Separatçılar geri çəkiləcək:


Siyasət 22 Avq 2023 12:16:00 323 0

Separatçılar geri çəkiləcək:

Elçin Alıoğlu TREND

Qarabağlı ermənilərin Azərbaycan cəmiyyətinə reinteqrasiyası qaçılmazdır. Prosesi labüd edən sadəcə, rəsmi Bakının mövqeyit yox, həm də regiondakı situasiya, geosiyasi reallıqlar və ən başlıcası, ermənilərin özləridir.

İlk baxışdan paradoksal görünə bilər: Ermənistanın baş naziri Nikol Paşinyan, onun komandası, İrəvandakı siyasi isteblişment, erməni diasporu və qarabağlı erməni separatçılarının liderləri reinteqrasiyada maraqlı deyillər. Daha dəqiq olsaq, onlar ərazi iddialarından, şovinizmdən, revanşizmdən və 44 günlük İkinci Qarabağ Müharibəsi nəticəsində işğaldan azad edilmiş Azərbaycan ərazilərini yenidən işğal etmək niyyətindən əl çəkməyiblər.

Xankəndindəki terrorçu xunta, erməni separtizmini dolayı yolla dəstəkləyən bir sıra dövlətlər, beynəlxalq təşkilatlar, siyasətçilər və xüsusilə də Ermənistana hamilik edən ölkələrin ali qanunverici strukturlarında təmsil olunaraq kokuslarla lobbi qrupları formalaşdıran parlamentarlar Cənubi Qafqazda gərginliyin səngiməsində maraqlı deyillər.

Onlar Azərbaycanla Ermənistan arasında yekun sülh sazişinin imzalanmasını, şərti dövlət sərhədinin demarkasiya və delimitasiyasını, Zəngəzur dəhlizi layihəsinin reallaşmasını və bölgədə sülhlə stabilliyin bərqərar olmasını istəmir, bütün bunlara var qüvvələri ilə maneələr yaradırlar.

Rəsmi Bakı isə stabilliklə sülh arayışındadır.

Qeyri-rəsmi məlumatlara görə, Azərbaycan hakimiyyəti ilə Qarabağ ermənilərinin nümayəndələri arasında görüş Bərdədə baş tuta bilər.

Görüşün yaxın günlərdə Bərdədə baş tutacağı gözlənilir. Danışıqların əsas mövzusu Ağdam-Xankəndi marşrutunun açılmasıdır.

Məhz bu məsələ Xankəndindəki separatçı xuntada kəskin qarşıdurmaları daha da intensivləşdirib. Qarabağlı separatçıların xuntası hazırda faktiki olaraq mövcud lider Araik Arutyunyanın və Rusiya Federasiyasının Xankəndiyə ezam etdiyi Ruben Vardanyanın başçılıq etdiyi iki düşmən qruplaşmaya bölünüb.

A.Arutyunyan qarabağlı ermənilərin Azərbaycana reinteqrasiyasına mane olmağa çalışsa da, radikal addımlar atmağa tələsmir. Rəsmi Bakının heç bir şərtlə və formatla onunla danışıqlar aparmayacağını, reinteqrasiya müzakirələrinin yerli erməni icmasının nüfuzlu nümayəndələri ilə olacağını bilən A.Arutyunyan anlayır ki, belə danışıqların başlanması onun hakimiyyətinin çökməsi deməkdir. Çünki qarabağlı ermənilər problemlərini həll edəcək qüvvə qismində onu və komandasını yox, bilavasitə danışıqlara qatılan şəxsləri görəcəklər.

Amma Araik Arutyanyan qarabağlı ermənilər üçün ərzaq məhsulları, gündəlik tələbat malları, yanacaq və s.-nin Ağdam-Xankəndi marşrutu ilə daşınmasını dja istisna etmir.

Xankəndindəki ermənilər iddia edirlər ki, həmin marşrut ən yaxın vaxtlarda istifadəyə verilə bilər.

Daxili qarşıdurmada A.Arutyunyanı qarabağlı ermənilərin "könüllülər dəstəsi"nin komandiri Karen Matevosyan dəstəkləyir.

Separatçıların "parlament"ində Araik Arutyunyanın mümkün istefası məsələsi müzakirə ediləndə icclas zalına daxil olaraq "Burada Arutyunyanın istefasını tələb edənlər, istəyənlər kimlərdir?" soruşan silahlı "könüllülər"in başında duran da məhz K.Matevosyan idi.

K.Matevosyanın dəstəsinin üzvləri A.Arutyunyanın istefasını, "hakimiyyət"dən kənarlaşdırılmasını istəyənləri döyür, hədələyir, qorxudurlar.

Ruben Vardanyan və dəstəsi isə Araik Arutyunyanın təcili, təxirəsalınmaz şəkildə istefa verməsini tələb edirlər.

Onların dediklərinə görə, qarabağlı ermənilərin üzləşdikləri mövcud situasiyadan iki çıxış yolu qalıb: ya Araik Arutyunyan istefa verməli, ya da ərzaq, gündəlik tələbat malları, dərman preparatları və yanacağın Ağdam-Xankəndi marşrutu ilə daşınmasına başlanacaq.

A.Arutyunyan istefa vermək niyyətində olmadığından rəsmi Bakı ilə danışıqlar üçün yeni heyət formalaşdırmaqla məşğuldur. Onun məqsədi Ağdam-Xankəndi marşrutunun işə salınmasına nail olmaq, blokada və humanitar problemlər kimi ermənilərin təbliğ edərək propaqanda apardıqları məsələləri həll edərək aradan qaldırmaq, istefasını tələb edənləri, xüsusilə də Ruben Vardanyanı susdurmaqdır.

Beləcə, Ermənistanın baş naziri Nikol Paşinyanın qarabağlı ermənilərlə bağlı ssenarisi gerçəkləşəcək və rəsmi İrəvan onillərdən bəri çözməyə çalışdığı, amma çözə bilmədiyindən indi ballast saydığı məsələdən qurtulacaq. Paşinyan komandasının planı budur və əsas məsələ qarabağlı ermənilərin Azərbaycana reinteqrasiyası ilə bağlı danışıqlar prosesini maksimum uzatmaqdır.

Ruben Vardanyansa fərqli mövqe tutub. O, reinteqrasiya danışıqlarının Ermənistan, Rusiya Federasiyası, qarabağlı ermənilər və Azərbaycandan ibarət "dördlü format"da keçirilməsi tələbi ilə çıxış edir.

Rəsmi Bakının bu absurd və idiotik tələbi qəbul etməyəcəyini bilən R.Vardanyan danışıqlardan imtina edən tərəf qismində Azərbaycan hakimiyyətini qələmə vermək niyyətindədir.

Rusiyanın hakimiyyət dairələrindəki məlum siyasi elitanın Xankəndinə konkret tapşırıqlarla yolladığı R.Vardanyanın qarşısına qoyulmuş əsas tələb Azərbaycanla Ermənistan arasında yekun sülh sazişinin imzalanmasına yol verməmək, qarabağlı ermənilərin separatizminin daha da aktivləşdirilməsi və situasiyanın maksimal dərəcədə gərginləşdirilməsidir.

Məhz bu səbəbdən R.Vardanyan son müsahibələrində və videomüraciətlərində "qarabağlı ermənilər heç nəyi heç kimə güzəştə getməyəcəklər, güzəşt yerimiz yoxdur, tələbimiz təkdir - dünya birliyi müstəqilliyimizi tanımalıdır" tipli şüarlar söyləyir.

Reallıq isə budur ki, qarabağlı ermənilərin yaşamı, istəkləri və perspektivləri Ruben Vardanyanı əsla maraqlandırmır. O, Rusiya Sülhməramlı Kontingentinin (RSK) müvəqqəti yerləşdiyi ərazilərdə yaşayan ermənilərdən yalnız Ermənistanda Nikol Paşinyanı kənarlaşdırıraq hakimiyyətə yiyələnmək yolunda vasitə qismində istifadə etmək niyyətindədir.

A.Arutyunyan kimi, R.Vardanyan da hesab edir ki, Xankəndindəki xunta siyasii xaos içindədir, Bakının tutduğu qətiyyətli mövqe səbəbindən yerli separatçılar üçün normal çıxış yolu qalmayıb və indi situasiyada hakimiyyət uğrunda mübarizə optimal variantdır.

Qarabağlı ermənilərin "parlament müxalifətinin nümayəndəsi" olduğunu deyən Marsel Osipyanın sözlərinə görə, Araik Arutyunyan məhz bu səbəbdən indiyədək anbarlarda saxladağı ət, ət və toyuq məhsullarını dünən bazarlarla dükanlara çıxararaq satdırmağa başlayıb.

Osipyanın ritorikasının müəllifi Ruben Vardanyandır. Erməni əsilli rusiyalı milyarder A.Arutyunyanla yanaşı, Ermənistanın baş naziri Nikol Paşinyannın planlarını pozmağa çalışır.

Separatçılarla Paşinyan öz aralarında istədikləri qədər intriqalar apararaq müqavimət yolları araya bilərlər.

Reallıq bəllidir.

Hazırda RSK nəzarətində olan ərazilərdə doğulmayan, erməni işğalının olduğu 30 il ərzində həmin ərazilərə köçərək məskunlaşmış bütün - istisnasız olaraq - şəxslər Azərbaycanı tərk etməlidir.

Qarabağlı ermənilər Azərbaycan cəmiyyətinə reinteqrasiyaya başlamalı, ölkəmizin ümumvətəndaşlıq pasportunu almalıdır.

Marionet Ruben Vardanyana gəldikdə isə, onun sonrakı taleyi ayrı məsələdir...

Şavkat Mirziyoyev Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət edib  FOTO like
  • 22 Avq 12:13  
Siyasət Şavkat Mirziyoyev Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət edib FOTO

Azərbaycan Respublikasında dövlət səfərində olan Özbəkistan Respublikas

arrow Ətraflı
Hərbçimiz yaralandı: like
  • 22 Avq 11:57  
Siyasət Hərbçimiz yaralandı:

Ermənistan tərəfinin törətdiyi təxribat zamanı Azərbaycan Ordusunun hər

arrow Ətraflı
Dərman zavodlarının açılması ölkəmizin dünya bazarından asılılığını azaldacaq? like
  • 22 Avq 11:50  
Digərləri Dərman zavodlarının açılması ölkəmizin dünya bazarından asılılığını azaldacaq?

Bir neçə gün əvvəl Pirallahı rayonunda yeni dərman zavodu istifadəyə ve

arrow Ətraflı
Özbəkistan Prezidenti Şavkat Mirziyoyev Azərbaycana dövlət səfərinə gəlib  FOTO like
  • 22 Avq 11:49  
Siyasət Özbəkistan Prezidenti Şavkat Mirziyoyev Azərbaycana dövlət səfərinə gəlib FOTO

Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev avqustun 22-də Az�

arrow Ətraflı
Keçmiş sədrə Mərkəzi Bankda yeni vəzifə verildi like
  • 22 Avq 11:28  
Digərləri Keçmiş sədrə Mərkəzi Bankda yeni vəzifə verildi

Azərbaycan Mərkəzi Bankının (AMB) Nağd pul departamentinə yeni direktor t

arrow Ətraflı
Sumqayıtda idman müəllimi həbs edildi: like
  • 22 Avq 11:25  
Kriminal Sumqayıtda idman müəllimi həbs edildi:

Sumqayıt şəhər 1 saylı Uşaq-Gənclər İdman Məktəbinin müəllimi Ceyhu

arrow Ətraflı
Məşhur müğənnidən üzücü xəbər like
  • 22 Avq 11:17  
Şou-biznes Məşhur müğənnidən üzücü xəbər

Türkiyəli müğənni Merve Özbeydən üzücü xəbər gəlib.

arrow Ətraflı
“Abituriyent” jurnalının məsul katibi like
  • 22 Avq 11:06  
Digərləri “Abituriyent” jurnalının məsul katibi

Tanınmış alim, pedaqoq Hikmət Kazımov 72 yaşında vəfat edib.

arrow Ətraflı
AzərbaycanÖzbəkistan münasibətləri üçün yeni perspektivlər like
  • 22 Avq 11:01  
Siyasət AzərbaycanÖzbəkistan münasibətləri üçün yeni perspektivlər

Mərkəzi Asiya ölkələri ilə əməkdaşlığın möhkəmləndirilməsi Azər

arrow Ətraflı
Bütün müavinət və sosial yardımlar like
  • 22 Avq 10:57  
Digərləri Bütün müavinət və sosial yardımlar

Bütün müavinət, təqaüd, kompensasiya və ünvanlı dövlət sosial yardım

arrow Ətraflı
Ermənilər növbəti dəfə Laçın buraxılış məntəqəsindən sərbəst keçiblər like
  • 22 Avq 10:54  
Siyasət Ermənilər növbəti dəfə Laçın buraxılış məntəqəsindən sərbəst keçiblər

Erməni əsilli şəxslərin "Laçın" sərhəd-buraxılış məntəq�

arrow Ətraflı
Qadın sevgilisini evə görüşə çağırdı, oğlu ikisini də bıçaqladı like
  • 22 Avq 10:51  
Kriminal Qadın sevgilisini evə görüşə çağırdı, oğlu ikisini də bıçaqladı

Bakının Suraxanı rayonunda oğul anasını və onun sevgilisini bıçaqlayıb

arrow Ətraflı
Xankəndidəki bu şəxslə bağlı like
  • 22 Avq 10:48  
Siyasət Xankəndidəki bu şəxslə bağlı

Xankəndi sakininin "Telegram"da müraciəti ilə bağlı cinayət iş

arrow Ətraflı
Bu şəhərlə bağlı 7 baldan yuxarı ZƏLZƏLƏ XƏBƏRDARLIĞI like
  • 22 Avq 10:41  
Dünya Bu şəhərlə bağlı 7 baldan yuxarı ZƏLZƏLƏ XƏBƏRDARLIĞI

Türkiyənin Hakkari bölgəsi üçün mütəxəssislər 7 baldan yuxarı zəlz�

arrow Ətraflı
Türkiyənin Mersin limanı 2 mindən çox gəmi qəbul edib like
  • 22 Avq 10:34  
Digərləri Türkiyənin Mersin limanı 2 mindən çox gəmi qəbul edib

2023-cü ilin yanvar-iyul aylarında Türkiyənin Mersin limanı 2 181 gəmi qə

arrow Ətraflı