Qaraciyəri bərpa edən
Digərləri 17 Sen 2023 10:13:00 364 0
Yağlı qıdaların, şirniyyatların çoxlu miqdarda istehlakı qaraciyərdə piyin toplanmasına və iltihaba səbəb olur.
Bu xəbəri də oxu: Qaraciyəri xilas edən gözlənilməz tərəvəzin adı açıqlandı
Qaraciyərin piylənməsi çox təhlükəli haldır ki, onun fonunda müxtəlif qaraciyər xəstəlikləri və o cümlədən sirroz, qaraciyər xərçəngi inkişaf edə bilər.
Qaraciyərin sağlamlığını qorumaq üçün qidalanmaya bu orqanda detoksikasiya və bərpa proseslərini stimullaşdıran məhsulları əlavə etmək lazımdır.
Son.az sağlamolun.az-a istinadən xəbər verir ki, rusiyalı diyetoloq İrina Toropıqina belə məhsulların adlarını açıqlayıb.
Balqabaq tumları qaraciyərin ziyanlı maddələrdən daha tez təmizlənməsinə yardım edir və həmçinin yaxşı ödqovucu təsirə malikdir. Diyetoloq hər gün 1 ovuc balqabaq tumlarını yeməyi tövsiyə edir. Qaraciyər üçün digər faydalı məhsul ərik qurusudur. Ərik qurusu da qaraciyərin sağlamlığına çox müsbət təsir edir, detoksikasiya proseslərini stimullaşdırır. Həkim hər gün 4-5 ərik qurusunu yeməyi tövsiyə edir.
Zeytun yağı güclü iltihabəleyhinə təsirə malik olan omeqa-3 yağlı turşularla zəngindir. Zeytun yağı əlavə olunmuş tərəvəz salatları qaraciyər üçün ən faydalı qidalardan biridir. Belə salatlar hər gün qidalanmanızda olmalıdır.
Saat 00:55-dən 03:00-dək Rusiya sülhməramlı kontingentinin müvəqqəti yer
Bu gün Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən dövlət qulluğunda in
Türkiyəli aktrisa Müjde Uzmanla müğənni Sinan Akçıl yenidən eşq yaşad
Yaponiyanın cənub-qərbində ən azı 51 min insana güclü yağışların sə
Sentyabrın 17-i saat 00:20-dən 00:40-dək Ermənistan silahlı qüvvələrinin
Maddələr mübadiləsini gücləndirmək və çəkini idarə etmək yaşlandıq
Payız aylarında ən çox qarşılaşdığımız dəri problemi quruluqdur. Üz
İçlikli xəmir yeməkləri - mantı, pelmeni, bizdə düşbərə, xəngəl orq
Gülməli görünüb açıq-aydın kobud olmaq arasında sərhədi keçə biləc
Bakıda şadlıq saraylarında sifarişlərin sayı azalsa da, menyuların qiym�
Uşaqların kiçik yaşdan oynadığı oyuncaqlar onların formalaşmasında bö
Müğənni Hadisə yeni fotolarını yayımlayıb.
Sabirabad rayonunda 1995-ci il təvəllüdlü Əfqan qohumunun yetkinlik yaşın