Nüvə enerjisi COP29da xüsusi rol oynamalıdır –
Digərləri 12 Noy 2024 10:31:00 80 0
Nüvə enerjisi COP29-da xüsusi rol oynamalıdır.
Bu xəbəri də oxu: Bu, bizim prioritet istiqamətlərimizdəndir
Son.az xəbər verir ki, bunu Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (AEBA) Baş direktoru Rafael Qrossi Bakıda keçirilən COP29 çərçivəsində jurnalistlərə bildirib.
"Bu konfrans ilin ən önəmli konfranslarından biridir. COP29 zamanı yeni razılaşmalara nail olmaq və keçən il Dubayda qəbul edilmiş vacib öhdəliklərin icrasına başlamaq üçün böyük ümidlər var. Burada iştirak etməkdən məmnunuq, çünki nüvə enerjisi bu tədbirdə xüsusi rol oynamalıdır", - Rafael Qrossi deyib.
AEBA-nin rəhbəri dekarbonlaşmış gələcəyə keçid üçün tədricən və balanslı yanaşmanın vacibliyini də qeyd edib.
"Beynəlxalq konsensus ondan ibarətdir ki, keçid nizamlı olmalıdır və ölkələr öz həll yollarını tapmalıdırlar. Burada ani həllər yoxdur. Enerji balansının seçilməsinə təsir edən iqtisadi, sosial, əmək və digər aspektləri nəzərə almaq vacibdir. Nüvə enerjisi getdikcə daha böyük rol oynamalıdır. Buna görə buradayıq", - o bildirib.
Qeyd edək ki, dünən BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının (COP29) Tərəflər Konfransının 29-cu sessiyasının açılışı olub. Noyabrın 22-dək Bakı Stadionunda keçiriləcək COP29 Azərbaycanın bu günədək təşkil etdiyi ən nəhəng tədbirdir və regionda ilk dəfə Azərbaycanda baş tutur.
COP29 çərçivəsində ən yüksək səviyyəli tədbir - Dünya Liderlərinin İqlim Fəaliyyəti Sammiti noyabrın 12-13-də təşkil olunacaq.
COP29-dan əsas gözlənti iqlim maliyyəsi ilə bağlı ədalətli və ambisiyalı Yeni Kollektiv Kəmiyyət Hədəfinin (NCQG) razılaşdırılmasından ibarətdir.
COP29 Sədrliyi tərəfindən iqlim fəaliyyəti ilə dayanıqlı inkişaf məqsədləri arasında əlaqəni ehtiva edən, yaşıl enerji dəhlizləri, yaşıl enerji saxlancları, iqlim dayanıqlılığı üçün harmoniya, təmiz hidrogen, orqanik tullantılarda metanın azaldılması, yaşıl rəqəmsal fəaliyyət və digər mövzuları əhatə edən 14 təşəbbüs irəli sürülüb.
İqlim maliyyəsinin yaradılması fəaliyyət üçün şərait yaradan əsas prioritet olmaqla yanaşı, hamını bir araya gətirməklə 1,5°C öhdəliyinin yerinə yetirilməsinə töhfə verəcək.
Qrenadanın Baş naziri Dikon Miçel BMT-nin İqlim Dəyişmələri üzrə Çər
Noyabrın 12-də Tonqa Krallığının Baş naziri Siaosi Ofakivahafolau Sovalen
"Təəssüflə qeyd edirik ki, Ermənistan iştirak etməyib".
COP29 çərçivəsində Trend BİA "COP for Hope" adlı xüsusi layih�
Türkiyəli fenomen İbrahim Yılmaz həbs edilib.
"Mədəniyyət sahəsində çalışan bəzi şəxslər var ki, onların hə
ABŞ-ın yeni prezidenti bütün dünyada Amerika pullarının səxavətlə xər
Azərbaycanın bank sektoru COP29-da 2030-cu ilə qədər üzərinə götürdük
Türkiyəli aktyor Aras Bulut İynemlinin baş rolunu canlandıracağı "D
Böyük Britaniyanın kraliçası II Elizabetin ölümündən iki gün əvvəl �
"Baku Harmony" təşəbbüsü aqrar sektorda mövcud olan bütün layi
Ümumilikdə qlobal nüvə məsələsi vacib mövzu olaraq qalır, İran isə st
Xəzər dənizinin ekoloji problemləri böyükdür. Bunu həmişə Azərbaycan
Türkiyənin İzmir şəhərinin Səlcuq rayonunda evdə baş verən yanğında