Amerikalı ekspert: “Fransa Afrikadakı biabırçı uğursuzluqlarını Qarabağa yardım şousu ilə örtbasdır etmək istəyir"


Siyasət 29 Avq 2023 15:46:00 258 0

Amerikalı ekspert: “Fransa Afrikadakı biabırçı uğursuzluqlarını Qarabağa yardım şousu ilə örtbasdır etmək istəyir"

"Fransa Qarabağa humanitar yardım göndərəcəyini bəyan etməklə buradakı prosesə daxil olmaq və Qərbi Afrikadakı son biabırçı uğursuzluqları fonunda diplomatik gücünü təkmilləşdirmək istəyir".

Son.az report.az-a istinadən xəbər verir ki, bunu açıqlamasında amerikalı jurnalist, milli təhlükəsizlik üzrə analitik, hüquqşünas İrina Zukerman deyib.

O, Fransanın Qarabağla bağlı niyyətinin şəxsi maraq və bədxahlıq olduğunu vurğulayıb.

Ekspertin sözlərinə görə, Fransa Ermənistanı qanunlara hörmət etməyə və Qarabağdakı erməni sakinlərin probleminə qarşılıqlı fayda verəcək diplomatik bir həll tapmağa sövq etməlidir: "Ancaq bunun yerinə Fransa İrəvanla münasibətlərindən Azərbaycanın ərazi bütövlüyünü pozacaq şəkildə sui-istifadə edərək sülh prosesini pozmaq riski altında qoyub. Fransa beynəlxalq ictimai rəyi Cənubi Qafqazda regional inteqrasiya imkanlarına xələl gətirəcək uydurma hekayəyə yönəltmək yollarını axtarır. Bu hekayə isə ondan ibarətdir ki, guya Azərbaycan Qarabağın erməni əhalisinə humanitar yardım göstərilməsinə mane olur. Fransa hazırda Azərbaycanın Qarabağın erməni sakinlərinə yardım göndərməsini istəmir, çünki bu hadisədən ermənilərin uydurduğu Azərbaycanın yolu bağlaması və Qarabağ ermənilərinin əziyyət çəkməsi nağılını daha da yaymaq niyyətindədir. Bütün bunları etməkdə əsas məqsəd isə əlbəttə ki, Parisi prosesə daxil etmək və Fransanın Qərbi Afrikadakı son biabırçı uğursuzluqları fonunda diplomatik gücünü təkmilləşdirməkdir".

İ.Zukerman hesab edir ki, rəsmi Bakı bu vəziyyətdən uydurulan hekayənin yalan olduğunu üzə çıxarmaq üçün fürsət kimi istifadə edə bilər. O qeyd edib ki, Azərbaycan buna cavab olaraq, ilk növbədə, Qarabağ bölgəsinin humanitar inkişafına investisiyaların yatırılacağını elan edən böyük ictimai layihəyə başlamalıdır.

"Bundan başqa, Azərbaycan ermənilərlə birlikdə fransız "humanitar yardım mütəxəssisləri"ni işğaldan azad edilmiş ərazilərdə birgə minalardan təmizləmə layihəsində iştiraka dəvət etməlidir. Əgər onlar Qarabağda yaşayan insanların həyatı ilə bu qədər maraqlanırlarsa və onların gələcəyi üçün narahatdırlarsa, bu layihələrdə iştirak etsinlər. Bu əks təşəbbüsü rədd etmək çox çətin olacaq.

Azərbaycan isə fransızlarla birgə istər ermənilərə, istərsə də yurdlarına qaytarılan azərbaycanlılara hər hansı humanitar yardımın paylanmasında iştirak etməkdən məmnun olar. Ancaq o şərtlə ki, bu paylanma rəsmi şəkildə və təsdiq edilmiş giriş məntəqələri vasitəsilə həyata keçirilsin. Əgər humanitar yardıma ehtiyacı olanlara kömək etməkdə maraqlıdırlarsa, onların bu şərtlərlə razılaşmaqdan başqa seçimləri olmayacaq. Əks halda, onların fəaliyyət planının icmalar arasında gərginliyi daha da artırmaq və xarici müdaxiləni asanlaşdırmaq məqsədi daşıyan, çıxarlarına xidmət edən təbliğat olduğu üzə çıxacaq", - o vurğulayıb.

Bakıda qadın metro stansiyanın yaxınlığında bıçaqlanıb like
  • 29 Avq 15:26  
Kriminal Bakıda qadın metro stansiyanın yaxınlığında bıçaqlanıb

Bakıda qadın metro stansiyanın yaxınlığında bıçaqlanıb.

arrow Ətraflı
Moskva nüvə sınaqlarının bərpasına münasibət bildirdi like
  • 29 Avq 15:24  
Dünya Moskva nüvə sınaqlarının bərpasına münasibət bildirdi

Moskva hazırda Nüvə sınaqlarının hərtərəfli qadağan edilməsi haqqınd

arrow Ətraflı
Bakıdan Xankəndiyə yola salınan 40 ton humanitar yardım yoldadır  VİDEO  FOTO like
  • 29 Avq 15:17  
Digərləri Bakıdan Xankəndiyə yola salınan 40 ton humanitar yardım yoldadır VİDEO FOTO

Azərbaycan Qızıl Aypara Cəmiyyəti tərəfindən Qarabağda yaşayan erməni

arrow Ətraflı
Qara dəniz üzərində Ukraynaya məxsus PUA vurulub like
  • 29 Avq 15:00  
Dünya Qara dəniz üzərində Ukraynaya məxsus PUA vurulub

Qara dəniz üzərində Ukrayna Silahlı Qüvvələrinə məxsus pilotsuz uçuş

arrow Ətraflı
Nazilə Səfərli: “Kasıb zəhmət çəkib Allahdan mədət umsun” like
  • 29 Avq 14:49  
Şou-biznes Nazilə Səfərli: “Kasıb zəhmət çəkib Allahdan mədət umsun”

Türkiyəli müğənni hadisənin Bakıda verdiyi konsert sosial şəbəkələrd

arrow Ətraflı
Medvedev: "Rusiya NATOya müharibə elan edə bilər” like
  • 29 Avq 14:38  
Digərləri Medvedev: "Rusiya NATOya müharibə elan edə bilər”

"Qərbin Kiyevin Krıma zərbələr endirməsinə razılıq verməsi Moskva

arrow Ətraflı
"Binə” və “Sədərək”də zərər çəkənlərə like
  • 29 Avq 14:31  
Digərləri "Binə” və “Sədərək”də zərər çəkənlərə

Bakıdakı "Binə" və "Sədərək" ticarət mərkəzlərini

arrow Ətraflı
Bu ilədək Bakını 140 min insan tərk edəcək  Açıqlama like
  • 29 Avq 14:27  
Digərləri Bu ilədək Bakını 140 min insan tərk edəcək Açıqlama

"Böyük qayıdış proqramı reallaşmağa başlayıb. Artıq Şərqi Zən

arrow Ətraflı
Bakıda əl qumbarası aşkarlanıb like
  • 29 Avq 14:16  
Digərləri Bakıda əl qumbarası aşkarlanıb

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Bakı

arrow Ətraflı
Vladimir Putin G20 sammitində iştirak etmək üçün Hindistana getməyəcək like
  • 29 Avq 13:54  
Dünya Vladimir Putin G20 sammitində iştirak etmək üçün Hindistana getməyəcək

Hindistan hökuməti Rusiya Prezidenti Vladimir Putinin sentyabrın 9-10-da Yeni

arrow Ətraflı
Mağazada əxlaqsızlıq  Qadına yaxınlaşıb...  VİDEO  FOTO like
  • 29 Avq 13:43  
Digərləri Mağazada əxlaqsızlıq Qadına yaxınlaşıb... VİDEO FOTO

ABŞ-nin Kaliforniya ştatında qadın kişi müştəri tərəfindən seksual h�

arrow Ətraflı
İmran Xan həbsdən azad olundu  Son dəqiqə like
  • 29 Avq 13:27  
Dünya İmran Xan həbsdən azad olundu Son dəqiqə

İslamabad Ali Məhkəməsi keçmiş baş nazir İmran Xanın həbsdən azad edi

arrow Ətraflı
Sabah da yağış yağacaq, like
  • 29 Avq 13:21  
Digərləri Sabah da yağış yağacaq,

Avqustun 30-da gözlənilən hava şəraiti açıqlanıb.

arrow Ətraflı
Özəl məktəblərdəki qiymətlərdən gileyləndi like
  • 29 Avq 13:10  
Şou-biznes Özəl məktəblərdəki qiymətlərdən gileyləndi

"İki uşağı olan ata ayda nə qədər qazanmalıdır ki,uşaqlar illiyi

arrow Ətraflı