Ombudsmandan Ermənistanda əsir götürülən hərbi qulluqçularımızla bağlı müraciət
Siyasət 22 İyn 2023 17:24:00 305 0
Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva Ermənistan tərəfindən əsir götürülmüş və qanunsuz olaraq azadlıqdan məhrum edilmiş hərbi qulluqçularımızın dərhal azad olunması ilə bağlı beynəlxalq ictimaiyyətə müraciət edib.
Bu xəbəri də oxu: "Qəzanın səbəbləri bizə bəlli deyil, müxtəlif versiyalar var"
Ombudsman Aparatından verilən məlumata görə, müraciətdə deyilir:
"Məlum olduğu kimi, cari ilin aprel ayında Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunun Ermənistanla sərhədboyu ərazisində itkin düşməklə Ermənistan tərəfindən əsir götürülmüş Azərbaycan Ordusunun əsgərləri Bəbirov Aqşin Qabil oğlu və Axundov Hüseyn Əhliman oğlu saxta ittihamlarla azadlıqdan məhrum olunmuşlar. Bu müddət ərzində beynəlxalq hüquq və beynəlxalq humanitar hüquq normalarına zidd olaraq onların müxtəlif işgəncələrə və pis rəftara məruz qalmaları Ermənistanın ölkəmizə qarşı etnik nifrət zəminində düşmənçilik siyasəti apardığını bir daha təsdiq edir.
Bununla əlaqədar dəfələrlə müraciət olunmasına baxmayaraq, Ermənistan hakimiyyəti hərbi qulluqçularımıza qarşı qanunsuz qərarların qəbul edilməsinə rəvac verməklə beynəlxalq hüququn tələblərini növbəti dəfə kobud şəkildə pozmuşdur.
Günahsız hərbi qulluqçularımıza münasibətdə qərəzli qərarların qəbul edilməsi və digər bu kimi təxribatçı addımların atılması iki ölkə arasında dayanıqlı sülhün təmin olunması istiqamətində aparılan danışıqları pozmaq məqsədi daşıyır.
Hesab edirik ki, Ermənistanda saxta məhkəmə hökmü ilə tamamilə qanunsuz olaraq azadlıqdan məhrum edilmiş hərbi qulluqçularımız dərhal azad edilməlidirlər.
Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) olaraq, yenidən beynəlxalq ictimaiyyətə müraciət edərək, əsir götürülməklə qanunsuz həbs olunmuş hərbi qulluqçularımızın tezliklə azad edilməsi üçün təsirli addımların atılmasını qəti şəkildə tələb edirəm".
Aparıcı və ekstrasenst İlham Mirzəyev mərhum aktrisa Ofeliya Aslanla bağl
Yaponiyada İkinci dünya müharibəsindən sonra 1948 və 1996-də illərdə q�
Milli Məclisdəki deputatlar arasında danışmamaları danışmalarından, sü
Bakı Kitab Mərkəzində Poeziya və Piano Gecəsi keçirilib. Xalq artistləri
Bakı Ağır Cinayətlər Məhkəməsində quldurluq və şantajla məşğul ola
Müdafiə Nazirliyi iyunun 22-si saat 13:00 radələrində Azərbaycan Ordusunun
2018-ci il oktyabrın 22-də Daxili İşlər Nazirliyinin "102" xidmə
Milli Məclis və "Baku Network" ekspertlər platformasının əməkda
Sosial şəbəkələrdə Füzuli rayonunda yerləşən Köndələnçay su anbar�
Məlumdur ki, Operativ Qərargah pandemiya səbəbindən quru sərhədlərin iyu
Bloger Aysel Şükür birinci həyat yoldaşından şikayət edib.
Bu gün Laçın rayonu Prokurorluğunun açılışını etdik. Hesab edirəm ki,
Potensial olaraq Azərbaycan qazı Mərkəzi-Şərqi Avropada tədarüklərin t�