Bakıdan Xankəndiyə yola salınan 40 ton humanitar yardım yoldadır VİDEO FOTO
Digərləri 29 Avq 2023 15:17:00 363 0
Azərbaycan Qızıl Aypara Cəmiyyəti tərəfindən Qarabağda yaşayan erməniəsilli şəxslər üçün aparılan humanitar yardım yoldadır. Humanitar yardımı aparan karvan artıq Ucar rayonuna çatıb.
Bu xəbəri də oxu: Qəzada ölən 13 yaşlı Məhəmmədəlinin xalası danışdı VİDEO
Son.az Trend-ə istinadən xəbər verir ki, humanitar yardım bu gün səhər saatlarından Bakıdan Xankəndiyə doğru yola düşüb. Humanitar yardıma ilkin mərhələ üçün 40 ton un məmulatları daxildir.
Azərbaycan Qızıl Aypara Cəmiyyətinin prezidenti Novruz Aslan jurnalistlərə açıqlamasında bildirib ki, gələcəkdə qiymətləndirmə prosesini həyata keçirə bilsələr, erməniəsilli şəxslərin digər ehtiyacı olduğu ləvazimatları da çatdıra bilərlər.
Qeyd edək ki, Ermənistan hakimiyyəti başda olmaqla Qarabağdakı separatçı rejim qalıqları artıq uzun zamandır müxtəlif yollarla dünya ictimaiyyətini, beynəlxalq təşkilatları inandırmağa çalışırlar ki, guya Azərbaycan Laçın yolunda sərhəd buraxılış məntəqəsi qurmaqla Qarabağ ermənilərini blokadaya alıb, onlar üçün humanitar böhran vəziyyəti yaradıb, guya ermənilər ərzaq çatışmazlığı ilə üz-üzədirlər. Bölgədə guya "gərgin humanitar vəziyyət", "blokada"nın mövcudluğu ilə bağlı manipulyasiyalarını davam etdirən Ermənistanın erməni sakinlərin tələbatlarının ödənməsi üçün Laçın yolu və digər alternativ yollardan istifadə ilə bağlı məsələlərin həll olunması üçün əldə olunmuş razılaşmalara əməl etmək əvəzinə, sülh prosesinə maneə törədir.
Qara dəniz üzərində Ukrayna Silahlı Qüvvələrinə məxsus pilotsuz uçuş
Ermənistan və onun havadarlarının "humanitar böhran", "bloka
Türkiyəli müğənni hadisənin Bakıda verdiyi konsert sosial şəbəkələrd
"Qərbin Kiyevin Krıma zərbələr endirməsinə razılıq verməsi Moskva
"Böyük qayıdış proqramı reallaşmağa başlayıb. Artıq Şərqi Zən
Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Bakı
Hindistan hökuməti Rusiya Prezidenti Vladimir Putinin sentyabrın 9-10-da Yeni
ABŞ-nin Kaliforniya ştatında qadın kişi müştəri tərəfindən seksual h�
İslamabad Ali Məhkəməsi keçmiş baş nazir İmran Xanın həbsdən azad edi
"İki uşağı olan ata ayda nə qədər qazanmalıdır ki,uşaqlar illiyi
Şirvan şəhərində 1994-cü il təvəllüdlü Namiq Sənəmə (adlar şərti
Səməd Vurğun və Fətəli Xan Xoyski küçələrində sürət həddi 60-dan