xarici batareya (power
İnklüziv cəmiyyətin inkişafına dəstəyinin davamı olaraq, "Nar"
Son dövrlərdə hərbçilərin maaş artımı ilə bağlı müsbət qərarlar q
Avropa tarixi bir dönüş nöqtəsinə çatıb. Ən təhlükəlisi odur ki, bun
Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidməti Şabran r
Azərbaycanlı Ələddin Mehralızadə Koreyadan olan Minci Kim adlı xanımla a
Dövlət əleyhinə yönələn açıq çağırışlar etməkdə ittiham olunan E