Günün qoroskopu: bütün işlərin görülməsinə eyni vaxtda başlamayın
Digərləri 11 Noy 2024 00:01:00 158 0
Milli.Az dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope" və "Astrology"yə istinadən bu günün qoroskopunu təqdim edir
Bu xəbəri də oxu: “Hər şey yaxşı olacaq” deyən Hökumənin
Son.az dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope" və "Astrology"yə istinadən bu günün qoroskopunu təqdim edir
Qoç - günün ilk yarısında ehtiyatlı olun. Nəzərdə tutduğunuz görüşdə diqqətli davranın, qarşı tərəfin mövqeyini nəzərə alın. İşdə irəliləyiş və karyera yüksəlişi üçün münasib zamandır. Fəqət illüziyalara qapılmayın. Emosional davransanız, problemlərlə qarşılaşacaqsınız. Günün ikinci yarısı peşəkar fəaliyyət və maliyyə məsələləri baxımından pis zaman deyil. İşgüzar intuisiyanız iti olsun. Alış-veriş etmək olar. Bədxərclik etməyin. Əməkdaşlıqla bağlı anlaşmaları müzakirə edəndə sayıqlığı əldən verməyin. Buğa - münaqişələrdən yan qaçmağa çalışın. Sizi təxribatlara çəkməyə çalışacaqlar. Hisslərə qapılaraq düşünülməmiş addımlar atmayın. Həmkarlarla yanaşı, yaxınlarınızla rəvan münasibətləri qorumağı unutmayın. Üzləşdiyiniz problemi müstəqil çözsəniz, yaxşıdır. Günün ikinci yarısında yardımçılara və tərəfdaşlara güvənməyin. Onlar, gerçəkdən də, faydalı işlər görmək əvəzinə diqqətinizi yayındıracaqlar. Qarşınıza qoyduğunuz məqsədə çatmaq üçün aktiv olun. Axşam saatlarında qəfil görüş ola bilər. Əyləncə və ya istirahəti işə qurban vermək məcburiyyətində qalacaqsınız. Sakit, təmkinli olun. Dincəlməyə, şənlənməyə hələ çox imkanlar yaranacaq. Əkizlər - tələsməyin. Bu gün qarşılaşacağınız problemlərin hamısını həll etmək mümkün deyil. Peşəkar fəaliyyət müstəvisində uğurlara nail olmaq fikriniz varsa, qətiyyətli olun, təxəyyülünüzü işə salın. Çoxdankı rəqibləri üstələmək üçün bir qədər hiyləgərlik edin. Fəndgir olun. Günün ikinci yarısında məhsuldar əməkdaşlıq etdiyiniz insanlardan birindən maraqlı işgüzar təklif alacaqsınız. Şəxsi münasibətlər baxımından əlverişli zamandır. Yaxınlarınızla asanlıqla dil tapacaqsınız. Sevdiyiniz insan xoş sürprizlə sizi sevindirəcək. Xərçəng - sizdən təcrübəli və nüfuzlu insanlarla toqquşmalardan yayının. Belə situasiyadan asanlıqla çıxmaq müşkül işdir. Üstəlik, münasibətlərdəki gərginlik əhvalınıza çox pis təsir edəcək. Müstəqil fəaliyyət göstərməyə çalışın. Günün ikinci yarısında görüş yaxşı nəticə verəcək. Çoxdan bəri maraqlandığınız insanda özünüzlə bağlı müsbət rəy formalaşdırın. Diqqət yetirilməyə layiq insanı kütlədən ayırmağı bacarın. Şir - parlaq, yaddaqalan gün olacaq. Amma asan və sadə zaman da deyil. Güclü rəqiblə mübarizə maraqlarınızı müdafiə edin. İtkilərə yol verməmək üçün hiyləgər olun. Hadisələrə təsir imkanlarına malik insandan dəstək alacaqsınız. Günün ikinci yarısında fəal olun, bədxahların planlarını alt-üst edin. Qeyri-adi, emosional saatlardır. Birmənalı olmayan açıqlamanı diqqətlə dinləyin. Şəxsi münasibətlərdəki harmoniyanı bərpə etmək üçün xeyli çalışmalı olacaqsınız. Qız - fəaliyyət üçün yaxşı zamandır. Genişmiqyaslı, mürəkkəb, məsul işlərə başlaya bilərsiniz. İndiyədək start verməkdən çəkindiyiniz layihəni reallaşdırın. Fəaliyyət planını tənzimləyin. Ən kiçik məsələlərdə belə, diqqətli olun. Prioritetləri müəyyənləşdirin, müttəfiqləri dürüst seçin. Hər şeyə rəğmən problemlərin sayı artacaq. Günün ikinci yarısında görüləsi işlər çoxalır. Səhhətinizə fikir verin. Axşam saatlarında normal istirahət edin. Əks halda nasazlıq işlərinizə pəl vura bilər. Nəzərdə tutulmamış səfər, mühüm xəbərin alınması istisna deyil. Şəxsi həyatınızda dəyişikliklər olacaq. Tərəzi - uğurlu zamandır. Situasiyadan istifadə edin. Planları gerçəkləşdirmək, məqsədə çatmaq üçün şəraitdəki nüansları dəyərləndirməyi bacarın. Mümkün qədər ehtiyatlı olun. Risk etməyin, avantüralara qatılmayın. Yanlış qərarlar verməyin. Günün ikinci yarısında maliyyə işlərində qayda yaradın. Qarışıqlığa yol verməyin. Dəvət olunduğunuz tədbirə axşam saatlarında yayının. Yeni tanışlıq, habelə indiyədək haqqında yaxşı sözlər eşitdiyiniz insanla qarşılaşmağınız istisna deyil.Dünyaca məşhur aktyor Leonardo DiKaprio 50 yaşını qeyd edir.
Qana Respublikasının Prezidenti Nana Addo Dankua Akufo-Addo BMT-nin İqlim Də
BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Ko
Həyat yoldaşını qətlə yetirdiyinə görə 24 il həbs cəzasını koloniya
Bitcoin-in qiyməti 81 min dollara yüksələrək bütün zamanların ən yüks�
ABŞ-ın yeni seçilmiş Prezidenti Donald Tramp Rusiya ilə münasibətlərdək
Seysmoloqlar ABŞ hakimiyyətinə 9 bal gücündə zəlzələ və 30 metr hünd�
Aktrisa Ülviyyə Xəlilbəyova son paylaşımı ilə diqqət çəkib.
2024-cü ilin sonuna qədər evlənə biləcək BÜRCLƏR
Gürcüstanda cərrah Rostom Şvelidze mürəkkəb əməliyyat keçirərkən öl
COP29 Liderləri Sammitinin keçiriləcəyi 11, 12 və 13 noyabrda Bakının bir
Monqolustan Respublikasının Prezidenti Uxnaaqiyn Xurelsux BMT-nin İqlim Dəyi
Stress, hər addımda bizi müşayiət edən həyatın qaçılmaz hissəsidir. �
Minnesota ştatının Dulut şəhərində 47 yaşlı Entoni Hefyunun ailəsində