ICESCOnun Baş direktoru Azərbaycana səfərə gəlib
Siyasət 09 Noy 2024 12:32:00 127 0
ICESCO-nun Baş direktoru Salim bin Məhəmməd Əl-Malik noyabrın 9-da BMT-nin İqlim Dəyişikliyi üzrə çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında (COP29) iştirak etmək məqsədilə Azərbaycan Respublikasına səfərə gəlib.
Son.az Trend-ə istinadən xəbər verir ki, hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda qonağı Azərbaycanın mədəniyyət nazirinin müavini Murad Hüseynov və digər rəsmi şəxslər qarşılayıblar.
Xatırladaq ki, BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının (COP29) Tərəflər Konfransının 29-cu sessiyası bir neçə gün sonra Azərbaycanda keçiriləcək. Bununla bağlı qərar ötən il dekabrın 11-də Dubayda keçirilən COP28 plenar iclasında qəbul edilib.
Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyası 1992-ci ilin iyununda Rio-de-Janeyroda keçirilən Yer Sammitində insanın iqlim sisteminə təhlükəli müdaxiləsinin qarşısını almaq üçün imzalanmış sazişdir. "COP" (Conference of Parties) abbreviaturası İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının icrasına nəzarət edən ən yüksək qanunverici orqan olan "Tərəflərin Konfransı" mənasını verir.
Konvensiyada 198 ölkə iştirak edir. Tərəflər başqa cür razılaşmırsa, COP hər il keçirilir. İlk COP tədbiri 1995-ci ilin martında Berlində baş tutdu və onun katibliyi Bonnda yerləşir.
Bu gün Azərbaycan Respublikasında Dövlət Bayrağı Günü qeyd edilir. Azə
Bakıda və Abşeron yarımadasında noyabrın 10-da hava şəraitinin dəyişk�
8 Noyabr - Zəfər Günü işğaldan azad olunmuş torpaqlarda böyük təntən�
Artıq ADY ilə ölkədaxili marşrutlar üzrə səfər edən vətəndaşlara bi
2024-cü il seçkilərində qələbədən sonra Donald Tramp yenidən Amerika Bi
Soyuq qış aylarında orqanizmimiz xəstəliklərə qarşı daha həssas olur.
Türkiyə Xarici İşlər Nazirliyi Azərbaycanın 9 Noyabr - Dövlət Bayrağı
Hindistanda həkimlər 14 yaşlı uşağın mədəsindən 65 yad cisim çıxarı
Prezident İlham Əliyev Kambocanın Kralı Əlahəzrət Norodom Sihamoniyə tə
Tuvalunun Baş naziri Feleti Teo BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə
COP29-la əlaqədar nəqliyyat vasitələrinin hərəkətinə tətbiq ediləcək
Çinin Honq-Konq Politexnik Universitetinin alimləri qədim zamanlarda Marsda n
Marşal Adaları Respublikasının Prezidenti Hilda Heine BMT-nin İqlim Dəyiş
Azərbaycan 2020-ci ildə tarixi Qələbə qazanaraq 30 illik işğala son qoydu
Saat 9:00-a olan məlumata əsasən əksər rayonlarda hava şəraiti əsasən y