Azərbaycan Ordusuna 8,4 milyard manat ayrılır
Digərləri 25 Noy 2024 12:51:00 88 0
Prezident İlham Əliyevin qarşımızda qoyduğu tapşırıqların icrasının təmini 2025-ci ilin dövlət büdcəsinin layihəsi hazırlanarkən əsas götürülüb. Azərbaycan Respublikasının 2030-cu ilədək sosial-iqtisadi inkişafına dair milli prioritetlərinə söykənən 2022-2026-cı illərdə sosial iqtisadi inkişaf strategiyasının məqsədlərinin reallaşması, o cümlədən Qarabağ və Şərqi Zəngəzurun bərpası və yenidən qurulması, keçmiş məcburi köçkünlərin doğma torpaqlarına qaytarılması və onlara layiqli həyat şəraitinin yaradılması, işğaldan azad olunmuş ərazilərin ölkə iqtisadiyyatına reinteqrasiyası, müdafiənin və milli təhlükəsizliyin daha da möhkəmləndirilməsi, əhalinin etibarlı sosial təminatının gücləndirilməsi ümdə vəzifələr kimi qəbul edilib.
Bu xəbəri də oxu: 59 yaşlı türkiyəli iş adamı öldü FOTO
Son.az xəbər verir ki, bunu maliyyə naziri Samir Şərifov parlamentin noyabrın 25-də keçirilən iclasında deyib.
O bildirib ki, 2025-ci il üçün dövlət büdcəsi haqqında qanun layihəsində təklif olunan 41 milyard 367,7 milyon manat həcmində dövlət büdcəsi xərclərinin üçdə ikisi və yaxud 27 milyard 691 milyon manatı məhz yuxarıda qeyd olunan prioritet istiqamətlərin maliyyələşdirilməsi üçün ayrılacaqdır.
"O cümlədən, Böyük Qayıdışa dair I Dövlət Proqramında nəzərdə tutulan tədbirlərin maliyyələşdirilməsinə 4 milyon manat həcmində və yaxud dövlət büdcəsi xərclərinin 9,7 faizində vəsaitin ayrılması nəzərdə tutulur. İşğaldan azad olunmuş ərazilərdə bunun sayəsində müasir infrastruktur yaradılması, şəhər və kəndlərin yaşayış yerlərinin tikintisi ilə bağlı aparılan fasiləsiz işlərin davam etdirilməsi təmin olunacaq.
Ölkəmizin hərbi potensialını gücləndirməsi, təhlükəsizliyin təmin edilməsi və ordu quruculuğunun daha da modernləşdirilməsi, dövlət sərhədlərinin qorunması, hərbi sənaye kompleksinin inkişafı xərclərinə 8,4 milyard manat məbləğində və yaxud dövlət büdcəsi xərclərinin 20,3 faiz həcmində vəsait yönəldiləcək. Bu da 2024-cü ilin proqnozuna nisbətən 1 milyard 270 milyon manat və yaxud 17,8 səkkiz faiz, 2023-cü ilin icra göstəricisi ilə müqayisədə 2 milyard 542 milyon manat və yaxud 43,4 faiz çoxdur", - o qeyd edib.
İran İslam Respublikasının Ərdəbil vilayətinin Aslandüz yaşayış mənt
Tramp bir neçə gün sonra transgender hərbçiləri ordudan çıxarmağı plan
Vəkillər Kollegiyasının üzvü Pərviz Məmmədov Azərbaycan Respublikası
"Pensiya kapitalından istifadə imkanları bir sıra digər ölkələrdə
Ağrıkəsicilərin, xüsusən də qeyri-steroid iltihab əleyhinə preparatlar�
Azərbaycanda binalarda yeni isitmə sisteminə keçidlə bağlı işlər davam
Azərbaycanda fəaliyyət göstərən saytlara daxil olmaqda problem yaranıb.
Milli Hidrometeorologiya Xidmətinin verdiyi məlumata görə Bakıda və Abş
Rusiya həm ikitərəfli formatda, həm də KTMT çərçivəsində Ermənistanı
Azərbaycan ilə Bosniya və Herseqovina arasında dostluq və əməkdaşlıq ə
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) yanında İctimai Ş
Prezident İlham Əliyev Surinam Respublikasının Prezidenti Çandrikapersad Sa
Litvanın Vilnüs hava limanı yaxınlığında Swiftair şirkətinə məxsus Bo