Qanunsuz avtomobil idxalı ilə bağlı
Kriminal 29 Avq 2023 11:44:00 374 0
Dövlət Gömrük Komitəsinin Mərkəzi Gömrük Ekspertizası İdarəsinin eksperti vəzifəsində işləyən Aslan Bayramovun qanunsuz əməlləri barədə həmin Komitədən daxil olmuş məlumat əsasında Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində cinayət işi başlanıb.
Bu xəbəri də oxu: Bakıda rəfiqələr birləşib qadını öldürdü Səbəb dəhşətə gətirir
Son.az xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Baş Prokurorluğu və Dövlət Gömrük Komitəsinin birgə məlumatında deyilir.
"Aparılmış istintaq-əməliyyat tədbirlərilə Aslan Bayramovun qeyd edilən vəzifədə işləyərkən ayrı-ayrı şəxslərdən rüşvət qismində aldığı 13 min 500 manat məbləğində pul vəsaiti müqabilində vəzifə səlahiyyətlərindən sui-istifadə edərək Azərbaycan Respublikası Nazirlər Kabinetinin "İstismar olunan minik avtomobillərinin Azərbaycan Respublikasının gömrük ərazisinə gətirilməsinin məhdudlaşdırılması haqqında" 29.03.2023-cü il tarixli qərarının tələblərini pozmaqla vəzifə saxtakarlığı törətməsinə, yəni 2023-cü ilin may-avqust aylarında Gürcüstandan Azərbaycana idxal olunmuş istehsal tarixi 10 ildən artıq olan ümumilikdə 45 avtomobilə aid sənədləri saxtalaşdıraraq qanunsuz rəsmiləşdirməsinə əsaslı şübhələr müəyyən edilib.
İş üzrə toplanmış sübutlar əsasında Aslan Bayramov Cinayət Məcəlləsinin 308.2 (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə), 311.3.2 (təkrar rüşvət alma), 311.3.3 (külli miqdarda rüşvət alma) və 313-cü (vəzifə saxtakarlığı) maddələrilə təqsirləndirilən şəxs qismində cəlb olunaraq barəsində məhkəmənin qərarilə həbs qətimkan tədbiri seçilib.
Hazırda cinayət işi üzrə əhəmiyyət kəsb edən halların, cinayətlərin törədilməsində hər hansı formada iştirak etmiş şəxslərin müəyyənləşdirilməsi istiqamətində əməliyyat-istintaq tədbirlərinin həyata keçirilməsi davam etdirilir", - deyə məlumatda qeyd olunub.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Rahib Salmanov intihar etməsin
2023-ci ilin iyul ayında Türkiyədə Azərbaycan kapitalı ilə 151 şirkət q
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Meşələrin İnkişafı Xidməti
Türkiyənin "Kanal D" telekanalında yayımlanan "Ya çok sever
Ölkə ərazisində qeyri-sabit hava şəraiti davam edir.
Yaponiyada "Toyota"nın 12 zavodu fəaliyyətini dayandırıb.
Yeni mövsümə və dərs ilinə hazırlaşmaq "NeoKart"ın yeni kampa
Həyat yoldaşı Fərid Abdullayevlə ayrılan bloger Nagehan Abdullayeva ikinci
Müdafiə Nazirliyinin Maliyyə İdarəsinin sabiq rəisi, general-mayor Nizami
Bu gün səhər saatlarında Türkiyənin Konya şəhərində 4,8 maqnitudalı z
Ölkə ərazisinə yağan güclü yağış bəzi bölgələrdə selə səbəb ol
Bu gün Sumqayıt şəhərinin və Bakının Sabunçu rayonunun Sabunçu qəsəb
Azərbaycan Qızıl Aypara Cəmiyyəti Qarabağda yaşayan erməniəsilli şəxs
Türkiyəli müğənni Sərdar Ortaçın keçmiş həyat yoldaşı Xloe Luqnan e