Azərbaycanda 4 vəkilin fəaliyyəti dayandırıldı
Digərləri 28 Yan 2025 14:10:00 100 0
Vəkillər Kollegiyası Rəyasət Heyətinin iclası keçirilib.
Bu xəbəri də oxu: Qadının sürdüyü təlim maşını ilə kişini vurub öldürdü
Son.az xəbər verir ki, bu barədə Kollegiyadan məlumat verilib.
Bildirilib ki, yanvar ayının 27-də Azərbaycan Respublikasının Vəkillər Kollegiyası (ARVK) Rəyasət Heyətinin cari il üçün ilk iclası keçirilib.
İclasda çıxış edən Kollegiyanın sədri Anar Bağırov Rəyasət Heyətinin cari fəaliyyəti barədə məlumat verib. Sonra gündəliyinə uyğun olaraq vəkilliyə qəbulla bağlı ixtisas imtahanını və icbari təlimi uğurla başa vuran iki vəkilliyə namizədin andiçmə mərasimi keçirilib, onlara vəsiqə təqdim edilib, gələcək fəaliyyətində uğurlar arzulanıb.
Daha sonra, vəkillərin digər vəkil qurumuna keçməsi, müəyyən müddətə üzvlük haqqından azad olunması barədə müraciətlərinə baxılıb, müvafiq qərarlar qəbul edilib.
Eyni zamanda, iclasda vəkil bürolarının və vəkil kabinetlərinin təsis edilməsi barədə müvafiq qərarlar verilib. Həmçinin iclasda Deontologiya Komitəsinin təqdimatına baxılmış və Komitə tərəfindən hazırlanacaq ""Vəkillərin davranış qaydaları haqqında" Əsasnamənin kommentariyası" adlı kitabın mündəricatı və yazılma qaydası təsdiq edilmişdir.
İclasın davamında Vəkillərin İntizam Komissiyasının rəylərinə baxılıb və Rəyasət Heyəti tərəfindən yol verdikləri intizam pozuntularına görə 1 vəkilin fəaliyyəti dayandırılmaqla ARVK üzvlüyündən xaric olunması ilə bağlı məhkəməyə müraciət edilməsi, 4 vəkilin fəaliyyətinin müəyyən müddətə dayandırılması qərara alınmışdır. Habelə dövlət hesabına hüquqi yardım göstərdikləri zaman yol verdikləri inizam pozuntularına görə 10 vəkilə töhmət, 11 vəkilə isə xəbərdarlıq edilmişdir.
Sonda Kollegiyanın fəaliyyəti ilə əlaqədar əhəmiyyət kəsb edən sair məsələlərə baxılıb.
Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzi (AEM) "Azər-Türk Med&qu
Sabah ölkədə bələdiyyə seçkiləri keçiriləcəyi üçün bu gün bir sı
2025-ci il 1 yanvar tarixinə dövlət büdcəsində dövlət borcuna və öhdə
Tanınmış jurnalist, Qarabağ qazisi İlham Tumas baş redaktor təyin olunub.
İşğaldan azad edilən ərazilərin bərpasına ötən il xərclənən vəsait
BluTV-nin fenomen serialı "Behzat Ç."fevralın 8-də Ankarada üçü
DiN Su Nəqliyyatında Polis İdarəsinin əməkdaşları tərəfindən xidməti
Azərbaycanda yeniyetmə qız falçının proqnozlarından sonra psixi xəstəli
HMPV - insan pnevmovirusu - öskürək, burun tutulması,zökəm, yüksək tempe
SEPAH Komandanı 27 yanvar 2025-ci il tarixində verdiyi açıqlamada İranın
ABŞ-ın Kaliforniya ştatının Los-Anceles şəhərində baş verən meşə ya
Azərbaycanda müəllimlərin növbəti dəfə sertifikasiyadan keçəcəyi göz
İranın Ali Mədəni İnqilab Şurasının katibi Əbdülhüseyn Xosropənah C�
Yanvarın 28-də nəqliyyat məsələlərinə həsr olunmuş müşavirə keçiri
Bir sıra yerli media orqanlarında və sosial şəbəkələrdə Respublika Neyr