Qərbi Azərbaycan İcmasından Dövlət Bayrağı Günü ilə bağlı BƏYANAT
Digərləri 09 Noy 2024 12:25:00 76 0
Bu gün Azərbaycan Respublikasında Dövlət Bayrağı Günü qeyd edilir. Azərbaycan xalqının dəyərlərinin və amallarının ifadəçisi olan üçrəngli bayrağımız dövlətimizin inkişafı, təhlükəsizliyi və müstəqilliyinin mayakı, xalqımız gələcəyə inamla addımlamasına yol göstərən işıqdır.
Bu xəbəri də oxu: 5 bürcün üzü güləcək
Azərbaycan Respublikasının Dövlət Bayrağı 1918-ci il noyabrın 9-da Azərbaycan Xalq Cümhuriyyəti Hökumətinin iclasında qəbul edilib və 1920-ci ilin aprel ayınadək dövlət statusuna malik olub. Həmin bayraq 1990-cı il noyabrın 17-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi ilə keçirilən sessiyada Naxçıvan Muxtar Respublikasının Dövlət Bayrağı olaraq təsdiq edilib və Ali Məclisin təqdimatı əsasında 1991-ci il fevralın 5-də Azərbaycan Respublikasının parlamenti onu Dövlət Bayrağı elan edib.
Son.az xəbər verir ki, bu fikirlər Dövlət Bayrağı Günü ilə bağlı Qərbi Azərbaycan İcmasının yaydığı bəyanatda yer alıb.
Bəyanatda bildirilir: "Ümummilli Lider Heydər Əliyev və Prezident İlham Əliyevin rəhbərliyi altında müqəddəs milli rəmz kimi Dövlət Bayrağının təbliği yolunda sistemli addımlar atılıb və atılmaqdadır. Prezident İlham Əliyevin 2009-cu ildə imzaladığı Sərəncamla hər il noyabr ayının 9-u Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü kimi qeyd edilir.
Dövlət başçısının 2007-ci ildə imzaladığı Sərəncama uyğun olaraq, 2010-cu ildə açılmış Dövlət Bayrağı Meydanı və orada yaradılmış Dövlət Bayrağı Muzeyi milli rəmzlərimizin təbliğ olunmasında xüsusi yer tutur.
Təkcə bir simvol deyil, xalqımızın azadlıq, birlik və iradəsini əks etdirən müqəddəs bir dəyər kimi üçrəngli bayrağımıza xalqımızın ehtiramı ən yüksək səviyyədədir. Şübhəsiz ki, Dövlət bayrağına ehtiramın ən ali ifadəsi xalqımızın həmin bayraq altında Müzəffər Ali Baş Komandanın ətrafında sıx birləşərək, ölkəmizin ərazi bütövlüyünü bərpa etməsi olmuşdur. Xatırladaq ki, cənab Prezidentimiz 2010-cu ildə Dövlət Bayrağı Meydanının açılışında etdiyi tarixi çıxışında bildirmişdi:
"Azərbaycan ərazi bütövlüyünü bərpa edəndən sonra milli dövlət bayrağımız bu gün hələ də işğal altında olan torpaqlarda qaldırılacaqdır. Bizim bayrağımız Qarabağda, Xankəndidə, Şuşada dalğalanacaqdır." Artıq Dövlətbayrağımız Şuşa, Xocalı, Xankəndi daxil olmaqla ölkəmizin hər bir guşəsində məğrurluqla dalğalanır.
Ölkə rəhbəri Dövlət Bayrağı Meydanında aparılmış yenidənqurma və bərpa işlərindən sonra yeni görkəmdə və tərtibatda fəaliyyətə başlamış meydanı ziyarət etmiş və oradakı Dövlət Bayrağı Muzeyində Azərbaycanın tarixi bayraqlarına, o cümlədən, İrəvan xanlığının bayrağına ehtiramla baxış keçirmişdir.
Ermənistan hökumətinin apardığı etnik təmizləmə nəticəsində öz doğma yurd-yuvalarından didərgin düşmüş azərbaycanlıları özündə birləşdirən Qərbi Azərbaycan İcması olaraq, bizim sülh yolu ilə, təhlükəsiz və ləyaqətli şəkildə qayıdış hüququmuza verdiyi birmənalı dəstəyə və Azərbaycan xalqının tarixi simvollarına göstərdiyi ehtirama görə Prezident İlham Əliyevə dərindən təşəkkür edirik".
Bakıda və Abşeron yarımadasında noyabrın 10-da hava şəraitinin dəyişk�
8 Noyabr - Zəfər Günü işğaldan azad olunmuş torpaqlarda böyük təntən�
Artıq ADY ilə ölkədaxili marşrutlar üzrə səfər edən vətəndaşlara bi
2024-cü il seçkilərində qələbədən sonra Donald Tramp yenidən Amerika Bi
Soyuq qış aylarında orqanizmimiz xəstəliklərə qarşı daha həssas olur.
Türkiyə Xarici İşlər Nazirliyi Azərbaycanın 9 Noyabr - Dövlət Bayrağı
Hindistanda həkimlər 14 yaşlı uşağın mədəsindən 65 yad cisim çıxarı
Prezident İlham Əliyev Kambocanın Kralı Əlahəzrət Norodom Sihamoniyə tə
Tuvalunun Baş naziri Feleti Teo BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə
COP29-la əlaqədar nəqliyyat vasitələrinin hərəkətinə tətbiq ediləcək
Çinin Honq-Konq Politexnik Universitetinin alimləri qədim zamanlarda Marsda n
Marşal Adaları Respublikasının Prezidenti Hilda Heine BMT-nin İqlim Dəyiş
Azərbaycan 2020-ci ildə tarixi Qələbə qazanaraq 30 illik işğala son qoydu
Saat 9:00-a olan məlumata əsasən əksər rayonlarda hava şəraiti əsasən y
İran paytaxtı Tehran şəhərində "Ramtin" hotelində baş verən y