Bakıda 15 marşrutun fəaliyyəti dayandırılır
Digərləri 09 Noy 2024 10:52:00 114 0
COP29-la əlaqədar nəqliyyat vasitələrinin hərəkətinə tətbiq ediləcək məhdudiyyətə uyğun olaraq 11-22 noyabr tarixlərində 57 sayda marşrutun hərəkət sxemi dəyişdirilir.
Son.az xəbər verir ki, bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) məlumat yayıb.
Belə ki, dəyişikliyə əsasən:
3 sayda müntəzəm marşrutun son dayanacaq məntəqəsi "28 May" Nəqliyyat Mübadilə Mərkəzi təyin edilib. Belə ki, başlanğıc dayanacağı Bakı Beynəlxalq Avtovağzal Kompleksi olan 2 nömrəli, "Nəriman Nərimanov" metrostansiyası olan 5 nömrəli və "Dərnəgül" metrostansiyası olan 88 nömrəli marşrut avtobuslarının təyinat nöqtəsi "28 May" NMM olacaq.
7 sayda müntəzəm marşrutun son dayanacaq məntəqəsi "Elmlər Akademiyası" metrostansiyası təyin edilib. Başlanğıc dayanacağı "Azadlıq prospekti" metrostansiyası olan 6 nömrəli, Yasamal Yaşayış Kompleksi (MİDA) olan 10 nömrəli, 9-cu mikrorayon olan 18 nömrəli, Badamdar qəsəbəsi olan 31 nömrəli, Yeni Yasamal yaşayış massivi olan 39 nömrəli, Bakı Beynəlxalq Avtovağzal Kompleksi olan 96 nömrəli, Lökbatan qəsəbəsi olan 125 nömrəli marşrut avtobuslarının son dayanacaq məntəqəsi metronun "Elmlər Akademiyası" stansiyası olacaq.
12 sayda müntəzəm marşrutun son dayanacaq məntəqəsi "Ulduz" metrostansiyası təyin edilib. Yeni Günəsli qəsəbəsini metro ilə əlaqələndirən 36 nömrəli marşrutun sxemindən Müzəffər Həsənov küçəsi (Yeni klinika), Tibb Universiteti və metronu birləşdirən 38 nömrəli marşrutun sxemindən isə Keşlə qəsəbəsi çıxarılıb. 71 nömrəli marşrut "Azadlıq prospekti" və "Ulduz" metrostansiyalarını əlaqələndirəcək.
Başlanğıcını Balaxanı (105 nömrəli), Buzovna (107 və 131 nömrəli), Bilgəh (172 nömrəli), Nardaran (189 nömrəli), Ramana (204 nömrəli), Məmmədli (217 nömrəli),Maştağa (M8 nömrəli) qəsəbələri və Savalan yaşayış massivindən (139 nömrəli) götürən marşrutların fəaliyyəti Balaxanı yolu ilə təşkil ediləcək.
4 sayda müntəzəm marşrutun son dayanacaq məntəqəsi "Xətai" metrostansiyası təyin edilib. Belə ki, Cəmşid Naxçıvanski küçəsindən başlanğıcını götürən 30 və 32 nömrəli, "Əhmədli" metrostansiyasından fəaliyyətə başlayan 21 nömrəli və Mehdi Hüseynzadə küçəsində (68 nömrəli məktəb) başlanğıc dayanacağı olan 49 nömrəli marşrutların təyinat nöqtəsi metronun "Xətai" stansiyası olacaq.
13 nömrəli marşrut Bakı Beynəlxalq Avtovağzal Kompleksini "Gənclik" Nəqliyyat Mübadilə Mərkəzi ilə, 15 nömrəli marşrut Keşlə qəsəbəsini Azər Manafov küçəsi ilə, 46 nömrəli marşrut Günəşli qəsəbəsini Həmrəylik küçəsi ilə, 60 nömrəli marşrut Polad Həşimov və Yavər Əliyev küçələrini, 61 nömrəli marşrut paytaxtın 9-cu mikrorayonunu Rəşid Behbudov küçəsi (Mərkəzi Bank) ilə, 65 nömrəli marşrut 9-cu mikrorayonu Azərbaycan prospekti ilə, 70 nömrəli marşrut "AzərSu" Tikinti Xəstəxanasını "Neftçilər" metostansiyası ilə, 77 nömrəli marşrut Yeni Yasamal yaşayış massivini Hüseyn Cavid prospekti (FHN) ilə əlaqələndirəcək. nömrəli marşrut Hövsan Yaşayış Kompleksi (MİDA) və "Həzi Aslanov" metrostansiyasını, 141 nömrəli marşrut Buzovna-Şüvəlan şosesi və Mərdəkan qəsəbəsini, 149 nömrəli marşrut Sahil qəsəbəsi və "Lökbatan" Nəqliyyat Mübadilə Mərkəzini, 198 nömrəli marşrut isə Zabrat dəmiryol stansiyası və Zabrat dairəsini birləşdirəcək.
Zabrat qəsəbəsindən başlanğıcını götürən 3 sayda müntəzəm marşrutun (118A, 118B və 148 nömrəli) son dayanacaq məntəqəsi Sabunçu dəmiryol stansiyası təyin edilib.
3 sayda müntəzəm marşrutun son dayanacaq məntəqəsi "Koroğlu" Nəqliyyat Mübadilə Mərkəzi (dəmiryol stansiyası) təyin edilib. Belə ki, başlanğıc dayanacağı Ramana Yeni Yaşayış Kompleksi olan 163 nömrəli, Suraxanı qəsəbəsi olan 184 nömrəli və Ramana qəsəbəsi (Şuşa şəhərciyi) olan 214 nömrəli marşrutların təyinat nöqtəsi "Koroğlu" metrostansiyasının cənub çıxışı ("Piramida" tərəf) olacaq.
Çinin Honq-Konq Politexnik Universitetinin alimləri qədim zamanlarda Marsda n
Marşal Adaları Respublikasının Prezidenti Hilda Heine BMT-nin İqlim Dəyiş
Azərbaycan 2020-ci ildə tarixi Qələbə qazanaraq 30 illik işğala son qoydu
Saat 9:00-a olan məlumata əsasən əksər rayonlarda hava şəraiti əsasən y
İran paytaxtı Tehran şəhərində "Ramtin" hotelində baş verən y
Klassik dietologiya, o cümlədən Ümumdünya Səhiyyə Təşkilatının və Ru
Koreya Xalq Demokratik Respublikası (KXDR) Koreya yarımadası ərazisində GPS
Baş Dövlət Yol Polisi İdarəsinin bayram günləri ilə əlaqədar yol hər�
"2020-ci ilin 27 sentyabrında başlayan və 44 gün davam edən Vətən m�
Avropada, demək olar ki, hər bir şəhərin özünəməxsus görünüşü və
Prezident İlham Əliyev 9 Noyabr - Dövlət Bayrağı Günü ilə bağlı sosia
Pakistanın Bəlucistan əyalətinin Kvetta şəhərində dəmiryol vağzalı ya
Ət zülal və digər qida maddələrinin mühüm mənbəyidir, lakin həddində
Xəbər verdiyimiz kimi, UEFA Çempionlar Liqasının Liqa mərhələsinin IV tu