Azərbaycanda pensiya və sosial müavinət alanların sayı açıqlandı


Digərləri 29 Avq 2023 18:46:00 225 0

Azərbaycanda pensiya və sosial müavinət alanların sayı açıqlandı

2023-cü il iyulun 1-i vəziyyətinə Dövlət Sosial Müdafiə Fondunda 1096,6 min nəfər pensiyaçı qeydiyyatda olub ki, bu da ölkə əhalisinin 10,8 faizini təşkil edir.

Son.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.

Qeyd olunub ki, həmin şəxslərin 64,1 faizi yaşa, 23,6 faizi əlilliyə, 12,3 faizi isə ailə başçısını itirməyə görə pensiya alır. Ötən ilin iyulun 1-i ilə müqayisədə qeydiyyatda olan pensiyaçıların cəmi sayı 5,4 faiz, o cümlədən əlilliyə görə pensiya alanların sayı 16,4 faiz, ailə başçısını itirməyə görə pensiya alanların sayı 9,7 faiz azalmış, yaşa görə pensiya alanların sayı isə 0,4 faiz artıb.

Təyin olunmuş aylıq pensiyaların orta məbləği ötən ilin müvafiq dövrü ilə müqayisədə 18,2 faiz, bu ilin əvvəli ilə müqayisədə isə 16,9 faiz artaraq 435,0 manat təşkil etmiş və orta aylıq əmək haqqının 47,2 faizinə bərabər olub.

"Əmək pensiyaları haqqında" qanunda edilmiş müvafiq dəyişikliyə əsasən əmək pensiyasının minimum məbləği 16,7 faiz artırılaraq bu ilin 1 fevral tarixindən 280 manat müəyyən olunub.

Ölkədə pensiyaçıların sosial müdafiəsini daha da gücləndirmək məqsədilə Azərbaycan Prezidentinin müvafiq sərəncamı ilə bu ilin 1 yanvar tarixindən orta aylıq nominal əməkhaqqının illik artım tempinə uyğun olaraq bütün növ əmək pensiyalarının sığorta hissəsi indeksləşdirilərək artırılıb.

Bununla yanaşı, əhalinin sosial müdafiəsinin təmin edilməsi məqsədilə ayrı-ayrı kateqoriyadan olan şəxslərə müxtəlif növ aylıq sosial müavinətlər təyin edilir. Belə ki, 2023-cü ilin iyulun 1-i vəziyyətinə yaşa görə müavinət alanların sayı 137,6 min (ötən ilin iyulun 1-i vəziyyətinə 124,1 min) nəfər, əlilliyə görə - 47,1 min nəfəri 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslər olmaqla, cəmi min 215,2 min (müvafiq olaraq 52,2 min və 210,4 min) nəfər, ailə başçısını itirməyə görə - 54,7 min (53,2 min) nəfər, digər müavinət növlərini alanların sayı isə 25,8 min (22,5 min) nəfər olub.

Eyni zamanda şəhid ailələrinin, müharibə və ya 1990-cı ilin 20 yanvar hadisələri ilə əlaqədar əlilliyi olan şəxslərin, Çernobıl qəzası nəticəsində I və II dərəcə əlilliyi müəyyən edilmiş, yaxud vəfat etmiş şəxslərin, habelə Çernobıl qəzası nəticələrinin aradan qaldırılması iştirakçılarının və müddətli həqiqi hərbi xidmət qulluqçularının 5,1 min ailəsinə 7,9 min uşaq üçün, eləcə də valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların 196 nəfər qəyyumuna aylıq müavinət verilib. Bundan əlavə, 5472 nəfər bir yaşınadək uşağı olan 5338 aztəminatlı ailəyə və beşdən çox uşağı olan 2,6 min qadına 11,2 min uşaq üçün aylıq müavinət, əmək xəsarəti və ya peşə xəstəliyi nəticəsində zərərçəkən 304 şəxsə isə kompensasiya verilib.

Bu ilin 6 ayı ərzində məcburi dövlət sosial sığorta haqları hesabına verilənlər istisna olmaqla, 22,9 min ailəyə 23,8 min uşağın anadan olmasına görə, radiasiya qəzası nəticəsində zərər çəkmiş 3,3 min şəxsə müalicə üçün və penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş 3,1 min nəfərə birdəfəlik müavinətlər verilib.

2023-cü il iyulun 1-i vəziyyətinə 80,3 min aztəminatlı ailənin 352,4 min üzvü ünvanlı dövlət sosial yardımı almış və onun bir nəfərə düşən orta aylıq məbləği 105,32 manat təşkil edib.

Bundan əlavə, müxtəlif kateqoriyadan olan 388,2 min şəxsə Azərbaycan Prezidentinin təqaüdü təyin olunub.

Lənkəranda uşaq bağçasını ilanlar basdı like
  • 29 Avq 18:40  
Digərləri Lənkəranda uşaq bağçasını ilanlar basdı

Lənkəranın Liman şəhərində yerləşən 3 saylı bağça qəzalı vəziyy�

arrow Ətraflı
Narkotik satan axund like
  • 29 Avq 18:36  
Kriminal Narkotik satan axund

Binəqədi rayonunun Xocahəsən qəsəbə Cümə məscidinin axundu Hacı Telma

arrow Ətraflı
5 ildən sonra NyuYorkda onunla görüşdü like
  • 29 Avq 18:35  
Şou-biznes 5 ildən sonra NyuYorkda onunla görüşdü

Müğənni Rüfət Axundov Nyu-Yorka yollanıb.

arrow Ətraflı
40 ton humanitar yardım sülhməramlıların nəzarətində olan posta çatdı like
  • 29 Avq 18:27  
Digərləri 40 ton humanitar yardım sülhməramlıların nəzarətində olan posta çatdı

Azərbaycan Qızıl Aypara Cəmiyyəti tərəfindən Qarabağda yaşayan erməni

arrow Ətraflı
Ermənilərin "ağlına belə gəlməzdi ki" Laçın postunu keçərkən saxlanılacaq like
  • 29 Avq 18:24  
Digərləri Ermənilərin "ağlına belə gəlməzdi ki" Laçın postunu keçərkən saxlanılacaq

2 il əvvəl bayrağımızı ayaqlayaraq təhqir edən erməni futbolçular elə

arrow Ətraflı
"Dəvə kimi kinli" olan bürclər  Bağışlamağı bacarmırlar like
  • 29 Avq 18:13  
Digərləri "Dəvə kimi kinli" olan bürclər Bağışlamağı bacarmırlar

Astroloqlara görə, bəzi bürclər digərlərindən daha kinli olurlar.

arrow Ətraflı
Qubernator Azərbaycanın Rusiyadakı səfirindən like
  • 29 Avq 18:04  
Digərləri Qubernator Azərbaycanın Rusiyadakı səfirindən

Sverdlovsk vilayətinin qubernatoru Yevgeni Kuyvaşev Azərbaycan Respublikasın

arrow Ətraflı
Qarabağdakı ermənilər Bakının yardımından imtina edirlər like
  • 29 Avq 18:02  
Siyasət Qarabağdakı ermənilər Bakının yardımından imtina edirlər

Qarabağdakı erməni separatçılar sakinləri Azərbaycanın humanitar yardım

arrow Ətraflı
16 yaşlı idmançı qız itkin düşdü like
  • 29 Avq 18:01  
Dünya 16 yaşlı idmançı qız itkin düşdü

Rusiyalı fiqurlu konkisürən Alina Qorbaçova yoxa çıxıb.

arrow Ətraflı
Hərbi vəzifəsi olmayan şəxslər də təlimlərə çağırılır? like
  • 29 Avq 17:52  
Digərləri Hərbi vəzifəsi olmayan şəxslər də təlimlərə çağırılır?

"Hərbi vəzifə və hərbi xidmət haqqında" qanuna görə hərbi v�

arrow Ətraflı
Ölkədə kartof yığımı azalıb like
  • 29 Avq 17:50  
Digərləri Ölkədə kartof yığımı azalıb

2023-cü ilin yanvar-iyul aylarında Azərbaycanda 32 min 665 hektar sahədən 6

arrow Ətraflı
Türkiyənin hərbi hücum gəmisi atışlarını uğurla tamamlayıb like
  • 29 Avq 17:48  
Digərləri Türkiyənin hərbi hücum gəmisi atışlarını uğurla tamamlayıb

Türkiyənin hərbi hücum gəmisi "TCG Anadolu Phalanx" qapalı hava

arrow Ətraflı
İsveçrəyə uçan təyyarəni ildırım vurdu like
  • 29 Avq 17:45  
Dünya İsveçrəyə uçan təyyarəni ildırım vurdu

Kopenhagen hava limanında Sürixə uçan təyyarəni ildırım vurub. 

arrow Ətraflı
Rəsmi Paris bütün səviyyələrdə Azərbaycana qarşı düşmən münasibətini davam etdirir like
  • 29 Avq 17:36  
Digərləri Rəsmi Paris bütün səviyyələrdə Azərbaycana qarşı düşmən münasibətini davam etdirir

Fransa prezidenti və xarici işlər nazirinin son açıqlamaları bir daha onu

arrow Ətraflı
"Blokada şousu" baş tutmadı  Mənfur plana like
  • 29 Avq 17:36  
Siyasət "Blokada şousu" baş tutmadı Mənfur plana

Sərhəd keçid məntəqəsi yaxınlığında "humanitar böhran" şou

arrow Ətraflı