Vladimir Putin G20 sammitində iştirak etmək üçün Hindistana getməyəcək
Dünya 29 Avq 2023 13:54:00 334 0
Hindistan hökuməti Rusiya Prezidenti Vladimir Putinin sentyabrın 9-10-da Yeni Dehlidə keçiriləcək G20 sammitində iştirak etməyəcəyini təsdiqləyib.
Son.az report-a istinadən xəbər verir ki, bu barədə "The Guardian" məlumat yayıb.
Hindistanın Baş naziri Narendra Modinin ofisi V.Putinin gələn ay bu ölkədə keçiriləcək G20 sammitinə qatılmayacağını və onu xarici işlər naziri Sergey Lavrovun əvəzləyəcəyini açıqlayıb.
Bildirilib ki, Hindistan Baş naziri V.Putinlə telefonla danışıb. Hökumət başçısı deyib ki, Rusiya liderinin sammitdə iştirak etməmək qərarı anlaşılandır.
Qeyd edək ki, 2023-cü ilin martında Beynəlxalq Cinayət Məhkəməsi Vladimir Putinin həbsinə order verib. Bu baxımdan Hindistan Rusiya liderinin ölkəyə gələn kimi dərhal həbs etməlidir. Bundan əvvəl Kremlin sözçüsü Dmitri Peskov da bildirib ki, V.Putin Nyu Dehlidə keçiriləcək sammitdə şəxsən iştirak etməyi planlaşdırmır.
Xatırladaq ki, daha əvvəl Rusiya Prezidenti CAR-da keçirilən BRİKS sammitində şəxsən iştirakdan imtina etmişdi.
Bundan əlavə, daha əvvəl Kreml bəyan etmişdi ki, V.Putin avqustda Türkiyəyə gedəcək. Amma bu yaxınlarda Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan sentyabrda özü Rusiyaya səfər edəcəyini bildirib.
ABŞ-nin Kaliforniya ştatında qadın kişi müştəri tərəfindən seksual h�
İslamabad Ali Məhkəməsi keçmiş baş nazir İmran Xanın həbsdən azad edi
"İki uşağı olan ata ayda nə qədər qazanmalıdır ki,uşaqlar illiyi
Şirvan şəhərində 1994-cü il təvəllüdlü Namiq Sənəmə (adlar şərti
Səməd Vurğun və Fətəli Xan Xoyski küçələrində sürət həddi 60-dan
Elçin Alıoğlu TREND
Xalq artisti, kinorejissor Vaqif Mustafayevin 70 illik yubileyinə həsr olunmu�
"Uşaqlarımızı savadsız müəllimlərə etibar edə bilmərik! Biz uşa
Adətən bu məsuliyyət təkcə qadınların çiyinlərində olur
2023-cü ilin birinci yarısında 50-yə yaxın mikro, kiçik və orta sahibkarl
Ukrayna paytaxtı Kiyevdə Ukrayna Təhlükəsizlik Xidmətinin polkovniki ofisi
Ümumdnya Səhiyyə Təşkilatının son hesabatına əsasən, dünyada koronavi
Dövlət Gömrük Komitəsinin Mərkəzi Gömrük Ekspertizası İdarəsinin eks