Ermənistanda qorxu: Tramp “südü kəsəcək”
Dünya 12 Noy 2024 10:00:00 82 0
ABŞ-ın yeni prezidenti bütün dünyada Amerika pullarının səxavətlə xərcləndiyi maliyyələşdirmə və proqramların əsaslı şəkildə nəzərdən keçirilməsinə başlayacaq. Belə bir "təftiş" sözsüz ki, Ermənistana da təsir edəcək.
Bu xəbəri də oxu: Fransızlar ölkədən qaçmaq istəyirlər
Son.az axar.az-a istinadən bildirir ki, bu sözləri erməni siyasi strateq Armen Badalyan "Sputnik"ə açıqlamasında deyib.
Onun sözlərinə görə, Ermənistanda Amerika tərəfindən maliyyələşdirilən QHT-lərin və müxtəlif "danışan başların" Trampın seçilməsindən "xüsusi ilham almaması"nın və seçki kampaniyası zamanı Kamala Harrisin fəal təbliğatını aparmalarının əsas səbəbi budur.
"Tramp - biznesmendir və ABŞ-ın ictimai sektora səxavətli yardımlarının nəyə xərcləndiyini "inventarlaşdırmağa" başlaya bilər. Bəli, biz başa düşürük ki, Ermənistan məsələsində bu xərclərin ümumi elan edilmiş məqsədi Rusiyadan uzaqlaşma, antirusiya əhval-ruhiyyəsinin yayılmasıdır. Ancaq bunu necə ölçmək olar? Növbəti dollar tranşının ayrılmasından sonra İrəvanın neçə sadə sakininin antirusiya əhval-ruhiyyəsinə bürünməsi Amerikanı maraqlandırmır. Trampa real nəticələr, məsələn, Ermənistanın postsovet məkanında inteqrasiya strukturlarını tərk edib-etmədiyi, hansı xarici və iqtisadi siyasəti yeritdiyi və s. maraqlıdır", - Badalyan bildirib.
O qeyd edib ki, Trampın vəzifəsinin icrasına başladıqdan sonra Amerika hökumətində daha genişmiqyaslı ixtisarlar gözlənilir. Kadrların "təmizlənməsi" ilə yanaşı, Amerika büdcəsindən ayrılan vəsaitlərin müxtəlif layihə və ideyalara necə xərclənməsi ilə bağlı çox ciddi yoxlamalar və "auditlər" də gözləməliyik:
"Bu, digər məsələlərlə yanaşı, Ermənistana gələn Amerika qrantlarının azalmasına gətirib çıxaracaq".
Azərbaycanın bank sektoru COP29-da 2030-cu ilə qədər üzərinə götürdük
Türkiyəli aktyor Aras Bulut İynemlinin baş rolunu canlandıracağı "D
Böyük Britaniyanın kraliçası II Elizabetin ölümündən iki gün əvvəl �
"Baku Harmony" təşəbbüsü aqrar sektorda mövcud olan bütün layi
Ümumilikdə qlobal nüvə məsələsi vacib mövzu olaraq qalır, İran isə st
Xəzər dənizinin ekoloji problemləri böyükdür. Bunu həmişə Azərbaycan
Türkiyənin İzmir şəhərinin Səlcuq rayonunda evdə baş verən yanğında
COP29 tədbiri dünyanın ən böyük tədbirlərindən biridir.
İsveçrə xaric olmaqla, demək olar ki, bütün dövlətlər bu və ya digər
Müğənni Damla qalmaqallı açıqlaması ilə diqqət çəkib.
Azərbaycan rəsmiləri COP29 məkanında "Mavi zona" ilə tanış olu
Ümumdünya Səhiyyə Təşkilatının baş direktoru Tedros Adhanom Qebreyesus
Moldova Respublikasının Prezidenti Maya Sandu noyabrın 12-də BMT-nin İqlim
Lester Universitetinin britaniyalı alimləri orqanizmi bağırsaq xərçəngind