Beyin oksigensiz qalsa nə baş verər?
Digərləri 11 Noy 2024 06:06:00 111 0
İnsan bədənində ən çox hava, oksigen və qandakı qidalı maddələri tələb edən orqan baş beyindir. Ona görə də beyin və sinir hüceyrələrimiz oksigen aclığına - hipoksiyaya həssasdır.
Bu xəbəri də oxu: Fövqəladə Hallar Nazirliyinin xüsusi təyyarəsi ilə Bakıya yola düşüb
Son.az oxu.az-a istinadən bildirir ki, mütəxəssislər beyində oksigen catışmazlığını göstərən əlamətlərin müxtəlif şəkildə özünü büruzə verdiyini bildiriblər.
Məsələn, onlar hesab edirlər ki, başgicəllənmə oksigen çatışmazlığının birinci əlamətidir. Bu o deməkdir ki, vestibülyar aparat pozulub, səndirləmə, qulaqlarda uğultu, küy olur. Eləcə də baş ağrıları, ürəkbulanma, qusma, halsızlıq, göz qaralması, sayrışma və s. baş verə bilir.
Beyinin oksigensiz qalması hansı fəsadları yarada bilər?
Həkim-nevroloq Qalib Əsədov bildirib ki, beyin oksigensiz qala bilməz.
"Beyində oksigenin miqdarı azalanda belə bizdə başgicəllənmə olur. Əgər beyin oksigensiz qalsa, biz huşumuzu itirib yıxılarıq. Fikir vermisinizsə, biz əyilib-qalxanda bir anlıq başımız gicəllənir. Bu hal ona görə baş verir ki, bir saniyənin mində biri qədər vaxtda beyinə gedən oksigenin miqdarı azalır. Beyin oksigensiz qalsa, beyinə qan getməsə, 4-5 dəqiqə ərzində ölüm baş verir.
Ona görə də, ürək dayananda deyirlər kliniki ölüm, çünki o zaman beyində az miqdarda oksigen olur, 4-5 dəqiqədən sonra isə beyin hüceyrələri də ölür və bioloji ölüm baş verir.
Beyin bizim bədən çəkimizin cəmi 2%-ni təşkil edir. Buna baxmayaraq, ürəyin vurduğu qanın 20%-i, yəni 1/5 hissəsi, sırf beyinə, yerdə qalan 4/5-ü isə bədənimizin digər hissələrinə gedir.
Beyinə gedən oksigen azalanda beyində işemiya baş verir, yəni adam huşunu itirir. Bu halda insanın nə qədər yaşaması beyinin nə qədər nahiyəsinin və hansı hissəsinin oksigensiz qalmasından asılıdır. Məsələn, uzunsov beyin, yəni beyinin kötük nahiyəsi oksigensiz qalanda insan ölür.
Sağlam həyat vərdişləri çərçivəsində son illərdə getdikcə daha çox
Payızda saçların tökülməsi sürətlənir, saçtökülmənin səbəbləri �
"Beth Israel Deaconess" Tibb Mərkəzinin alimləri müəyyən ediblə
Rusiyanı Moskva vilayətində 10 yaşlı qız 13 yaşlı bacısını öldürüb
"Artik & Asti" qrupunun müğənnisi Sevil Vəliyeva avtomobildə mahn
Donald Trampın oğlu atasının ABŞ prezident seçkilərində qalib gəlməsin
Ermənistan Baş naziri Nikol Paşinyanın arvadı Anna Akopyanın Afrikada isti
Milli.Az dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope"
Dünyaca məşhur aktyor Leonardo DiKaprio 50 yaşını qeyd edir.
Qana Respublikasının Prezidenti Nana Addo Dankua Akufo-Addo BMT-nin İqlim Də
BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Ko
Həyat yoldaşını qətlə yetirdiyinə görə 24 il həbs cəzasını koloniya
Bitcoin-in qiyməti 81 min dollara yüksələrək bütün zamanların ən yüks�
ABŞ-ın yeni seçilmiş Prezidenti Donald Tramp Rusiya ilə münasibətlərdək