Su polisi əməliyyat keçirdi Bir neçə nəfər saxlanılıb
Digərləri 28 Yan 2025 13:33:00 85 0
DiN Su Nəqliyyatında Polis İdarəsinin əməkdaşları tərəfindən xidməti ərazidə, dövlət qoruqlarında, su hövzələrində qanunsuz quş ovu və brokonyerliyə qarşı mübarizə davam etdirilir. Su polislərinin sərhədçilərlə birgə Lənkəranda həyata keçirdikləri sonuncu tədbir zamanı qanunsuz quş ovu ilə məşğul olan Masallı rayon sakinləri Cəmil Nuruyev, Ramil Nuruyev, Murad İsgəndərov, Orxan Kamilli və Sərdar Sadiqoğlu saxlanılıblar.
Bu xəbəri də oxu: Mətbəx çanağınakı pis qoxudan qurtulmaq üçün BUNLARI EDİN
DİN-dən Son.az-a bildirilib ki, yoxlama zamanı onlardan 2 ədəd kiçik həcmli qeydiyyatı olmayan qayıq, 175 ədəd müxtəlif növ, o cümlədən adı "Qırmızı Kitab"a düşən çöl quşları, 4 ədəd müvafiq sənədləri olmayan ov silahı və 134 ədəd patron maddi sübut kimi aşkar olunaraq götürülüb. Araşdırmalar zamanı həmin şəxslərin ovçuluq biletlərinin olmadığı da müəyyən edilib. Faktla bağlı araşdırmalar davam etdirilir.
Həmçinin, Su Nəqliyyatında Polis İdarəsindən ov mövsümünün başlanması ilə əlqədar bildirilib ki, ov qaydalarının mövcud normativlərinə əməl olunmalı və yalnız ayrılmış xüsusi ovçuluq təsərrüffatlarının sahələrindən istifadə edilməlidir. Ov etmək istəyən şəxslərə ovlanmasına icazə verilən quşların siyahısı və normaları ilə bağlı məlumatlarla tanış olmaq tövsiyə edilir. Xüsusi mühafizə olunan ərazilərdə, sanitar-mühafizə zonalarında, o cümlədən Xəzər dənizində yerləşən strateji obyektlərin yaxınlığında ov edilməsi isə qəti qadağandır. Ov qaydalarını kobud şəkildə pozan şəxslər barəsində su polisləri tərəfindən ciddi tədbirlərin görülməsi nəzərdə tutulur.
"Su polisləri tərəfindən Xəzər dənizinə nəsil artımı üçün buraxılan körpə nərəcinsli balıqların qanunsuz ovlanmasının qarşısını almaq və dənizin dibi ilə çəkilən müxtəlif təyinatlı dəmir boru kəmərlərini, naqilləri oğurlayan şəxslərə qarşı da fasiləsiz mübarizə aparılır.
Azərbaycanda yeniyetmə qız falçının proqnozlarından sonra psixi xəstəli
HMPV - insan pnevmovirusu - öskürək, burun tutulması,zökəm, yüksək tempe
SEPAH Komandanı 27 yanvar 2025-ci il tarixində verdiyi açıqlamada İranın
ABŞ-ın Kaliforniya ştatının Los-Anceles şəhərində baş verən meşə ya
Azərbaycanda müəllimlərin növbəti dəfə sertifikasiyadan keçəcəyi göz
İranın Ali Mədəni İnqilab Şurasının katibi Əbdülhüseyn Xosropənah C�
Yanvarın 28-də nəqliyyat məsələlərinə həsr olunmuş müşavirə keçiri
Bir sıra yerli media orqanlarında və sosial şəbəkələrdə Respublika Neyr
AMEA-nın Rəyasət Heyətinin növbəti iclasında Respublika Seysmoloji Xidmə
Xəbər verdiyimiz kimi, yanvarın 21-də Ceyhun Akif oğlu Süleymanov müalic�
Ötən il noyabrın 7-də Eritreyada saxlanılan üç Azərbaycan gəmisi hələ
Ermənistanın baş naziri Nikol Paşinyanın İsveçrənin Sürix şəhərində
Yanvarın 29-a gözlənilən hava şəraiti açıqlanıb.
Qərbi Azərbaycan İcması Levon Ter-Petrosyanın 1993-cü ildə Ermənistanın
Avropa İttifaqının Azərbaycanla sərhəddə yerləşdirilmiş "müşahi