"Blokada şousu" baş tutmadı Mənfur plana


Siyasət 29 Avq 2023 17:36:00 249 0

"Blokada şousu" baş tutmadı  Mənfur plana

Sərhəd keçid məntəqəsi yaxınlığında "humanitar böhran" şousunun davam etdiyi, separatçıların dünya ictimaiyyətini, beynəlxalq təşkilatları "blokada"ya inandırmağa çalışdıqları, Ermənistan tərəfinin danışıqlar prosesini ləngitməyə hesablanmış ajiotaj yaratdığı bir vaxtda Azərbaycan yenə də Qarabağda gərginliyin azaldılmasına yönəlmiş addım ataraq Ermənistan və onun havadarlarının oyununu pozub. Özü də bir yox iki addım... 

Bunlardan birincisi Laçın" sərhəd-buraxılış məntəqəsində saxlanılan erməni futbolçulara qarşı cinayət təqibinin dayandırılmasıdır. Məlum olduğu kimi, ötən gün azərbaycanlıları dərindən təhqir edən, Azərbaycan qanunvericiliyinin kobud şəkildə pozan erməni əsilli futbolçular "Laçın" sərhəd-buraxılış məntəqəsində saxlanılıblar. Lakin Azərbaycan sonradan humanizm prinsiplərində çıxış edərək bu cinayət təqibini dayandırıb. Belə ki, onlar 10 sutkalıq müddətə inzibati qaydada həbs ediliblər. Məhkəmə qərarı icra olunduqdan sonra həmin şəxslərin Azərbaycandan deportasiyası təmin ediləcək.

Gərginliyin azaldılmasına yönəlmiş bu addım bir sıra ölkələrin diplomatları tərəfindən alqışlanıb, sülh prosesinin inkişafına yönəlmiş olduğu qeyd edilib. Bir sıra beynəlxalq ekspertlər məsələyə münasibət bildirirərək bunun düzgün addım olduğunu vurğulayıblar. Amerikalı politoloq, beynəlxalq münasibətlər üzrə ekspert Piter Teys bildirib ki, erməni futbolçulara qarşı cinayət təqibinə xitam verməsi təəccüblü deyil, çünki Azərbaycan hakimiyyəti həmişə yüksək humanizm hissi ilə seçilib". Almaniyanın  və Belçikanın diplomatik nümayəndəliyindən verilən məlumatda bu addımın dəstəkləndiyi qeyd olunub.

Azərbaycan və Ermənistan arasında gələcək sülh prosesinə töhfə verən ikinci addım isə Bakıdan Xankəndinə humanitar yardımın göndərilməsidir. Belə ki, Bugün Azərbaycan Qızıl Aypara Cəmiyyəti tərəfindən Qarabağda yaşayan erməniəsilli şəxslər üçün humanitar yardım yola salınıb. Yardımı aparan karvan artıq Ucar rayonuna çatıb. Humanitar yardıma ilkin mərhələ üçün 40 ton un məmulatları daxildir. Azərbaycan Qızıl Aypara Cəmiyyətinin prezidenti Novruz Aslan jurnalistlərə açıqlamasında bildirib ki, gələcəkdə qiymətləndirmə prosesini həyata keçirə bilsələr, erməniəsilli şəxslərin digər ehtiyacı olduğu ləvazimatları da çatdıra bilərlər.

Beləliklə, Azərbaycan düzgün xarici siyasət yürütməklə Xankəndidə guya "humanitar böhran"ın olması xəbərlərinin tirajlayan, acınacaqlı vəziyyət görüntüsü yaratmağa çalışan, digər dövlətlərdən yardım uman Ermənistanın təxribatlarının qarşısını uğurla aldı. Ermənistan və separatçılar hər dəfə sülh prosesinə mane olmağa, qisas meyillərini alovlandırmağa çalışsa da, Azərbaycan humanist, sülhü dəstəkləyən mövqeyini nümayiş etdirmiş oldu. Bu addımlarla Azərbaycan həmişə alicənablığı ilə seçildiyini və mehriban qonşuluq münasibətlərə meyilli olduğunu bir daha sübut etdi. Atalar demiş, yaxşılığa yaxşılıq hər kişinin işidir, yamanlığa yaxşılıq nər kişinin işidir. Bu məsələ ilə Azərbaycan "nər" olduğunu yenə isbatladı.

Bəxtiyar Umarlı Son.az

Dörd nəfərin qatili Fuad qalan ömrünü həbsdə keçirəcək... like
  • 29 Avq 17:31  
Kriminal Dörd nəfərin qatili Fuad qalan ömrünü həbsdə keçirəcək...

Beyləqanın Tatarlı kəndində dörd nəfəri öldürməkdə təqsirli bilinə

arrow Ətraflı
Retro maşınlar Bakını bəzədi... like
  • 29 Avq 17:28  
Digərləri Retro maşınlar Bakını bəzədi...

Bakı küçələrini klassik maşınlar bəzəyib.

arrow Ətraflı
Türkiyəli aktyor vəfat etdi like
  • 29 Avq 17:23  
Şou-biznes Türkiyəli aktyor vəfat etdi

Türkiyəli aktyor Ünal Silver vəfat edib.

arrow Ətraflı
İstanbul 9 ilə like
  • 29 Avq 17:22  
Digərləri İstanbul 9 ilə

Bu il Türkiyənin Mərmərə bölgəsində yağıntıların azalması nəticəs

arrow Ətraflı
Dünyaca məşhur müğəninin başına iş gəldi like
  • 29 Avq 17:17  
Şou-biznes Dünyaca məşhur müğəninin başına iş gəldi

Dünyaca məşhur müğənni Selena Gomezin başına iş gəlib.

arrow Ətraflı
Azərbaycanda qeyriyaşayış binalarının girişlərinə ünvan təyin ediləcək like
  • 29 Avq 16:57  
Digərləri Azərbaycanda qeyriyaşayış binalarının girişlərinə ünvan təyin ediləcək

Nazirlər Kabineti 13 oktyabr 2014-cü il tarixli qərarı ilə təsdiq edilmiş

arrow Ətraflı
Elmira Rəhimova uzun aradan sonra ilk dəfə  FOTOlar like
  • 29 Avq 16:56  
Şou-biznes Elmira Rəhimova uzun aradan sonra ilk dəfə FOTOlar

Xalq artisti Elmira Rəhimova uzun aradan sonra ilk dəfə görüntülənib.

arrow Ətraflı
“Park Bulvar”da “Azerçay” stendi yeniləndi like
  • 29 Avq 16:28  
Digərləri “Park Bulvar”da “Azerçay” stendi yeniləndi

Doğma çay  "Azerçay"ın "Park Bulvar"da yeni stendinin a

arrow Ətraflı
Ukrayna 84 hərbçinin cəsədini qaytardı like
  • 29 Avq 16:20  
Dünya Ukrayna 84 hərbçinin cəsədini qaytardı

Ukrayna Rusiya ilə müharibədə həlak olan 84 hərbçinin cəsədini qaytarı

arrow Ətraflı
Özünə qəsd edən hakimin evindən like
  • 29 Avq 16:14  
Digərləri Özünə qəsd edən hakimin evindən

Xəbər verdiyimiz kimi, ötən gün Bakı Ağır Cinayətlər Məhkəməsinin h

arrow Ətraflı
Azərbaycanda zəlzələ oldu like
  • 29 Avq 16:10  
Digərləri Azərbaycanda zəlzələ oldu

Azərbaycanda zəlzələ olub.

arrow Ətraflı
Tanınmış aktrisa güclü yağış altında hönkürdü: like
  • 29 Avq 16:09  
Şou-biznes Tanınmış aktrisa güclü yağış altında hönkürdü:

Tanınmış aktrisanın güclü yağış altında ağlayarkən çəkilən videos

arrow Ətraflı
Banklara satılan dolların həcmi açıqlandı like
  • 29 Avq 15:58  
Digərləri Banklara satılan dolların həcmi açıqlandı

29 avqust 2023-cü il tarixində Azərbaycan Mərkəzi Bankında növbəti valyu

arrow Ətraflı
Bakıda qadın metro stansiyanın yaxınlığında bıçaqlanıb like
  • 29 Avq 15:26  
Kriminal Bakıda qadın metro stansiyanın yaxınlığında bıçaqlanıb

Bakıda qadın metro stansiyanın yaxınlığında bıçaqlanıb.

arrow Ətraflı