Evi sökülən şəxsə 283 min təzminat ödənəcək Ali Məhkəmə qərar verdi


Digərləri 25 Noy 2024 12:30:00 99 0

Evi sökülən şəxsə 283 min təzminat ödənəcək  Ali Məhkəmə qərar verdi

Vəkillər Kollegiyasının üzvü Pərviz Məmmədov Azərbaycan Respublikası Ali Məhkəməsinin konkret iş üzrə qərarını şərh edib. 

Pərviz Məmmədov Son.az-a açıqlamasında bildirib ki, Gəncə şəhərində baş vermiş əmlak mübahisəsi ilə bağlı Ali Məhkəmənin son qərarı böyük maraq doğurub. 

Belə ki, iddiaçı Gəncə şəhər İcra Hakimiyyətinə (Cavabdeh) qarşı məhkəməyə müraciət edərək, mülkiyyətlərində olan fərdi yaşayış evinin qanunsuz sökülməsi nəticəsində vurulmuş maddi və mənəvi zərərin ödənilməsini tələb ediblər.

İddiaçılar iddia ediblər ki, Gəncə şəhəri, X ünvanında yerləşən fərdi yaşayış evi mülkiyyət hüququ ilə İddiaçıya məxsus olub. Bu mülkiyyət hüququ qeydiyyat şəhadətnaməsi ilə təsdiq edilib. Lakin 2018-ci ilin sentyabr ayında heç bir hüquqi əsas olmadan və əvvəlcədən xəbərdarlıq edilmədən Cavabdeh tərəfindən ev sökülüb. Nəticədə, iddiaçılar həm maddi, həm də mənəvi zərər çəkiblər.

İddiaçılar məhkəmədən ümumilikdə 183,000 manat maddi zərərin və 100,000 manat mənəvi zərərin Cavabdeh tərəfindən ödənilməsini tələb ediblər. Onlar bildiriblər ki, evin sökülməsi nəticəsində yaşayış yeri təminatından məhrum olub, müxtəlif yerlərdə qalmaq məcburiyyətində qalmış və mənəvi əzablar çəkiblər.

Ali Məhkəmə hər iki tərəfin kassasiya şikayətlərini araşdıraraq, qeyd edib ki, İddiaçıya məxsus fərdi yaşayış evinin sökülməsi nəticəsində vurulmuş zərərin məbləği 71,400 manat olmalıdır. Bu məbləğ iş materiallarında olan qiymətləndirmə rəyləri və təqdim edilmiş sübutlar əsasında müəyyən edilib.

Ali Məhkəmə həmçinin bildirib ki, Cavabdehin təklif etdiyi yeni yaşayış evi vurulmuş zərərin əvəzi kimi qəbul edilə bilməz, çünki həmin evin hüquqi sənədləşdirilməsi tam aparılmayıb. Beləliklə, iddiaçıya təklif olunan bu evin real olaraq kompensasiya kimi nəzərə alınması mümkün deyildir.

Ali Məhkəmənin bu qərarı mülkiyyət hüququnun toxunulmazlığını bir daha təsdiq edib. Dövlət orqanları tərəfindən həyata keçirilən hər hansı söküntü və ya digər tədbirlər mülkiyyətçilərin hüquqlarını pozmamalı və onlara dəyən zərər tam həcmdə ödənilməlidir. Bu işdə də məhkəmə iddiaçının mülkiyyət hüquqlarının pozulduğunu tanımış və ona uyğun kompensasiyanın ödənilməsinə qərar vermişdir.

Bu məhkəmə işi mülkiyyət hüquqlarının qorunması sahəsində mühüm əhəmiyyətə malikdir və gələcəkdə oxşar halların qarşısının alınması üçün presedent yaradır.

İnqilab Məmmədov Son.az

Bu dərmanların istifadəsi ölümə səbəb olur like
  • 25 Noy 12:25  
Digərləri Bu dərmanların istifadəsi ölümə səbəb olur

Ağrıkəsicilərin, xüsusən də qeyri-steroid iltihab əleyhinə preparatlar�

arrow Ətraflı
46 milyon vəsait ayrılır, amma ziyanla işləyir like
  • 25 Noy 12:20  
Digərləri 46 milyon vəsait ayrılır, amma ziyanla işləyir

Azərbaycanda binalarda yeni isitmə sisteminə keçidlə bağlı işlər davam

arrow Ətraflı
Azərbaycanda saytlar "çökdü" like
  • 25 Noy 12:15  
Digərləri Azərbaycanda saytlar "çökdü"

Azərbaycanda fəaliyyət göstərən saytlara daxil olmaqda problem yaranıb.

arrow Ətraflı
Səhvən sevgilisinin milyonlarını like
  • 25 Noy 12:12  
Dünya Səhvən sevgilisinin milyonlarını

Qız səhvən sevgilisinin milyonlarını zibilliyə atıb.

arrow Ətraflı
Leysan yağacaq, şimşək çaxacaq like
  • 25 Noy 12:05  
Digərləri Leysan yağacaq, şimşək çaxacaq

Milli Hidrometeorologiya Xidmətinin verdiyi məlumata görə Bakıda və Abş

arrow Ətraflı
Rus səfir Ermənistana xəbərdarlıq etdi: Rusiyaya alternativ yoxdur! like
  • 25 Noy 12:00  
Dünya Rus səfir Ermənistana xəbərdarlıq etdi: Rusiyaya alternativ yoxdur!

Rusiya həm ikitərəfli formatda, həm də KTMT çərçivəsində Ermənistanı

arrow Ətraflı
Uşaqpulu buna görə verilmir like
  • 25 Noy 11:55  
Digərləri Uşaqpulu buna görə verilmir

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) yanında İctimai Ş

arrow Ətraflı
İlham Əliyev Surinam Prezidentinə təbrik məktubu ünvanlayıb like
  • 25 Noy 11:52  
Siyasət İlham Əliyev Surinam Prezidentinə təbrik məktubu ünvanlayıb

Prezident İlham Əliyev Surinam Respublikasının Prezidenti Çandrikapersad Sa

arrow Ətraflı
Təyyarə yaşayış binalarının üzərinə düşdü  Ölən var like
  • 25 Noy 11:52  
Dünya Təyyarə yaşayış binalarının üzərinə düşdü Ölən var

Litvanın Vilnüs hava limanı yaxınlığında Swiftair şirkətinə məxsus Bo

arrow Ətraflı
Prezident Bosniya və Herseqovinanın Rəyasət Heyətinin Sədrini təbrik etdi like
  • 25 Noy 11:50  
Siyasət Prezident Bosniya və Herseqovinanın Rəyasət Heyətinin Sədrini təbrik etdi

Prezident İlham Əliyev Bosniya və Herseqovinanın Rəyasət Heyətinin Sədri

arrow Ətraflı
Mədən işçiləri ölümdən döndülər like
  • 25 Noy 11:45  
Digərləri Mədən işçiləri ölümdən döndülər

Adanada avtobus xəndəyə düşüb. Son.az Türkiyə mətbuatına istinadən

arrow Ətraflı
Azərbaycan serialında bu səhnə tənqid olundu  VİDEO like
  • 25 Noy 11:30  
Digərləri Azərbaycan serialında bu səhnə tənqid olundu VİDEO

Son zamanlar seriallarımız səhnələrinə görə müzakirə mövzusuna çevri

arrow Ətraflı
Təhqir və böhtana görə bunları edə bilərsiz  Ali Məhkəmə AÇIQLADI like
  • 25 Noy 11:22  
Digərləri Təhqir və böhtana görə bunları edə bilərsiz Ali Məhkəmə AÇIQLADI

Azərbaycan Respublikasının Ali Məhkəməsi xüsusi ittiham qaydasında şika

arrow Ətraflı
"Net Elektrik" vergi borcuna görə cərimələnir like
  • 25 Noy 11:21  
Digərləri "Net Elektrik" vergi borcuna görə cərimələnir

"Net Elektrik" MMC-yə inzibati protokol yazılıb.

arrow Ətraflı