Separatçılar şərt irəli sürdü
Siyasət 25 Avq 2023 14:05:00 311 0
Qarabağdakı separatçılar Ağdam marşrutundan istifadə üçün şərtlər irəli sürüb.
Bu xəbəri də oxu: Prezident Kristalina Georgiyeva ilə görüşüb FOTO
Son.az Publika.az-a istinadən xəbər verir ki, separatçıların qondarma "dövlət naziri"nin qondarma "müşaviri" Artak Beqlaryan şərtlərinin nə olduğunu açıqlayıb.
"Laçın yolu tam açılmalı, təhlükəsizlik təminatları təmin olunmalıdır. O zaman kommunikasiyaların açılması üçün bütün mümkün variantları müzakirə edə bilərik, lakin Azərbaycan buna hazır deyil", - separatçı deyib.
Separatçı bildirib ki, Ağdam yolundan istifadəni güzəşt hesab etmirlər.
Beləliklə, separatçılar Bakıya qarşı meydan oxuyurlar. Azərbaycan öz suveren ərazisində istədiyini etmək haqqına sahibdir, Ağdam marşrutunun təklif edilməsi də Qarabağdakı mülki ermənilərin problemlərinin həlli məqsədi daşıyır.
Mülki erməniləri girov saxlayan separatçıların bu mövqeyi, xüsusilə şərtlər irəli sürməsi isə Azərbaycana müharibə elan etmək kimi də qəbul edilə bilər və bu vəziyyətdə onlara qarşı praktiki addımların atılması qaçılmaz olacaq.
Son.az
Ermənistan Qızıl Xaç Cəmiyyətinin (Ermənistan QXC) Azərbaycan Qızıl Ay
Sosial şəbəkə istifadəçilərinə qarşı kiber hücumların sayı artıb.
Ermənistan mənbələri yazır ki, İrəvandan Qafana təyyarə gəlmədiyinə
Sosial şəbəkələrdə yayılan kadrlar maraq doğurub.
Avqustun 25-də saat 10 radələrində Cəbrayıl rayonu Hüseynalılar kəndi �
"Vaqner" rəhbəri Yevgeni Priqojinin sağ ola biləcəyini istisna et
Ukrayna Silahlı Qüvvələri Rusiyanın işğal altındakı Krım yarımadasın
Dünən Xəzərdə Neft Qaz Çıxarma İdarəsinin Tikinti Trestində iki nəfə
Ali təhsil müəssisələrinə tələbə qəbulu müsabiqəsində iştirak etm�
İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət D