“Uşaqlarımızı savadsız müəllimlərə etibar edə bilmərik”
Digərləri 29 Avq 2023 12:35:00 387 0
"Uşaqlarımızı savadsız müəllimlərə etibar edə bilmərik! Biz uşaqlarımızı müəllim adını daşımağa layiq olmayanlara etibar edə bilmərik! Niyə də etməliyik? Niyə bizim övladlarımıza öz peşəsini dərindən bilən, sevən, savadlı müəllimlər dərs deməsin?.."
Son.az xəbər verir ki, bu sözləri tanınmış jurnalist Azər Həsrət feysbuk səhifəsində yazıb.
Onun sözlərinə görə, Elm və Təhsil Nazirliyi son illərdə müəllim peşəsinin nüfuzunun artırılması, daha savadlı, təcrübəli, layiqli şəxslərin bu istiqamətdə önə çəkilməsi üçün sertifikasiya keçirir:
"Şəxsən mən bir vətəndaş olaraq bu prosesi dəstəkləyirəm! Düşünürəm ki, əgər bir şəxs özünə güvənirsə, müəllim adını daşımağa haqqının çatdığına əmindirsə, niyə sertifikasiyadan narahat olmalıdır?
Şəxsən mən müəllim olsaydım, həvəslə bu prosesdə iştirak edib doğrudan da layiqli müəllim olduğumu yüksək səslə sübut edərdim!
Sertifikasiya təhsil sistemində həyata keçirilən islahatların tərkib hissəsi olaraq keyfiyyətin yüksəldilməsinə xidmət edir. Yəni millətin övladları daha keyfiyyətli müəllimlərdən dərs alsın deyə edilir bu".
A.Həsrət bildirib ki, dünya ölkələri kosmosa turist göndərir, ən yüksək elmi nailiyyətlər əldə edir, bizdə isə bəlli bir zümrə hələ də təhsili axsatmaqla məşğuldur: "Ona görə də cəmiyyət, özəlliklə də onun fəal kəsimi olaraq bu prosesdə fəal olmalıyıq ki, məktəblərdə yüksək savadı və uşaqlarımıza keyfiyyətli təhsil verən müəllimlər olsun. Ümid edirik ki, bu sertifikasiya prosesi tam şəffaf keçəcək və layiq olanlar o müqəddəs müəllim vəzifəsində qalmağa davam edəcək".
Adətən bu məsuliyyət təkcə qadınların çiyinlərində olur
2023-cü ilin birinci yarısında 50-yə yaxın mikro, kiçik və orta sahibkarl
Ukrayna paytaxtı Kiyevdə Ukrayna Təhlükəsizlik Xidmətinin polkovniki ofisi
Ümumdnya Səhiyyə Təşkilatının son hesabatına əsasən, dünyada koronavi
Dövlət Gömrük Komitəsinin Mərkəzi Gömrük Ekspertizası İdarəsinin eks
Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Rahib Salmanov intihar etməsin
2023-ci ilin iyul ayında Türkiyədə Azərbaycan kapitalı ilə 151 şirkət q
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Meşələrin İnkişafı Xidməti
Türkiyənin "Kanal D" telekanalında yayımlanan "Ya çok sever
Ölkə ərazisində qeyri-sabit hava şəraiti davam edir.
Yaponiyada "Toyota"nın 12 zavodu fəaliyyətini dayandırıb.
Yeni mövsümə və dərs ilinə hazırlaşmaq "NeoKart"ın yeni kampa
Həyat yoldaşı Fərid Abdullayevlə ayrılan bloger Nagehan Abdullayeva ikinci
Müdafiə Nazirliyinin Maliyyə İdarəsinin sabiq rəisi, general-mayor Nizami
Bu gün səhər saatlarında Türkiyənin Konya şəhərində 4,8 maqnitudalı z