Xankəndində təlxək savaşı başlayıb: Vardanyan Arutyunyanı devirmək istəyir


Siyasət 29 Avq 2023 12:49:00 194 0

Xankəndində təlxək savaşı başlayıb: Vardanyan Arutyunyanı devirmək istəyir

Elçin Alıoğlu TREND

Dünən axşam saatlarından etibarən Xankəndindəki erməni separatçılar arasınqda fəallaşma başlanmışdı. Rusiya Sülhməramlı Kontingentinin (RSK) müvəqqəti yerləşdiyi arealda yaşayan qarabağlı ermənilər Xankəndindəki separatçı xuntanın rəhbəri Araik Arutyunyanı "hesabat verməyə" çağırıblar.

Xankəndinin mərkəzi meydanına, xuntanın inzibati binasının önünə yığışan yüzlərlə erməni A.Arutyunyanın hesabat verməsini istəyirdilər. Onlar eyni zamanda, A.Arutyunyanın vəzifəsinin öhdəsindən gəlmədiyini, qarabağlı ermənilərin üzləşdikləri probemləri həll etmək iqtidarında olmadığını da söyləyərək istefa tələblərini səsləndiriblər.

Araik Arutyunyan axşam saatlarında etirazçıların qarşısına çıxaraq danışıb.

"Təkik, heç bir dəstəyimiz, arxa və dayağımız yoxdur. Prolemləri həll etməkdə yardıim göstərəcək dostlarımız da yoxdur. Ona görə də problemləri birlikdə həll etməliyik. İndiki vəziyyətimizdə nə Putin, nə də Bayden heç nə edə bilməz", - A.Arutyunyan söyləyib.

Meydana yığışmış qarabağlı ermənilər isə bildiriblər ki, onlar "qəti, sərt və radikal" addımlar atmaqdan hələlik çəkinirlər: "Nə isə etməyə başlasaq, xaos yaranacaq və onda hər şeyi itirə bilərik. Deyəsən, Araik Arutyanyan da elə bunu istəyir".

Dünənki hadisələrin maraqlı xronometrajı vardı.

Cəmi bir neçə dəqiqəlik fərqlə Qarabağ separatçıları bir anda iki "taleyüklü" hadisənin anonsunu verdilər.

İlk olaraq Arayik Arutyunyan avqustun 29-da separatçıların "Təhlükəsizlik Şurası"nın genişləndirilmiş iclasının keçiriləcəyini açıqlayıb. Arutyunyan ənənəvi olaraq əlavə edib ki, qarabağlı ermənilərin taleyi həll olunacaq - lakin bu, artıq gülüşdən başqa heç nəyə səbəb olmur.

Amma Araik çox gözləmək niyyətində olmayıb və toplantını elə dünən keçirmək qərarına gəlib.

İkincisi, Araik yanında "anti-böhran şurası"nın rəhbəri dünən saat 21.00-da separatçı "parlament"in fövqəladə iclasının keçiriləcəyini elan etdi.

Təbii ki, bu da tale, işarə və simvollarla bağlı intriqa gətirdi. Xankəndinin şəhər meydanında gərginlik yarandı. Meydana toplaşan ermənilər Laçın yolunun açılmasını və Azərbaycan təhlükəsizlik qüvvələri tərəfindən saxlanılan Qarabağdan olan tələbələrin azad edilməsini tələb etməyə başlamışdılar.

Etirazçılar İrəvan sakinlərini də aksiyaya qoşulmağa çağırıb.

Meydana toplaşanlar yerli "parlament"in"növbədənkənar" iclasın yekun nəticələrini gözləyirlər.

Aydın idi ki, Rusiyanın Xankəndinə yolladığı marionetka Ruben Vardanyan Xankəndində Araik Arutyunyana qarşı yeni mitinq təşkil edib.

Meydandakı aksiya səhər saat 5 radələrində başa çatıb.

Ermənistanla şərti dövlət sərhədində, Laçın rayonunda fəaliyyət göstərən sərhəd nəzarət-buraxılış məntəqəsində (SNBM) saxlanılan üç erməninin valideynləri ilə görüş də bu gün olmalıdır.

Onu da vurğulayaq ki, dünən Xankəndidəki aksiyadan əvvəl İrəvanda bir dəstə erməni Rusiyanın Ermənistandakı səfirliyinin qarşısını kəsərək etiraz aksiyası keçirmiş, "Laçın" postunda saxlanmış 3 erməinin buraxılmasını tələb etmişdilər.

Olay isə sadə idi.

"Laçın" postunda Ermənistana yollanmaq istəyən qarabağlı ermənilərin növbəti qrupu arasında Alen Sarqsyan, Vaqe Hovsepyan və Levon Qriqoryan saxlanmışdılar.

Onlar "Monte Avo" futbol klubunun oyunçuları olublar və 2021-ci ildə paltardəyişmə otağından çıxarkən Azərbaycan bayrağını tapdalayaraq keçdikləri üçün Azərbaycanda barələrində cinayət işi qaldırılmışdı.

Əvvəlcə Ermənistanın hakimiyyət dairələri, siyasətçiləri, mediası və müxtəlif ölkələrdəki erməni diasporu bu situasiyadan yararlanmağa çalışaraq baş verənləri "Azərbaycanın qarabağlı ermənilərə qarşı tətbiq etdiyi soyqırım və ayrı-seçkilik siyasətinin təzahürlərindən biri" kimi qələmə verməyə çalışdılar.

Lakin Azərbaycanın Baş Prokurorluğu bu üç erməniyə qarşı humanizm nümayiş etdirərək onları azad edəndən sonra rəsmi Bakıya qarşı ittihamların əsası qalmadı.

Daha doğrusu, "Onları dərhal azad edin!" şüarları ilə aksiyalar keçirmək absurd teatrı təsiri bağışlamağa başladı.

Belə vəziyyətdə Ruben Vardanyan fürsətdən yararlanmaq qərarına gəldi və maliyyələşdirdiyi tərəfdarlarını dərhal Xankəndinin mərkəzi meydanına "etiraz aksiyası" keçirməyə yolladı.

Araik Arutyunyaın istefasını istəyənlər, onun heç bir problemi çözə bilmədiyini qışqıranlar və "hakimiyyət dayişiklikliyi" tələb edənlər Vardanyanın əlaltılarının idarə etdikləri kütlə idi.

Onlar ssenarisinin sadəcə, kütləvi səhnəciyi idi. Oyunun digər məcrası Ruben Vardanyanın siyasi fəaliyyətidir

Peşəkar təxribatçı və çirkli pulların yuyulmasında təcrübəli insan olan R.Vardanyan qarabağlı ermənilər üçün "humanitar yardımların daşınması üçün aviamarşrut" təşkil etmək fikrinə düşüb.

Nobel mükafatı laueratı Leyma Qbui, Frasanın sabiq xarici işlər naziri Bernar Kuşner, "Unilever" korporasiyasının sabiq baş direktoru Pol Polman, İrlandiyanın sabiq prezidenti Meri Robinson, Meksikanın sabiq dövlət başçısı Ernesto Sedilyo, habelə fransalı senatorlar, deputatlar, amerikalı konqresmenlər və s.-dənr ibarət dəstə formalaşdıraraq Azərbaycanın hakimiyyət dairələrindən Laçın yolunun dərhal açılmasını tələbini səsləndirən Ruben Vardanyan indi "humanitar fəlakət və aclıqla üzləşmiş qarabağlı ermənilər üçün hava nəqliyyatı vasitəsilə humanitar yüklərin daşınması" ideyasını reallaşdırmaq cəhdlərini nümayiş etdirir.

Bu məqsədlə o, yeni fiqurant qismində Lixtenşteyn şahzadəsi Mixaeli də prosesə cəlb edib.

71 yaşlı Mixael bəyan edib ki, sən demə, qarabağlı ermənilərin problemləri onda təşviş və təlaş yaradıb: "Bu səbəbdən qarabağlı ermənilərə humanitar yardım aparacaq təyyarədə mən də Xankəndinə yollanmaq fikrindəyəm".

Prosesdə İsveçrədəki "Impact Investing Solutions" şirkəti də iştirak edir.

Xankəndindəki xuntanın rəhbəri Araik Arutyunyandan fərqli olaraq, özünü "problemləri həll edən şəxs" kimi göstərməyə çalışan Ruben Vardanyan Ermənistanla ermənilərin Fransanın birbaşa təlimatları və dəstəyi ilə BMT Təhlükəsizlik Şurasında qarabağlı ermənilərlə və Laçın yolu ilə bağlı qətnamənin qəbul edilməsinə yönəlmiş prosedurların fiasko ilə bitməsindən, habelə "humanitar yüklü" 21 ağırtonnajlı yük avtomobilinin hələ də Azərbaycanla şərti dövlət sərhədinin yaxınlığında, Ermənistan ərazisində qalmasından sonra yeni yollar aranır.

Ruben Vardanyan üçün indi nəyin bahasına olursa-olsun, kiçik taktiki "uğur" və beynəlxalq ictimaiyyətin diqqətini "qarabağlı ermənilərin humanitar problemi" kimi qələmə verilən yalan propaqandaya cəlb etmək gərəkdir.

Lixtenşteyn şahzadəsini Vardanyan bu işdə əlverişli fiqur sayır və düşünür ki, cırtdan dövlətin monarx ailəsinin üzvü diqqətçəkən fiqurdur.

Amma belə deyil.

71 yaşlı ahıl Mixael Lixtenşteynin dövlət başçısı, knyaz 2-ci Hans-Adamın və regent Aloizin nəzərində çoxsaylı şahzadələrdən biridir.

Mixael biznesmendir və Rusiyanın xüsusi xidmət strukturları ilə sıx əlaqələrdə olduğu iddia edilir. Məsələn, o, məhz Ruben Vardanyanın vasitəçiliyi ilə Rusiyanın Sankt-Peterburq şəhərindəki "Baltinvestbank"ın səhmlərinin 19,2 faizini satın alıb.

Bundan başqa, Rusiyanın xarici kəşfiyyatı ilə bağlı olduqları vurğulanan "Geopolitical Intelligence Services" və "European Centre of Austrian Economics Foundation" şirkətlərinin də nominal sahibi şahzadə Mixaeldir.

Mixael kimi marionetlərdən faydalanmağa çalışan Ruben Vardanyan yenə yanlış addımlar atır. Belə ki, Azərbaycan hava sərhədlərini fasiləsiz qoruyur və istənilən hava nəqliyyat vasitəsinin rəsmi Bakının icazəsi olmadan Azərbaycan səmasına daxil olması hava sərhədlərimizin kobud şəkildə pozuntusu sayılacaq.

Belə nəqliyyat vasitəsindən ilkin olaraq ərazizi tərk etməsi istəniləcək. Xəbərdarlıq nəticə verməzsə, həmin təyyarə vurulacaq.

Eyni zamanda, hazırda RSK-nın yerləşdiyi arealda olan Xocalı hava limanı belə qanunsuz reysləri qəbul etməyə hazırlaşarsa, həmin məkan Azərbaycan Ordusu üçün avtomatik qaydada legtim hərbi hədəvə çevriləcək.

Ruben Vardanyanın yaddaş pozuntusu ola bilər, amma o, vaxtilə Ermənistanın sabiq prezidentləri Robert Köçəryan və Serj Sarqsyanın da təyyarə ilə Xocalı hava limanına yollanmaq istəklərini bəyan etmələrini, rəsmi Bakının xəbərdarlığından sonra fikirlərindən dərhal vaz keçmələri ilə bağlı "kədərli hekayə"ni əlaltılarından soruşa bilər.

... Xankəndindəki xunta vəziyyətdən çıxış yolu arayır. O yol yeganədir və Azərbaycanın qanunvericiliyindən keçir.

Ruben Vardanyan bundan sonra da yeni uğursuz ssenarilər fikirləşə bilər - nəticə dəyişən deyil.

Vaqif Mustafayevin yubiley gecəsindən like
  • 29 Avq 12:38  
Kriminal Vaqif Mustafayevin yubiley gecəsindən

Xalq artisti, kinorejissor Vaqif Mustafayevin 70 illik yubileyinə həsr olunmu�

arrow Ətraflı
“Uşaqlarımızı savadsız müəllimlərə etibar edə bilmərik” like
  • 29 Avq 12:35  
Digərləri “Uşaqlarımızı savadsız müəllimlərə etibar edə bilmərik”

"Uşaqlarımızı savadsız müəllimlərə etibar edə bilmərik! Biz uşa

arrow Ətraflı
Özünü axtalatdıran Rafetdən tənqidlərə reaksiya like
  • 29 Avq 12:27  
Şou-biznes Özünü axtalatdıran Rafetdən tənqidlərə reaksiya

Adətən bu məsuliyyət təkcə qadınların çiyinlərində olur

arrow Ətraflı
KOB subyektlərinin satış imkanlarının genişləndirilməsinə dəstək davam edir like
  • 29 Avq 12:19  
Digərləri KOB subyektlərinin satış imkanlarının genişləndirilməsinə dəstək davam edir

2023-cü ilin birinci yarısında 50-yə yaxın mikro, kiçik və orta sahibkarl

arrow Ətraflı
Ukrayna Təhlükəsizlik Xidmətinin polkovniki kabinetində özünü güllələdi like
  • 29 Avq 12:16  
Dünya Ukrayna Təhlükəsizlik Xidmətinin polkovniki kabinetində özünü güllələdi

Ukrayna paytaxtı Kiyevdə Ukrayna Təhlükəsizlik Xidmətinin polkovniki ofisi

arrow Ətraflı
Koronavirusun yeni ştamı sürətlə yayılır – like
  • 29 Avq 11:54  
Dünya Koronavirusun yeni ştamı sürətlə yayılır –

Ümumdnya Səhiyyə Təşkilatının son hesabatına əsasən, dünyada koronavi

arrow Ətraflı
Qanunsuz avtomobil idxalı ilə bağlı like
  • 29 Avq 11:44  
Kriminal Qanunsuz avtomobil idxalı ilə bağlı

Dövlət Gömrük Komitəsinin Mərkəzi Gömrük Ekspertizası İdarəsinin eks

arrow Ətraflı
Hakim niyə özünə qəsd etdi? like
  • 29 Avq 11:43  
Digərləri Hakim niyə özünə qəsd etdi?

Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Rahib Salmanov intihar etməsin

arrow Ətraflı
Türkiyədə Azərbaycan kapitalı ilə qeydiyyata alınan şirkətlərin sayı AÇIQLANIB like
  • 29 Avq 11:38  
Digərləri Türkiyədə Azərbaycan kapitalı ilə qeydiyyata alınan şirkətlərin sayı AÇIQLANIB

2023-ci ilin iyul ayında Türkiyədə Azərbaycan kapitalı ilə 151 şirkət q

arrow Ətraflı
Nazirliyin keçmiş idarə rəisi həbs edilib like
  • 29 Avq 11:36  
Kriminal Nazirliyin keçmiş idarə rəisi həbs edilib

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Meşələrin İnkişafı Xidməti

arrow Ətraflı
"Ya çok seversen"də yeni aktrisa like
  • 29 Avq 11:21  
Şou-biznes "Ya çok seversen"də yeni aktrisa

Türkiyənin "Kanal D" telekanalında yayımlanan "Ya çok sever

arrow Ətraflı
Bakıda çaxan güclü şimşək qorxu yaratdı like
  • 29 Avq 11:00  
Digərləri Bakıda çaxan güclü şimşək qorxu yaratdı

Ölkə ərazisində qeyri-sabit hava şəraiti davam edir.

arrow Ətraflı
Yaponiyada "Toyota"nın 12 zavodu like
  • 29 Avq 10:49  
Digərləri Yaponiyada "Toyota"nın 12 zavodu

Yaponiyada "Toyota"nın 12 zavodu fəaliyyətini dayandırıb.

arrow Ətraflı
NeoKart ilə 10% Keşbek qazanaraq "Yeni mövsümə hazır ol"! like
  • 29 Avq 10:40  
Digərləri NeoKart ilə 10% Keşbek qazanaraq "Yeni mövsümə hazır ol"!

Yeni mövsümə və dərs ilinə hazırlaşmaq "NeoKart"ın yeni kampa

arrow Ətraflı
İkinci dəfə ailə qurması ilə bağlı sualı cavablandırdı  FOTO like
  • 29 Avq 10:38  
Şou-biznes İkinci dəfə ailə qurması ilə bağlı sualı cavablandırdı FOTO

Həyat yoldaşı Fərid Abdullayevlə ayrılan bloger Nagehan Abdullayeva ikinci

arrow Ətraflı