"Katiblik Xəzəryanı ölkələrdən birinə köçürülməlidir"
Digərləri 12 Noy 2024 09:25:00 95 0
Xəzər dənizinin ekoloji problemləri böyükdür. Bunu həmişə Azərbaycan tərəfi qaldırıb və Aşqabad sammitində Azərbaycan Prezidenti İlham Əliyev çıxışında ilk dəfə Xəzərin səviyyəsinin aşağı düşməsini və Xəzərdə ekoloji problemlərə xəzəryanı dövlətlərin daha yüksək səviyyədə yanaşmaları ilə bağlı çağırış etmişdi və xüsusi proqramla çıxış etmişdi.
Bu xəbəri də oxu: Qladiatorlar nə yeyirdilər?
Son.az Trend-ə istinadən bildirir ki, bunu Azərbaycan Respublikası Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Xələf Xələfov COP29 məkanında jurnalitlərə açıqlamasında deyib.
O bildirib ki, bu gün bu məsələlər hamısı aktuallığını saxlamaqdadır. "Çünki Xəzər dənizində su səthinin azalması Xəzəryanı ölkələr, xüsusilə Xəzər sahilində yerləşən böyük şəhərlər üçün ciddi problemə çevrilə bilər. Düşünürəm ki, Xəzəryanı ölkələr də Xəzərin xilas edilməsi, onun flora və faunasının qorunub saxlanması, onun su səthinin qorunub saxlanması və bununla əlaqədar müəyyən layihələrin işlənib hazırlanması üçün öz səylərini əsirgəməməlidirlər.
Bütün əməkdaşlıq formatlarında fəaliyyətləri artırmaq lazımdır. Eyni zamanda, bu sahəyə maliyyə dəstəyi verilməsini də əsirgəməməlidirlər. Ona görə də ilk növbədə biz düşünürük ki, Xəzər dənizinin ekoloji vəziyyətinə nəzarət edən çoxtərəfli konvensiyanın daimi katibliyinin formalaşması aktual məsələ olaraq qalır.
Türkiyənin İzmir şəhərinin Səlcuq rayonunda evdə baş verən yanğında
COP29 tədbiri dünyanın ən böyük tədbirlərindən biridir.
İsveçrə xaric olmaqla, demək olar ki, bütün dövlətlər bu və ya digər
Müğənni Damla qalmaqallı açıqlaması ilə diqqət çəkib.
Azərbaycan rəsmiləri COP29 məkanında "Mavi zona" ilə tanış olu
Ümumdünya Səhiyyə Təşkilatının baş direktoru Tedros Adhanom Qebreyesus
Moldova Respublikasının Prezidenti Maya Sandu noyabrın 12-də BMT-nin İqlim
Lester Universitetinin britaniyalı alimləri orqanizmi bağırsaq xərçəngind
Noyabr ayının qalan günləri bir neçə bürc üçün xüsusilə şanslı ola
COP29 tədbiri ilə bağlı ölkəmizdə səfərdə olan Belarus Prezidenti Alek
Cənubi Koreyanın məşhur "Squid game" serialının yaradıcısı Hv
ABŞ-nin yeni seçilmiş prezidenti Donald Tramp rəsmi olaraq vəzifəsinin icr