Rafael Qrossi: İran strateji məsələdir və bu mövzunu Tehranda müzakirə edəcəyik
Digərləri 12 Noy 2024 09:28:00 91 0
Ümumilikdə qlobal nüvə məsələsi vacib mövzu olaraq qalır, İran isə strateji məsələdir və bu mövzunu Tehranda müzakirə edəcəyik.
Bu xəbəri də oxu: Təzə banan şirniyyatlı kekslər: asan hazırlanır
Son.az xəbər verir ki, bunu Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (AEBA) Baş direktoru Rafael Qrossi Bakıda keçirilən COP29 çərçivəsində jurnalistlərə bildirib.
"Biz daim görüşürük. Xüsusilə Nyu-Yorkda yüksək səviyyədə görüşlərimiz olub. Lakin bu dəfə Tehranda prezident, xarici işlər naziri və digər rəsmi şəxslərlə görüşəcəyəm. Bu çox mühüm bir məqamdır", - deyə o bildirib.
Onun sözlərinə görə, geosiyasət və iqlim dəyişikliyi məsələləri bir-biri ilə sıx əlaqəlidir. Qəbul edilən qərarlar hər bir ölkənin seçimləri ilə yaxından bağlıdır. Beləliklə, təhlükəsizlik və enerji məsələsi əhəmiyyətli amilə çevrilmişdir.
"İndi düşünürəm ki, energetikanın təhlükəsizlik aspekti də var. Bunu nəzərdən qaçıra bilmərik, ikinci plana ata bilmərik", - o əlavə edib.
Qeyd edək ki, dünən BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının (COP29) Tərəflər Konfransının 29-cu sessiyasının açılışı olub. Noyabrın 22-dək Bakı Stadionunda keçiriləcək COP29 Azərbaycanın bu günədək təşkil etdiyi ən nəhəng tədbirdir və regionda ilk dəfə Azərbaycanda baş tutur.
COP29 çərçivəsində ən yüksək səviyyəli tədbir - Dünya Liderlərinin İqlim Fəaliyyəti Sammiti noyabrın 12-13-də təşkil olunacaq.
COP29-dan əsas gözlənti iqlim maliyyəsi ilə bağlı ədalətli və ambisiyalı Yeni Kollektiv Kəmiyyət Hədəfinin (NCQG) razılaşdırılmasından ibarətdir.
COP29 Sədrliyi tərəfindən iqlim fəaliyyəti ilə dayanıqlı inkişaf məqsədləri arasında əlaqəni ehtiva edən, yaşıl enerji dəhlizləri, yaşıl enerji saxlancları, iqlim dayanıqlılığı üçün harmoniya, təmiz hidrogen, orqanik tullantılarda metanın azaldılması, yaşıl rəqəmsal fəaliyyət və digər mövzuları əhatə edən 14 təşəbbüs irəli sürülüb.
İqlim maliyyəsinin yaradılması fəaliyyət üçün şərait yaradan əsas prioritet olmaqla yanaşı, hamını bir araya gətirməklə 1,5°C öhdəliyinin yerinə yetirilməsinə töhfə verəcək.
Xəzər dənizinin ekoloji problemləri böyükdür. Bunu həmişə Azərbaycan
Türkiyənin İzmir şəhərinin Səlcuq rayonunda evdə baş verən yanğında
COP29 tədbiri dünyanın ən böyük tədbirlərindən biridir.
İsveçrə xaric olmaqla, demək olar ki, bütün dövlətlər bu və ya digər
Müğənni Damla qalmaqallı açıqlaması ilə diqqət çəkib.
Azərbaycan rəsmiləri COP29 məkanında "Mavi zona" ilə tanış olu
Ümumdünya Səhiyyə Təşkilatının baş direktoru Tedros Adhanom Qebreyesus
Moldova Respublikasının Prezidenti Maya Sandu noyabrın 12-də BMT-nin İqlim
Lester Universitetinin britaniyalı alimləri orqanizmi bağırsaq xərçəngind
Noyabr ayının qalan günləri bir neçə bürc üçün xüsusilə şanslı ola
COP29 tədbiri ilə bağlı ölkəmizdə səfərdə olan Belarus Prezidenti Alek
Cənubi Koreyanın məşhur "Squid game" serialının yaradıcısı Hv
ABŞ-nin yeni seçilmiş prezidenti Donald Tramp rəsmi olaraq vəzifəsinin icr