Kamaləddin Qafarov: “Kəlbəcərin azad edilməsi diplomatiyamızın böyük qələbəsi idi”


Digərləri 25 Noy 2024 10:50:00 94 0

Kamaləddin Qafarov: “Kəlbəcərin azad edilməsi diplomatiyamızın böyük qələbəsi idi”

"Kəlbəcər rayonu 1993-cü il aprelin 2-də  Ermənistanın işğalçı ordusu tərəfindən zəbt olunmuşdu. İşğal nəticəsində 511 dinc sakin öldürülüb, 321 nəfər əsir götürülüb və itkin düşüb.  60 min nəfər kəlbəcərli respublikanın 56 rayonunun 770 yaşayış məntəqəsində müvəqqəti məskunlaşmağa məcbur olub".

Bu sözləri mətbuata verdiyi açıqlamasında Milli Məclisin deputatı Kamaləddin Qafarov deyib.

Millət vəkili xatırladıb ki, erməni vandalları işğal etdikləri bütün digər ərazilərimizdə olduğu kimi,  Kəlbəcərdə də talançılıq ediblər. "İşğal nəticəsində rayonun bütün infrastrukturu talan edilmiş, dağıdılmış və rayonun milyardlarla manatlıq sərvəti Ermənistana daşınmışdır. Cenevrə Konvensiyasının prinsiplərinə zidd olaraq, 1999-cu ildən Kəlbəcər rayonu ərazisində ermənilərin qanunsuz məskunlaşdırılmasına başlanmışdır. Kəlbəcərin işğalından sonra BMT Təhlükəsizlik Şurası bütün işğalçı qüvvələrin Kəlbəcər və Azərbaycanın digər işğal olunmuş rayonlarından dərhal çıxarılması tələbi ifadə olunan 822 saylı Qətnamə qəbul etsə də, rəsmi İrəvan həmin Qətnaməni icra etmədi və beynəlxalq təşkilatlar da onun icrasını uzun illər ərzində tələb etmədilər. Bu səbəbdən 2020-ci il 27 sentyabr tarixində, düşmənin növbəti hərbi təxribatından sonra Ölkə Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı  İlham Əliyev dərhal bütün cəbhə boyu əks-hücuma keçmək əmrini verdi. 44 gün davam edən Vətən müharibəsinin nəticəsi olaraq Azərbaycan Ordusu Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə torpaqlarımızın işğalına son qoydu və beynəlxalq hüququ bərpa etdi.2020-ci il noyabr ayının 10-da imzalanmış üçtərəfli Bəyanatın şərtlərinə əsasən,  2020-ci il noyabrın 25-də Kəlbəcər rayonu Azərbaycana təhvil verildi. Ölkə Prezidenti cənab İlham Əliyevin 31 iyul 2023-cü il tarixli Sərəncamına əsasən 25 noyabr Kəlbəcər şəhəri günü kimi müəyyən olunub". K.Qafarov qeyd edib ki, Vətən müharibəsində əldə olunmuş tarixi Qələbədən sonra bu rayonda aparılan bərpa-quruculuq işləri bütün digər ərazilərimizdə olduğu kimi Prezidentimiz  İlham Əliyevin şəxsi nəzarətindədir: "Vətən müharibəsində əldə edilmiş tarixi Qələbədən sonra, azad olunmuş bütün digər ərazilərimizdə olduğu kimi, Kəlbəcər rayonunda da möhtəşəm bərpa-quruculuq işlərinə start verildi. İşğaldan sonra ilk dəfə  2021-ci il avqust 16-da Kəlbəcərə səfər edən Ali Baş Komandan bu şəhərdə də Azərbaycan bayrağını şəxsən özü qaldırdı. Həmin tarixi gündən sonra keçən müddət ərzində cənab Prezident İlham Əliyev Kəlbəcərə çoxsaylı səfərlər etmişdir ki, bu səfərlərin də hər biri önəmli hadisələrlə əlamətdar olmuşdur. Son dörd ildə gedən proseslər bir daha göstərir ki, Azərbaycan dövləti işğaldan azad edilmiş ərazilərin ən qısa zamanda tamamilə yenidən qurularaq dirçəldilməsinə və erməni işğalı səbəbilə bu torpaqlardan didərgin düşmüş insanların öz dədə-baba yurdlarına geri dönmələrinə çox böyük önəm verir və bu istiqamətdə gedən bütün işlərə birbaşa Ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən ciddi nəzarət olunur".

Qardaş qardaşı öldürdü like
  • 25 Noy 10:43  
Digərləri Qardaş qardaşı öldürdü

Ağdaşda qətl törədilib.

arrow Ətraflı
Rusiya Ukraynanı bu təyyarə ilə vurdu like
  • 25 Noy 10:40  
Digərləri Rusiya Ukraynanı bu təyyarə ilə vurdu

Rusiya Müdafiə Nazirliyi "Su-34" bombardmançı təyyarəsinin Ukra

arrow Ətraflı
Dövlət qurumlarına kiberhücumların qarşısı alındı  828 dəfə like
  • 25 Noy 10:36  
Digərləri Dövlət qurumlarına kiberhücumların qarşısı alındı 828 dəfə

Üçüncü rüb ərzində Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dö

arrow Ətraflı
Şarl Mişel Bakıda təşvişə düşüb qaçdı like
  • 25 Noy 10:35  
Siyasət Şarl Mişel Bakıda təşvişə düşüb qaçdı

Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel Bakıda azərbaycanlı ju

arrow Ətraflı
Bu sahələrdə işləyənlər 2 mindən çox alır like
  • 25 Noy 10:30  
Digərləri Bu sahələrdə işləyənlər 2 mindən çox alır

Bu ilin ilk 9 ayında Azərbaycanda muzdla çalışan işçilər arasında ən y

arrow Ətraflı
Hazırda ölkədə güclü külək hökm sürür like
  • 25 Noy 10:29  
Digərləri Hazırda ölkədə güclü külək hökm sürür

Noyabrın 25-i saat 9:00-a olan məlumata əsasən Azərbaycanda hava şəraiti

arrow Ətraflı
Məktəblər bağlandı like
  • 25 Noy 10:25  
Digərləri Məktəblər bağlandı

Türkiyədə bir çox əyalətlərdə təhsil bir günlük dayandırılıb.

arrow Ətraflı
Bakıda Monqolustan əti satılır: 1315 manat like
  • 25 Noy 10:19  
Digərləri Bakıda Monqolustan əti satılır: 1315 manat

Artıq kafe və restoranlarda eləcə də bir çox digər yerlərdə yerli məh

arrow Ətraflı
İlhan Mansız azərbaycanlı xanımı ilə görüntüləndi like
  • 25 Noy 10:11  
Şou-biznes İlhan Mansız azərbaycanlı xanımı ilə görüntüləndi

Ulduz futbolçu İlhan Mansız azərbaycanlı həyat yoldaşı Leyla ilə görü

arrow Ətraflı
Zığ şossesində ağır qəza: like
  • 25 Noy 10:05  
Digərləri Zığ şossesində ağır qəza:

Bakının Suraxanı rayonunda baş vermiş yol-nəqliyyat hadisəsi zamanı bir

arrow Ətraflı
Hamilə qadın qəfil vəfat etdi like
  • 25 Noy 10:01  
Digərləri Hamilə qadın qəfil vəfat etdi

Sumqayıtda hamilə qadın dünyasını dəyişib.

arrow Ətraflı
Azərbaycanda bu qaydaya dəyişiklik edildi like
  • 25 Noy 09:55  
Digərləri Azərbaycanda bu qaydaya dəyişiklik edildi

"Meşə təsərrüfatına dəyən zərərin və itkilərin ödənilməsi Qa

arrow Ətraflı
Azərbaycanda ata oğlunu danladığı üçün canından oldu like
  • 25 Noy 09:40  
Digərləri Azərbaycanda ata oğlunu danladığı üçün canından oldu

Xaçmaz rayonunda atasını öldürməkdə təqsirləndirilən Pərvin Nəmətov

arrow Ətraflı
Mərkəzi Bank dollarla bağlı məlumat yaydı like
  • 25 Noy 09:30  
Digərləri Mərkəzi Bank dollarla bağlı məlumat yaydı

Azərbaycan Mərkəzi Bankı (AMB) 25 noyabr tarixindən etibarən valyuta məz�

arrow Ətraflı
Bakıda hansı avtobus marşrutunun fəaliyyəti bərpa edilir? like
  • 25 Noy 09:26  
Digərləri Bakıda hansı avtobus marşrutunun fəaliyyəti bərpa edilir?

Bu gündən daha 46 sayda avtobus marşrutunun fəaliyyəti bərpa edilir.

arrow Ətraflı