Dərman zavodlarının açılması ölkəmizin dünya bazarından asılılığını azaldacaq?
Digərləri 22 Avq 2023 11:50:00 307 0
Bir neçə gün əvvəl Pirallahı rayonunda yeni dərman zavodu istifadəyə verildi.
Bu xəbəri də oxu: Siqaret çəkənlərin nəzərinə!
Ötən il səhiyyə naziri Teymur Musayev jurnalistlərə açıqlamasında bildirmişdi ki, ölkədə yerli dərman istehsalı ilə bağlı iri layihələrin həyata keçirilməsi planlaşdırılır. O qeyd etmişdi ki, bu istiqamətdə artıq müəyyən işlər aparılır.
Bəs Pirallahı rayonunda yeni istifadəyə verilən dərman zavodu daxili bazarda qiymətlərin ucuzlaşmasına necə kömək edə bilər?
Məsələ ilə bağlı Trend-ə açıqlamasında millət vəkili Rəşad Mahmudov bildirib ki, dərman istehsal edən zavodların ölkəmizdə açılması faydalı olacaq.
"Belə ki, yeni bir istehsalat sahəsinin ölkəmizdə fəaliyyətə başlaması yeni iş yerlərinin açılmasına səbəb olur. Bununla yanaşı, həmin zavodlarda istehsal olunan dərman preparatları ölkəmizin dünya bazarından asılılığının azalmasına xidmət edir. Bu da öz növbəsində qiymət və keyfiyyət məsələlərində öz nəzarətimizdə olan sistemin qurulmasına şərait yaradır.
Dərman istehsalı dünyada həm innovativliyi, həm də nanotexnologiyaların istifadəsi ilə birlikdə inkişaf tendensiyası keçən bir sahədir. Belə istehsalat sahələrinin fəaliyyətə başlaması bu sahə üzrə ekspertlərin ölkəmizdə inkişafına da müsbət təsir göstərəcək. Digər tərəfdən, xaricdən ölkəmizə gətirilən dərmanlara görə ödənilən valyutanın ölkə xaricinə çıxmasını əngəlləyəcək.
Qeyd edək ki, zavodda müxtəlif adlarda, geniş çeşiddə və müxtəlif həcmlərdə venadaxili dərman məhlulları istehsal olunacaq. Müəssisənin illik istehsal gücü 20 milyon litrdir. Ölkəmizin bu dərmanlara olan illik tələbatı təxminən 15 milyon litrdir.
Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev avqustun 22-də Az�
Azərbaycan Mərkəzi Bankının (AMB) Nağd pul departamentinə yeni direktor t
Sumqayıt şəhər 1 saylı Uşaq-Gənclər İdman Məktəbinin müəllimi Ceyhu
Tanınmış alim, pedaqoq Hikmət Kazımov 72 yaşında vəfat edib.
Mərkəzi Asiya ölkələri ilə əməkdaşlığın möhkəmləndirilməsi Azər
Bütün müavinət, təqaüd, kompensasiya və ünvanlı dövlət sosial yardım
Erməni əsilli şəxslərin "Laçın" sərhəd-buraxılış məntəq�
Bakının Suraxanı rayonunda oğul anasını və onun sevgilisini bıçaqlayıb
Türkiyənin Hakkari bölgəsi üçün mütəxəssislər 7 baldan yuxarı zəlz�
2023-cü ilin yanvar-iyul aylarında Türkiyənin Mersin limanı 2 181 gəmi qə
Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi tərəfindən icra edil
Sabah saat 11:00-da Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyind�
İş adamı, "Palmali" şirkətinin rəhbəri Mübariz Mənsimovun fə