İlham Əliyev Surinam Prezidentinə təbrik məktubu ünvanlayıb
Siyasət 25 Noy 2024 11:52:00 87 0
Prezident İlham Əliyev Surinam Respublikasının Prezidenti Çandrikapersad Santoxiyə təbrik məktubu ünvanlayıb.
Bu xəbəri də oxu: Azərbaycan XİN Blinkenin bəyanatını rədd etdi
Son.az AZƏRTAC-a istinadən xəbər verir ki, məktubda deyilir:
"Hörmətli cənab Prezident,
Surinam Respublikasının milli bayramı münasibətilə Sizə və xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi çatdırıram.
Sizin COP29-da iştirak etmək üçün Bakıya səfəriniz Azərbaycan ilə Surinam arasında əlaqələrin tarixində xüsusi yer tutur. Mən Sizinlə səmimiyyət və qarşılıqlı etimad şəraitində keçən görüşümüzü ən xoş təəssüratlarla xatırlayıram.
Biz Surinam ilə dövlətlərarası münasibətlərimizə və əməkdaşlığımıza böyük əhəmiyyət veririk. İqtisadi-ticari əlaqələrimizi inkişaf etdirmək üçün Azərbaycan ekspertlərindən ibarət nümayəndə heyəti ölkənizə səfər etməyə hazırdır.
İnanıram ki, xalqlarımızın mənafelərinə uyğun olaraq ölkələrimiz arasında dostluq əlaqələrin möhkəmləndirilməsi, ikitərəfli qaydada və çoxtərəfli müstəvilərdə əməkdaşlığımızın genişləndirilməsi istiqamətində birgə səylərimizi bundan sonra da davam etdirəcəyik.
Bu bayram günündə Sizə ən xoş arzularımı yetirir, dost xalqınıza daim firavanlıq və əmin-amanlıq arzulayıram".
Prezident İlham Əliyev Bosniya və Herseqovinanın Rəyasət Heyətinin Sədri
Adanada avtobus xəndəyə düşüb. Son.az Türkiyə mətbuatına istinadən
Son zamanlar seriallarımız səhnələrinə görə müzakirə mövzusuna çevri
Azərbaycan Respublikasının Ali Məhkəməsi xüsusi ittiham qaydasında şika
"Net Elektrik" MMC-yə inzibati protokol yazılıb.
İqtisadçı ekspert Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN
Uzun müddətdir müzakirə olunan COP29 həftəsi yekunlaşıb. Bugündən Bak�
Bu gün saat 11:00-dan etibarən məktəbəhazırlıq qrupları və 1-ci sinif �
Xəbər verdiyimiz kimi bu gün Gürcüstanın 11-ci çağırış parlamentinin
Azərbaycan Milli Məclisi və ekspert platforması "Baku Network"un b
"Kəlbəcər rayonu 1993-cü il aprelin 2-də Ermənistanın işğalçı
Rusiya Müdafiə Nazirliyi "Su-34" bombardmançı təyyarəsinin Ukra
Üçüncü rüb ərzində Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dö
Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel Bakıda azərbaycanlı ju