Qaçaqmalçılıqla məşğul olan dəstənin məhkəməsi başlayır Aralarından vəzifəli şəxslər də var


Digərləri 25 Noy 2024 12:37:12 167 0

Qaçaqmalçılıqla məşğul olan dəstənin məhkəməsi başlayır  Aralarından vəzifəli şəxslər də var

Aralarından vəzifəli şəxslərin də olduğu mütəşəkkil dəstənin qaçaqmalçılıq və digər ağır cinayətləri ilə bağlı cinayət işi məhkəməyə göndərilib.

Baş Prokurorluğun Mətbuat xidmətindən Son.az-a verilən məlumata görə, Baş Prokurorluq tərəfindən iqtisadi sahədə qanunvericiliyin tələblərinə riayət olunması, gömrük işi sahəsində şəxslərin hüquqlarının qorunması məqsədilə aidiyyəti dövlət qurumları ilə birgə mütəmadi olaraq müvafiq tədbirlər görülür.

Bu tədbirlərin davamı olaraq qaçaqmalçılıq cinayətləri törətmiş ayrı-ayrı şəxslərin və həmin cinayətlərin törədilməsində iştirak etmiş vəzifəli şəxslərin qanunsuz əməlləri barədə Dövlət Gömrük Komitəsi tərəfindən aşkar edilən faktlarla bağlı Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində başlanmış cinayət işinin ibtidai istintaqı yekunlaşıb.

İstintaqla mütəşəkkil dəstənin üzvləri olan Azərbaycan Respublikası vətəndaşları - "Karvan 313" və "Tvins" məhdud məsuliyyətli cəmiyyətlərinin faktiki rəhbərləri Telman İbrahimov və Arif Rzayev, sabiq gömrük əməkdaşı Təvəkgül Bayramov, həmçinin Şahin Soltanov, sürücü Rövşən İbrahimov, Türkiyə Respublikasının vətəndaşı Şener Bilgi və qeyrilərinin 2023-2024-cü illər ərzində 60-dək yük nəqliyyat vasitəsi ilə ölkə ərazisinə gətirilən, habelə ixrac olunması nəzərdə tutulan ümumilikdə 17 milyon manatdan artıq məbləğdə müxtəlif növ aksiz markası ilə markalanmalı olan məhsulları gömrük sənədlərinə əsasən bəyan edib təyinatı üzrə başqa ölkəyə aparmalı olduqları halda, marşrutdan kənara çıxararaq mis və digər qiymətli metal yükləri ilə əvəzlədikdən sonra qaçaqmalçılıq yolu ilə Qırmızı-Körpü gömrük postundan Gürcüstan ərazisinə keçirmələrinə əsaslı şübhələr müəyyən edilib.

Eyni zamanda, qeyd edilən qanunsuz əməllərin törədilməsinə şərait yaradılması müqabilində Bakı Baş Gömrük İdarəsinin inspektoru Turab Nəsirov və Sumqayıt Gömrük İdarəsinin inspektoru Elmir Məmmədovun həmin şəxslərdən müxtəlif üsullarla rüşvət almalarına, Tovuz Gömrük İdarəsinin sabiq rəisi Elçin Şabanov və həmin idarənin Qırmızı-Körpü gömrük postunun sabiq rəisi Vasif Abıyevin isə xidməti işi düzgün təşkil etməməklə belə halların baş verməsinə laqeyd münasibət göstərmələrinə əsaslı şübhələr müəyyən edilib. 

Toplanmış sübutlar əsasında Elmir Məmmədov, Turab Nəsirov, Vasif Abıyev və Elçin Şabanova Cinayət Məcəlləsinin müvafiq olaraq 308.2 (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə), 311.2-ci (qanunsuz hərəkətlərə görə rüşvət alma), 311.3.4-cü (hədə-qorxu tətbiq olunmaqla rüşvət alma) və 314.2-ci (ağır nəticələrə səbəb olan səhlənkarlıq), Telman İbrahimov, Arif Rzayev, Təvəkgül Bayramov, Şahin Soltanov və Rövşən İbrahimova isə müvafiq olaraq həmin Məcəllənin 206.4 (mütəşəkkil dəstə tərəfindən törədilən qaçaqmalçılıq), 213-1.2.1, 213-1.2.3, 213-1.4-cü (aksiz markası ilə markalanmalı olan malları belə marka olmadan və məcburi nişanlama ilə nişanlanmalı olan malları nişanlanmadan satma, satış məqsədilə saxlama, istehsal binasının hüdudlarından kənara çıxarma və ya idxal etmə, habelə belə malların nağd qaydada alqı-satqısı) və digər maddələri ilə yekun ittiham elan edilib.

Təqsirləndirilən şəxslərdən Turab Nəsirov, Elmir Məmmədov, Telman İbrahimov, Arif Rzayev, Rövşən İbrahimov, Təvəkgül Bayramov və Şahin Soltanov barələrində məhkəmənin qərarı əsasında həbs, Vasif Abıyev və Elçin Şabanov barəsində isə polisin nəzarəti altına vermə (əsas) və vəzifədən kənarlaşdırma (əlavə) növündə qətimkan tədbiri seçilib, Şener Bilgi barəsində isə məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilməklə axtarış elan edilib.

Bundan başqa, "Karvan 313" və "Tvins" MMC-lər barəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət hüquqi tədbirlərin tətbiq edilməsi üzrə icraat başlanıb.

Cinayət işi baxılması üçün aidiyyəti üzrə Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Tramp 15 min hərbçini ordudan qovacaq  SƏBƏB like
  • 25 Noy 12:35  
Dünya Tramp 15 min hərbçini ordudan qovacaq SƏBƏB

Tramp bir neçə gün sonra transgender hərbçiləri ordudan çıxarmağı plan

arrow Ətraflı
Evi sökülən şəxsə 283 min təzminat ödənəcək  Ali Məhkəmə qərar verdi like
  • 25 Noy 12:30  
Digərləri Evi sökülən şəxsə 283 min təzminat ödənəcək Ali Məhkəmə qərar verdi

Vəkillər Kollegiyasının üzvü Pərviz Məmmədov Azərbaycan Respublikası

arrow Ətraflı
Banka borcu olanların nəzərinə like
  • 25 Noy 12:30  
Digərləri Banka borcu olanların nəzərinə

"Pensiya kapitalından istifadə imkanları bir sıra digər ölkələrdə

arrow Ətraflı
Bu dərmanların istifadəsi ölümə səbəb olur like
  • 25 Noy 12:25  
Digərləri Bu dərmanların istifadəsi ölümə səbəb olur

Ağrıkəsicilərin, xüsusən də qeyri-steroid iltihab əleyhinə preparatlar�

arrow Ətraflı
46 milyon vəsait ayrılır, amma ziyanla işləyir like
  • 25 Noy 12:20  
Digərləri 46 milyon vəsait ayrılır, amma ziyanla işləyir

Azərbaycanda binalarda yeni isitmə sisteminə keçidlə bağlı işlər davam

arrow Ətraflı
Azərbaycanda saytlar "çökdü" like
  • 25 Noy 12:15  
Digərləri Azərbaycanda saytlar "çökdü"

Azərbaycanda fəaliyyət göstərən saytlara daxil olmaqda problem yaranıb.

arrow Ətraflı
Səhvən sevgilisinin milyonlarını like
  • 25 Noy 12:12  
Dünya Səhvən sevgilisinin milyonlarını

Qız səhvən sevgilisinin milyonlarını zibilliyə atıb.

arrow Ətraflı
Leysan yağacaq, şimşək çaxacaq like
  • 25 Noy 12:05  
Digərləri Leysan yağacaq, şimşək çaxacaq

Milli Hidrometeorologiya Xidmətinin verdiyi məlumata görə Bakıda və Abş

arrow Ətraflı
Rus səfir Ermənistana xəbərdarlıq etdi: Rusiyaya alternativ yoxdur! like
  • 25 Noy 12:00  
Dünya Rus səfir Ermənistana xəbərdarlıq etdi: Rusiyaya alternativ yoxdur!

Rusiya həm ikitərəfli formatda, həm də KTMT çərçivəsində Ermənistanı

arrow Ətraflı
Uşaqpulu buna görə verilmir like
  • 25 Noy 11:55  
Digərləri Uşaqpulu buna görə verilmir

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) yanında İctimai Ş

arrow Ətraflı
İlham Əliyev Surinam Prezidentinə təbrik məktubu ünvanlayıb like
  • 25 Noy 11:52  
Siyasət İlham Əliyev Surinam Prezidentinə təbrik məktubu ünvanlayıb

Prezident İlham Əliyev Surinam Respublikasının Prezidenti Çandrikapersad Sa

arrow Ətraflı
Təyyarə yaşayış binalarının üzərinə düşdü  Ölən var like
  • 25 Noy 11:52  
Dünya Təyyarə yaşayış binalarının üzərinə düşdü Ölən var

Litvanın Vilnüs hava limanı yaxınlığında Swiftair şirkətinə məxsus Bo

arrow Ətraflı
Prezident Bosniya və Herseqovinanın Rəyasət Heyətinin Sədrini təbrik etdi like
  • 25 Noy 11:50  
Siyasət Prezident Bosniya və Herseqovinanın Rəyasət Heyətinin Sədrini təbrik etdi

Prezident İlham Əliyev Bosniya və Herseqovinanın Rəyasət Heyətinin Sədri

arrow Ətraflı
Mədən işçiləri ölümdən döndülər like
  • 25 Noy 11:45  
Digərləri Mədən işçiləri ölümdən döndülər

Adanada avtobus xəndəyə düşüb. Son.az Türkiyə mətbuatına istinadən

arrow Ətraflı