DYPdən zəncirvari qəzalarla bağlı


Digərləri 22 Avq 2023 12:56:00 173 0

DYPdən zəncirvari qəzalarla bağlı

Yollardakı zəncirvari qəzalar sürücülərin ara məsafəsinə dair tələbləri pozmaları səbəbindən törədilir.

Son.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polis İdarəsi (BDYPİ) məlumat yayıb.

"Müşahidələr göstərir ki, hazırda tez-tez rast gəlinən zəncirvari qəzalar məhz sürücülərin avtomobil idarə edərkən ara məsafəsinə dair tələbləri pozmaları səbəbindən baş verir. Adətən, maddi ziyanla nəticələnən kiçik toqquşmalar ilk baxışdan əhəmiyyətli görünmür. Lakin bu növ qəzalar sürücü intizamına, hərəkət iştirakçıları arasında qarşılıqlı məsuliyyət hissinə mənfi təsir göstərən, eləcə də vaxt və iqtisadi itkilərə yol açan kifayət qədər ciddi yol-nəqliyyat hadisələridir", - məlumatda deyilir.

Bildirilib ki, yol hərəkəti qaydaları ara məsafəsi haqda sabit kəmiyyət müəyyən etmir:

"Bu sahədə qanunvericiliyin tələbinə əsasən, sürücü sürətdən və hərəkət şəraitindən asılı olaraq elə ara məsafəsi seçməlidir ki, eyni zolaqda özündən qabaqda gedən nəqliyyat vasitəsi sürəti kəskin azaltdıqda və ya gözlənilmədən dayandıqda, onunla toqquşmanın qarşısını almaq mümkün olsun.

Başqa sözlə, sürücü hərəkət zamanı ara məsafəsini avtomobilin növündən, texniki vəziyyətindən, sürətindən, yol və hava şəraitindən aslı olaraq özü təyin etməlidir. Bununla yanaşı, sürücünün təcrübəsi, hadisəyə reaksiyası, daşıdığı yük, eləcə də qarşıdakı avtomobilin qəza riski də nəzərə alınması vacib olan amillərdəndir".

Qeyd edilib ki, şəhər yollarında, xüsusilə də tıxaclarda ara məsafəsi mütləq gözlənilməlidir:

"Çünki qarşıda baş verə biləcək kiçik bir toqquşma bir neçə avtomobilin iştirakı ilə zəncirvari qəzalara səbəb ola bilər. Avtomobil idarə edərkən diqqəti yayındıran hərəkətlərə, ələlxüsus mobil telefondan istifadəyə aludə olan sürücüləri nəzərə alsaq, bu aqibətlə üzləşmə ehtimalının kifayət qədər yüksək olduğunu görərik".

DİN-in Baş Dövlət Yol Polisi İdarəsi kiçik qəzaların böyük faciələrə səbəb ola biləcəyini bir daha sürücülərin diqqətinə çatdırıb və onları avtomobil idarə edərkən ara məsafəsinə dair tələblərə riayət etməyə çağırıb.

Mehriban Xanlarova Oksanaya şillə vurdu like
  • 22 Avq 12:45  
Şou-biznes Mehriban Xanlarova Oksanaya şillə vurdu

Rəqqasə və aktrisa Oksana Rəsulova əməkdar artist Mehriban Xanlarovanın o

arrow Ətraflı
Ankarada FETÖyə qarşı əməliyyat: like
  • 22 Avq 12:34  
Digərləri Ankarada FETÖyə qarşı əməliyyat:

Türkiyənin hüquq-mühafizə orqanları paytaxt Ankaranın 4 rayonunda Fətull

arrow Ətraflı
Sabah 39 dərəcə isti olacaq like
  • 22 Avq 12:28  
Digərləri Sabah 39 dərəcə isti olacaq

Bakıda və Abşeron yarımadasında avqustun 23-də hava şəraitinin dəyişk�

arrow Ətraflı
Özbəkistan Prezidenti şəhidlərin xatirəsini ehtiramla yad edib like
  • 22 Avq 12:26  
Siyasət Özbəkistan Prezidenti şəhidlərin xatirəsini ehtiramla yad edib

Azərbaycan Respublikasında dövlət səfərində olan Özbəkistan Respublikas

arrow Ətraflı
29 kq narkotikin Azərbaycana keçirilməsinin qarşısı alındı like
  • 22 Avq 12:23  
Kriminal 29 kq narkotikin Azərbaycana keçirilməsinin qarşısı alındı

Ümumi çəkisi 29 kiloqramdan çox olan narkotik vasitələrin qaçaqmalçılı

arrow Ətraflı
Şavkat Mirziyoyev Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət edib  FOTO like
  • 22 Avq 12:13  
Siyasət Şavkat Mirziyoyev Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət edib FOTO

Azərbaycan Respublikasında dövlət səfərində olan Özbəkistan Respublikas

arrow Ətraflı
Hərbçimiz yaralandı: like
  • 22 Avq 11:57  
Siyasət Hərbçimiz yaralandı:

Ermənistan tərəfinin törətdiyi təxribat zamanı Azərbaycan Ordusunun hər

arrow Ətraflı
Dərman zavodlarının açılması ölkəmizin dünya bazarından asılılığını azaldacaq? like
  • 22 Avq 11:50  
Digərləri Dərman zavodlarının açılması ölkəmizin dünya bazarından asılılığını azaldacaq?

Bir neçə gün əvvəl Pirallahı rayonunda yeni dərman zavodu istifadəyə ve

arrow Ətraflı
Özbəkistan Prezidenti Şavkat Mirziyoyev Azərbaycana dövlət səfərinə gəlib  FOTO like
  • 22 Avq 11:49  
Siyasət Özbəkistan Prezidenti Şavkat Mirziyoyev Azərbaycana dövlət səfərinə gəlib FOTO

Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev avqustun 22-də Az�

arrow Ətraflı
Keçmiş sədrə Mərkəzi Bankda yeni vəzifə verildi like
  • 22 Avq 11:28  
Digərləri Keçmiş sədrə Mərkəzi Bankda yeni vəzifə verildi

Azərbaycan Mərkəzi Bankının (AMB) Nağd pul departamentinə yeni direktor t

arrow Ətraflı
Sumqayıtda idman müəllimi həbs edildi: like
  • 22 Avq 11:25  
Kriminal Sumqayıtda idman müəllimi həbs edildi:

Sumqayıt şəhər 1 saylı Uşaq-Gənclər İdman Məktəbinin müəllimi Ceyhu

arrow Ətraflı
Məşhur müğənnidən üzücü xəbər like
  • 22 Avq 11:17  
Şou-biznes Məşhur müğənnidən üzücü xəbər

Türkiyəli müğənni Merve Özbeydən üzücü xəbər gəlib.

arrow Ətraflı
“Abituriyent” jurnalının məsul katibi like
  • 22 Avq 11:06  
Digərləri “Abituriyent” jurnalının məsul katibi

Tanınmış alim, pedaqoq Hikmət Kazımov 72 yaşında vəfat edib.

arrow Ətraflı
AzərbaycanÖzbəkistan münasibətləri üçün yeni perspektivlər like
  • 22 Avq 11:01  
Siyasət AzərbaycanÖzbəkistan münasibətləri üçün yeni perspektivlər

Mərkəzi Asiya ölkələri ilə əməkdaşlığın möhkəmləndirilməsi Azər

arrow Ətraflı