Milli Məclisin deputatı dövlətin mövqeyini bilir? VİDEO


Digərləri 22 İyn 2023 16:58:00 393 0

Milli Məclisin deputatı dövlətin mövqeyini bilir?  VİDEO

Milli Məclisdəki deputatlar arasında danışmamaları danışmalarından, sükutları şərhlərindən daha məntiqli olanları var.

Onların arasında Arzu Nağıyev xüsusilə fərqlənir.

Cənab Nağıyevin Söyüdlü kəndindəki hadisələrlə bağlı açıqlaması isə ümumiyyətlə, "necə danışmamalı" standartlarına daxil edilə bilər.

Xatırladaq ki, Gədəbəy rayonunun Söyüdlü kəndində bir qrup şəxs kənd ərazisində süni gölün tikintisinə etiraz olaraq iyunun 20-də aksiya keçirməyə cəhd göstərib. Aksiyanın qarşısı alınan zaman polislə sakinlər arasında insident baş verib. Polis əməkdaşlarının aksiya iştirakçılarına qarşı gözyaşardıcı qazdan istifadə etməsi birmənalı qarşılanmayıb.

Daxili İşlər Nazirliyindən verilən məlumata görə, polis əməkdaşı qadına qarşı ciddi qəbahətə yol verib, bununla bağlı müvafiq araşdırma aparılır, onun əməlinə hüquqi qiymət veriləcək.

Dünən Baş nazir Əli Əsədovun Sərəncamı ilə Gədəbəy rayonunun Söyüdlü kəndində tullantıxana sahəsində monitorinqlərin aparılması və mövcud vəziyyətin qiymətləndirilməsi məqsədilə Komissiya yaradılıb.

Komissiyaya ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev rəhbərlik edir. Komissiyaya səhiyyə nazirinin, fövqəladə hallar nazirinin, kənd təsərrüfatı nazirinin müavinləri, Nazirlər Kabineti Aparatının Sənaye və energetika şöbəsinin müdiri, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin rəisi və Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı daxildir.

Bu gün Gədəbəy rayonunun Söyüdlü kəndində vəziyyətin araşdırılması üçün yaradılan komissiyanın üzvlərinin iştirakı ilə Gədəbəy Rayon İcra Hakimiyyətində iclas keçirilib.

İclasda komissiya üzvləri ilə yanaşı, rayon rəsmiləri, yerli hüquq-mühafizə orqanlarının rəhbərləri də iştirak edib.

İclasda Söyüdlü kəndində vəziyyət müzakirə olunub.

Komissiya üzvləri iclasdan sonra Söyüdlü kəndinə gedəcək, kənd sakinləri ilə görüşəcək, süni gölün tikintisi aparılan əraziyə baxış keçirəcəklər.

"Əvvəla onu qeyd etmək istəyirəm ki, insanlarımızı narahat edən əsas məsələ ikinci göl deyil, onları narahat edən artıq 11 ildir, ərazidə olan və fəaliyyət göstərən göldür".

Gədəbəy rayon İcra Hakimiyyətinin başçısı Orxan Mürsəlov isə olay yerinə, Söyüdlüu kəndinə yollanaraq sakinlərlə görüşüb, jurnalistlərin suallarını cavablayıb.

Orxan Mürsəlov bildirib ki, sakinlərə bununla bağlı yanlış informasiyalar verilib: "Təəssüflər olsun ki, insanlarımıza da bununla bağlı dezinformasiyalar verilib. İnsanlarımızın sağlam həyat tərzi, xoşbəxtliyi bizim üçün əsas amildir. Ona görə də ölkə rəhbərinin tapşırığına əsasən, Nazirlər Kabineti tərəfindən 21 iyun 2023-cü il tarixində verilən Sərəncamla yaradılan müvafiq komissiya tərəfindən Söyüdlü kəndi ərazisində, sözügedən tullantıxanada monitorinqlərin aparılması və ictimaiyyətin məlumatlandırılması həyata keçiriləcək. Komissiya üzvləri sabah rayonda olacaq və insanlarımızı narahat edən məsələ araşdırılacaq. Mən bir daha vurğulamaq istəyirəm ki, insanlarımızın narahatlığına ciddi əsas yoxdur".

İcra başçısı qeyd edib ki, bu məsələnin birdən-birə alovlanması narahatlıq doğurur: "Biz vətəndaşlarımızla mütəmadi olaraq görüşür, onları baş verən proseslərlə bağlı məlumatlandırırıq. Dünən baş verən hadisə - insanlarımızın qanunsuz şəkildə əraziyə toplaşması, polisin qanuni fəaliyyətinə mane olması kimi hallar yolverilməzdir. 11 ildir, burada fəaliyyət göstərən gölün insanlarımızda narahatlıq yaratması ilə bağlı heç bir sübut yoxdur. Məsələnin bu gün bu formada təzahür etməsi narahatlıq doğurur. Təəssüflər olsun ki, qadınlarımızın əraziyə toplaşması, polis əməkdaşlarına qarşı şiddət halları müşahidə olunub. Faktiki olaraq, polis ərazidə asayişin qorunması və şirkətin cari fəaliyyətinə maneçilik törədilməsinin qarşısını almaq məqsədi güdüb. Polisin qanuni fəaliyyətinə qarşı təxribat xarakterli, qıcıqlandırılmış şəkildə addımlar atılması yolverilməzdir. Baş verən hadisə ilə bağlı DİN-in mətbuat xidmətinin məlumatını eşitmisiniz. Bütün məsələlər hüquqi çərçivədə həllini tapacaq. Heç bir məsələ ölkəmizdə hüquqdan xaric müzakirə edilə bilməz, hər şey hüquq çərçivəsində həll edilir. İğtişaşa cəhd edən, ərazidə təxribat formalaşdıran, məsələni lüzumsuz formada şişirdənlərə qarşı polis qanuni fəaliyyətini həyata keçirib və 5 nəfər barəsində inzibati qaydada həbs müəyyənləşdirilib, 1 nəfər isə cərimə edilib. Bundan sonra da tam ədalətli, insanlarımızın hüquqlarını qoruyacaq formada qərarlar qəbul ediləcək".

Hadisə və baş verənlərə verilmiş rəsmi dəyərləndirmələr budur.

Lakin Milli Məclisin deputatı, 104 saylı Gədəbəy-Tovuz seçki dairəsindən seçilmiş deputat Arzu Nağıyev isə deyəsən, həmişəki kimi, baş vermiş hadisələrdən bixəbər olmasına rəğmən, "şərh"lərini əsirgəmir.

O, AzTV efirində bəyan edib ki, sən demə, "Söyüdlü kəndinin yaxınlığında ikinci tullantı gölünün inşası barədə qərar qəbul edilib".

Təqribən 2860 nəfər sakini olan Söyüdlü kəndinin həndəvərində "ikinci gölün inşası" ilə bağlı deputatın açıqlaması yəqin ki, Gədəbəy rayon rəhbərliyi ilə yanaşı, ölkənin müvafiq dövlət qurumları üçün də yenilikdir.

Çünki belə qərar olmayıb, yoxdur. Həmin qərarın verilməsi isə sual altındadır - hökumət başçısının göstərişi ilə yaradılmış komissiya məhz Söyüdlü kəndi ətrafındakı situasiyanın araşdırılması ilə məşğuldur.

Bəs belədirsə, deputat Arzu Nağıyev nəyə, hansı mənbələrinə, məlumatlarına əsaslanaraq "gölün inşası" ilə bağlı qərarın mövcudluğundan bəhs edir - məlum deyil.

Tovuz-Gədəbəy zonasından deputat seçilməsinə rəğmən, Arpzu Nağıyev Gədəbəyə yollanmayıb, sakinlərlə görüşməyib, problemi yerindəcə araşdırmağa çalışmayıb. Halbuk bu, onun deputatlıq səlahiyyətləri və öhdəliklərindən yaranan zəruri, aksiomatik əməldir.

Əvəzində cənab Nağıyev Azərbaycanın hökumət başçısının, nazirlərin və Gədəbəy rayon İH başçısının bəyanatlarının tam ziddinə olan açıqlama verir, "situasiyanı şərh etmək" cəhdinə baş vurur və əfsuslar olsun ki, həmişəki ampluasına sadiq qalaraq, sözlərinin hansı effekt verdiyinin fərqinə varmır.

Söyüdlüdəki hadisələrlə bağlı sosial şəbəkələrdə süni şəkildə gücləndirilərək yayılan "ikinci göl tikiləcək, kəndin ekoloji vəziyyətində ciddi problemlər yaranacaq" iddialarının, yerli sakinləri etiraz aksiyalarına təhrik edənlərin ssenarisinə uyğun olaraq paylaşılan dezinformasiyaların da əsasını məhz "qərar verilib" yalanı təşkil edir.

Bəhs etdiyimiz yalana müvafiq dövlət qurumları və rəsmilər yetərincə təfsilatlı, arqumentli cavab veriblər.

Deputat Arzu Nağyevin Söyüdlüyə yollanmadığı bəlli - heç olmasa, yaranmış situasiyanı "şərh" etməzdən əvvəl səlahiyyətli qurumların və rəsmilərin açıqlamaları ilə tanış ola bilərdi.

Amma yenə də deputat Nağıyev "fərqli" göründü, artıq sosial şəbəkələrdə ironiya və lağlağı obyektinə çevrilən açıqlamasını verdi.

Bu isə yalnız təəssüf hissi doğura bilər.


Xəbərə aid video

19 nəfəri alçaldıb videoya çəkənlər tələbə imiş like
  • 22 İyn 16:26  
Digərləri 19 nəfəri alçaldıb videoya çəkənlər tələbə imiş

Bakı Ağır Cinayətlər Məhkəməsində quldurluq və şantajla məşğul ola

arrow Ətraflı
Müdafiə Nazirliyi daha bir məlumat yaydı like
  • 22 İyn 16:18  
Digərləri Müdafiə Nazirliyi daha bir məlumat yaydı

Müdafiə Nazirliyi iyunun 22-si saat 13:00 radələrində Azərbaycan Ordusunun

arrow Ətraflı
Köndələnçay su anbarının quruduğu doğrudur?  AÇIQLANDI like
  • 22 İyn 15:28  
Digərləri Köndələnçay su anbarının quruduğu doğrudur? AÇIQLANDI

Sosial şəbəkələrdə Füzuli rayonunda yerləşən Köndələnçay su anbar�

arrow Ətraflı
Quru sərhədlərlə bağlı açıqlama: iyulun 1də... like
  • 22 İyn 15:06  
Digərləri Quru sərhədlərlə bağlı açıqlama: iyulun 1də...

Məlumdur ki, Operativ Qərargah pandemiya səbəbindən quru sərhədlərin iyu

arrow Ətraflı
Aysel keçmiş həyat yoldaşını biabır etdi  tək qadın olmaq çətindir  FOTO like
  • 22 İyn 15:04  
Şou-biznes Aysel keçmiş həyat yoldaşını biabır etdi tək qadın olmaq çətindir FOTO

Bloger Aysel Şükür birinci həyat yoldaşından şikayət edib. 

arrow Ətraflı
"Laçın rayon prokurorluğu tam heyətlə yeni binada fəaliyyətinə davam edəcək" like
  • 22 İyn 14:54  
Digərləri "Laçın rayon prokurorluğu tam heyətlə yeni binada fəaliyyətinə davam edəcək"

Bu gün Laçın rayonu Prokurorluğunun açılışını etdik. Hesab edirəm ki,

arrow Ətraflı
Azərbaycan qazı Avropada enerji diversifikasiyasını təmin edə bilər  Aİ like
  • 22 İyn 14:40  
Digərləri Azərbaycan qazı Avropada enerji diversifikasiyasını təmin edə bilər Aİ

Potensial olaraq Azərbaycan qazı Mərkəzi-Şərqi Avropada tədarüklərin t�

arrow Ətraflı
Kəmaləddin Heydərovdan yüksək vəzifəyə təyinat  FOTO like
  • 22 İyn 14:36  
Digərləri Kəmaləddin Heydərovdan yüksək vəzifəyə təyinat FOTO

Fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov polkovnik Se

arrow Ətraflı
Sevda ölümdən döndü like
  • 22 İyn 14:29  
Şou-biznes Sevda ölümdən döndü

Türkiyəli müğənni Sevda Demirel xəstəxanalıq olub. 

arrow Ətraflı
Daşkəsəndə təbiət hadisəsinin vurduğu ziyanla bağlı hamı səfərbər olub... like
  • 22 İyn 13:56  
Digərləri Daşkəsəndə təbiət hadisəsinin vurduğu ziyanla bağlı hamı səfərbər olub...

Yol kənarında istinad divarının uçması nəticəsində nəqliyyatın hərə

arrow Ətraflı