Azərbaycanın bank sektoru COP29da 2030cu ilə qədər maliyyə öhdəliklərini təqdim edəcək
Digərləri 12 Noy 2024 09:57:00 70 0
Azərbaycanın bank sektoru COP29-da 2030-cu ilə qədər üzərinə götürdükləri maliyyə öhdəliklərini təqdim edəcək.
Bu xəbəri də oxu: COP29 Azərbaycan üçün sonsuz imkanlar aça bilər Emin Ağalarov
Son.az xəbər verir ki, bunu Azərbaycan Respublikası Mərkəzi Bankının sədri Taleh Kazımov Bakıda keçirilən COP29 çərçivəsində jurnalistlərə bildirib.
"Azərbaycan Mərkəzi Bankı maliyyə sektoru ilə birlikdə 3 tədbir keçirəcək və bankların Azərbaycanda "Yaşıl" transformasiyanı maliyyələşdirmək üçün üzərinə götürdükləri maliyyə öhdəlikləri səsləndiriləcək.
İnanıram ki, bu, əhəmiyyətli bir hadisə olacaq, çünki bank sektoru 2030-cu ilə qədər yerinə yetirməyə hazır olduğu xüsusi maliyyə öhdəliklərini elan edəcək", - o deyib.
Qeyd edək ki, dünən BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının (COP29) Tərəflər Konfransının 29-cu sessiyasının açılışı olub. Noyabrın 22-dək Bakı Stadionunda keçiriləcək COP29 Azərbaycanın bu günədək təşkil etdiyi ən nəhəng tədbirdir və regionda ilk dəfə Azərbaycanda baş tutur.
COP29 çərçivəsində ən yüksək səviyyəli tədbir - Dünya Liderlərinin İqlim Fəaliyyəti Sammiti noyabrın 12-13-də təşkil olunacaq.
COP29-dan əsas gözlənti iqlim maliyyəsi ilə bağlı ədalətli və ambisiyalı Yeni Kollektiv Kəmiyyət Hədəfinin (NCQG) razılaşdırılmasından ibarətdir.
COP29 Sədrliyi tərəfindən iqlim fəaliyyəti ilə dayanıqlı inkişaf məqsədləri arasında əlaqəni ehtiva edən, yaşıl enerji dəhlizləri, yaşıl enerji saxlancları, iqlim dayanıqlılığı üçün harmoniya, təmiz hidrogen, orqanik tullantılarda metanın azaldılması, yaşıl rəqəmsal fəaliyyət və digər mövzuları əhatə edən 14 təşəbbüs irəli sürülüb.
İqlim maliyyəsinin yaradılması fəaliyyət üçün şərait yaradan əsas prioritet olmaqla yanaşı, hamını bir araya gətirməklə 1,5°C öhdəliyinin yerinə yetirilməsinə töhfə verəcək.
Türkiyəli aktyor Aras Bulut İynemlinin baş rolunu canlandıracağı "D
Böyük Britaniyanın kraliçası II Elizabetin ölümündən iki gün əvvəl �
"Baku Harmony" təşəbbüsü aqrar sektorda mövcud olan bütün layi
Ümumilikdə qlobal nüvə məsələsi vacib mövzu olaraq qalır, İran isə st
Xəzər dənizinin ekoloji problemləri böyükdür. Bunu həmişə Azərbaycan
Türkiyənin İzmir şəhərinin Səlcuq rayonunda evdə baş verən yanğında
COP29 tədbiri dünyanın ən böyük tədbirlərindən biridir.
İsveçrə xaric olmaqla, demək olar ki, bütün dövlətlər bu və ya digər
Müğənni Damla qalmaqallı açıqlaması ilə diqqət çəkib.
Azərbaycan rəsmiləri COP29 məkanında "Mavi zona" ilə tanış olu
Ümumdünya Səhiyyə Təşkilatının baş direktoru Tedros Adhanom Qebreyesus
Moldova Respublikasının Prezidenti Maya Sandu noyabrın 12-də BMT-nin İqlim
Lester Universitetinin britaniyalı alimləri orqanizmi bağırsaq xərçəngind