Laçından olan daha 13 ailə doğma yurduna qovuşub FOTO
Siyasət 29 Avq 2023 19:42:00 314 0
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq, yenidən qurulan Laçın şəhərinə keçmiş məcburi köçkünlərin qayıdışı davam edir. Avqustun 29-da Laçına növbəti köç prosesi gerçəkləşib. Bakı şəhərinin Qaradağ rayonundakı "Qobu Park 3" yaşayış kompleksindən yola salınan və Laçına çatan ailələr doğma elinə qovuşmağın sevincini yaşayıb.
Bu xəbəri də oxu: Miqrasiya Məcəlləsi qarşılılıq prinsipini rəhbər tutur
Son.az AZƏRTAC-a istinadən bildirir ki, Laçın şəhəri bu gün 13 ailəyə qucaq açıb və daha 52 nəfər laçınlının yurd həsrəti sona çatıb. Otuz bir ildən sonra yenidən Laçına qədəm qoyan ailələr sevinc göz yaşları ilə öz doğma yurduna qovuşub. Onlar şəhərdə böyük coşqu ilə qarşılanıblar, illərdir həsrətini çəkdikləri Laçının gözəl mənzərəsini seyr ediblər. Daha da gözəlləşən və abadlaşan Laçına qovuşan sakinlər hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına görə Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya, torpaqlarımızı işğaldan qurtaran rəşadətli Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərimizə minnətdarlıqlarını bildiriblər, bu yolda canlarından keçən şəhidlərimizi böyük ehtiramla yad ediblər. Laçına qədəm qoyan ailələr qarşılandıqdan sonra Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin əməkdaşları tərəfindən ailələrə evlərin açarları təqdim olunub və onlar sevinc hissi ilə açarları təhvil alıblar.
Bununla da Laçın şəhərində 247 ailə, yəni 956 nəfərin daimi məskunlaşması təmin edilib. Qeyd edək ki, köçürülən ailələrin Laçın şəhərində vaxtilə yaşadıqları, işğala son qoyulduqdan sonra dövlətimizin başçısının göstərişi əsasında bərpa edilən və ya yenidən tikilən evlərdə məskunlaşması üçün bütün şərait yaradılıb.
Diyetoloq Lisa Riçards sümüklərdəki kalsiumu azaldan qidaları açıqlayıb
Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsma
Bakı Ağır Cinayətlər Məhkəməsində dövlətə xəyanətdə təqsirləndi
Qəbələdə narkotikin təsiri altında avtomobil idarə edən sürücü inziba
Rusiyanın Çelyabinsk şəhərində Mi-8 helikopteri qəzaya uğrayıb.
Azərbaycan Qızıl Aypara Cəmiyyəti tərəfindən Qarabağda yaşayan erməni
2023-cü il iyulun 1-i vəziyyətinə Dövlət Sosial Müdafiə Fondunda 1096,6
Lənkəranın Liman şəhərində yerləşən 3 saylı bağça qəzalı vəziyy�
Azərbaycan Qızıl Aypara Cəmiyyəti tərəfindən Qarabağda yaşayan erməni
2 il əvvəl bayrağımızı ayaqlayaraq təhqir edən erməni futbolçular elə
Astroloqlara görə, bəzi bürclər digərlərindən daha kinli olurlar.
Sverdlovsk vilayətinin qubernatoru Yevgeni Kuyvaşev Azərbaycan Respublikasın