29 kq narkotikin Azərbaycana keçirilməsinin qarşısı alındı
Kriminal 22 Avq 2023 12:23:00 397 0
Ümumi çəkisi 29 kiloqramdan çox olan narkotik vasitələrin qaçaqmalçılıq yolu ilə Azərbaycana keçirilməsinin qarşısı alınıb.
Bu xəbəri də oxu: Şamaxıda bir ailənin üç üzvü dəm qazından zəhərləndi
Son.az xəbər verir ki, bu barədə Dövlət Sərhəd Xidməti məlumat yayıb.
Bildirilib ki, dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi, narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə tədbirləri çərçivəsində Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının "Göytəpə" sərhəd dəstəsinin xidməti ərazisində ümumi çəkisi 29 kiloqram 455 qram narkotik vasitələrin qaçaqmalçılıq yolu ilə Azərbaycana keçirilməsinin qarşısı alınıb.
Keçirilmiş sərhəd axtarışı və əməliyyat tədbirləri nəticəsində avqust ayının 20-də saat 12:15-də Yardımlı rayonu Ləzran kəndi yaxınlığında yerləşən sərhəd zastavasının xidməti ərazisində ümumi çəkisi 5 kiloqram 15 qram narkotik vasitə (2 kq 430 qram marixuana, 2 kq 585 qram tiryək) və saat 13:10-da Cəlilabad rayonu Edişə kəndi yaxınlığında yerləşən sərhəd zastavasının xidməti ərazisində ümumi çəkisi 24 kiloqram 440 qram narkotik vasitə (13 kq 760 qram marixuana, 7 kq 870 qram heroin, 1 kq 815 qram tiryək, 995 qram metamfetamin) aşkar olunaraq götürülüb.
Hər iki fakt üzrə əməliyyаt-istintaq tədbirləri dаvаm еtdirilir.
Son.az
Azərbaycan Respublikasında dövlət səfərində olan Özbəkistan Respublikas
Ermənistan tərəfinin törətdiyi təxribat zamanı Azərbaycan Ordusunun hər
Bir neçə gün əvvəl Pirallahı rayonunda yeni dərman zavodu istifadəyə ve
Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev avqustun 22-də Az�
Azərbaycan Mərkəzi Bankının (AMB) Nağd pul departamentinə yeni direktor t
Sumqayıt şəhər 1 saylı Uşaq-Gənclər İdman Məktəbinin müəllimi Ceyhu
Tanınmış alim, pedaqoq Hikmət Kazımov 72 yaşında vəfat edib.
Mərkəzi Asiya ölkələri ilə əməkdaşlığın möhkəmləndirilməsi Azər
Bütün müavinət, təqaüd, kompensasiya və ünvanlı dövlət sosial yardım
Erməni əsilli şəxslərin "Laçın" sərhəd-buraxılış məntəq�
Bakının Suraxanı rayonunda oğul anasını və onun sevgilisini bıçaqlayıb
Türkiyənin Hakkari bölgəsi üçün mütəxəssislər 7 baldan yuxarı zəlz�