Emmanuel Makron Prezident İlham Əliyevə zəng edib
Siyasət 29 Avq 2023 21:19:00 384 0
Avqustun 29-da Fransa Respublikasının Prezidenti Emmanuel Makron Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib.
Bu xəbəri də oxu: "Rusiya səfirinin də XİNə çağırılmasına ehtiyac var, çünki..."
Son.az AZƏRTAC-a istinadən bildirir ki, telefon danışığı əsnasında regiondakı vəziyyət, Ağdam-Xankəndi və Laçın-Xankəndi yollarının açılması məsələsi müzakirə olunub.
Dövlətimizin başçısı bildirib ki, Ağdam-Xankəndi yolunun istifadəsinə məqsədyönlü şəkildə Ermənistan və onun Azərbaycanın Qarabağ bölgəsində yaratdığı və dəstəklədiyi qondarma rejim tərəfindən süni əngəllər yaradılır və bundan siyasi manipulyasiya məqsədilə istifadə edilir.
Azərbaycan Prezidenti qeyd edib ki, Ermənistan və qondarma rejim Beynəlxalq Qırmızı Xaç Komitəsinin vasitəçiliyi ilə Ağdam-Xankəndi yolu ilə yüklərin daşınması barədə əldə olunmuş ilkin razılaşmadan imtina edib. Həmçinin Ermənistan rəhbərliyi Azərbaycan tərəfi ilə razılaşdırmadan dövlət sərhədi istiqamətində humanitar təyinatlı olduğunu iddia etdiyi yüklər gətirib ki, burada məqsəd siyasi möhtəkirlikdir.
Dövlətimizin başçısı Azərbaycanın Qarabağın erməni əhalisinin təmsilçilərinin reinteqrasiya məsələlərini müzakirə etmək üçün paytaxt Bakıya və Azərbaycanın digər şəhərlərinə dəvət etdiyini, ancaq onların bundan da imtina etdiklərini və məqsədyönlü şəkildə vəziyyətin guya humanitar gərginlik xarakteri daşıdığını təqdim etməyə çalışdıqlarını bildirib. Prezident İlham Əliyev qeyd edib ki, Ağdam-Xankəndi yolu açıldıqdan sonra Azərbaycanın gömrük və sərhəd rejimi qaydalarına riayət etməklə Laçın-Xankəndi yolundan istifadə edilə bilər.
Eyni zamanda, Prezident İlham Əliyev bu gün Azərbaycan Qızıl Aypara Cəmiyyətinin xətti ilə həmin əraziyə ərzaq yüklərinin çatdırılması üçün avtomobil karvanının yola düşdüyünü qeyd edib.
Prezident Emmanuel Makron vəziyyətin sabitləşdirilməsi və mövcud gərginliyin aradan qaldırılması üçün Fransanın da öz tərəfindən töhfə verməyə hazır olduğunu bildirib, Fransanın və Azərbaycanın aidiyyəti qurumlarının təmaslarının davam etdirilməsini təklif edib.
Son zamanlar futbolçu Jerar Pike ilə ayrılması ilə gündəmə gələn kolum
Alimlər Elnur Nəciyev və Emil Cəbrayılov İsmayıllı-Quba yolunda itkin d�
Günəşdə ləkələrin sayı azalıb, hal-hazırda Günəşin səthində 5 lə
Əfqanıstanın şimal-şərqində yerləşən Taxar əyalətində qızıl məd�
Avropa Məhkəməsi sülh və insanlıq əleyhinə cinayətləri törətməkdə
Naxçıvanda yağan güclü yağış selin yaranmasına səbəb olub.
Sentyabr üç bürc əlaməti üçün çətin ay ola bilər.
Azərbaycan Qızıl Aypara Cəmiyyəti (AzQAC) Rusiya sülhməramlılarının A�
Azərbaycan Qızıl Aypara Cəmiyyəti tərəfindən Qarabağda yaşayan erməni
Sabah bir neçə rayonun qaz təchizatında müvəqqəti fasilə yaranacaq.
Biləsuvarda dostlar arasında yaranan mübahisə bıçaqlanma ilə nəticələn
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına uyğu
Diyetoloq Lisa Riçards sümüklərdəki kalsiumu azaldan qidaları açıqlayıb