19 nəfəri alçaldıb videoya çəkənlər tələbə imiş
Digərləri 22 İyn 2023 16:26:00 344 0
Bakı Ağır Cinayətlər Məhkəməsində quldurluq və şantajla məşğul olan tələbələrdən ibarət dəstəyə hökm oxunub.
Bu xəbəri də oxu: Xəsarət alanlar Azərbaycana gətirilə bilər? AÇIQLAMA
Son.az qafqazinfo-ya istinadən xəbər verir ki, özlərini cinsi azlıq nümayəndəsi kimi təqdim edərək ümumilikdə 19 nəfərə qarşı cinayət törətmiş dəstə üzvlərindən 5-nə ağır cəza təyin edilib.
Məhkəmənin hökmü ilə dəstənin rəhbəri Sadiq Ovçiyevə 10 il, Ağababa Musayevə 11 il 6 ay, Elnur Vəliyevə 11 il, Nihat Rəhimliyə 11 il 6 ay, Aqşin Məmmədova 11 il 6 ay müddətinə həbs cəzası verilib. Onlarla birgə həbs edilən Sübhan Xanlarova azadlığın məhdudlaşdırılması cəzası verilib. Üzərinə elektron qolbaq taxılan Sübhan məhkəmə zalından azadlığa buraxılıb.
Onlar Cinayət Məcəlləsinin 181 və 182-ci (Quldurluq və hədə-qorxu ilə tələb etmə) maddələri ilə təqsirli biliniblər.
Araşdırmalar zamanı məlum olub ki, dəstə üzvlərindən Sadiq və Aqşin Memarlıq və İnşaat Kollecinin, Nihat və Elnur Azərbaycan Texniki Universitetinin, Ağababa 2 saylı Tibb Kollecinin, Sübhan isə Bədən Tərbiyəsi və İdman Akademiyasının tələbəsi olub. Onlar oxuduqları təhsil müəssisələrindən xaric ediliblər.
Qeyd edək ki, qrup üzvləri 2021-ci il ərzində sosial şəbəkələrdə saxta cinsi azlıq profilləri açaraq müxtəlif şəxslərlə yazışıblar. Daha sonra onlar həmin şəxsləri "Qanlıgöl" adlanan əraziyə çağıraraq tələyə salıblar. Burada zərərçəkmişlərə qarşı fiziki zorakılıq edən, alçaldıcı formada videolar çəkən dəstə üzvləri quldurluq etməklə yanaşı onları hədələyərək pul və qiymətli əşyalar tələb ediblər. Quldurluqla üzləşən şəxslərdən biri - Tibb Universitetinin iraqlı tələbəsinin polisə şikayətindən sonra cinayətkar dəstə ifşa edilib. O da məlum olub ki, dəstə üzvləri əldə etdikləri telefonu Sübhan Xanlarov vasitəsilə satıblar. Sübhanın zərərçəkmişlərə qarşı alçaldıcı hərəkətlərin edilməsi, onların döyülməsi kimi hadisələrdə iştirak etmədiyi məlum olub.
Onu da qeyd edək ki, dövlət ittihamçısı Ağababa Musayevə 13 il, Aqşin Məmmədova 13 il, Nihat Rəhimliyə 12 il 6 ay, Sübhan Xanlarova 12 il 6 ay, Elnur Vəliyevə 12 il, Sadiq Ovciyevə isə 10 il cəza istəmişdi.
Müdafiə Nazirliyi iyunun 22-si saat 13:00 radələrində Azərbaycan Ordusunun
2018-ci il oktyabrın 22-də Daxili İşlər Nazirliyinin "102" xidmə
Milli Məclis və "Baku Network" ekspertlər platformasının əməkda
Sosial şəbəkələrdə Füzuli rayonunda yerləşən Köndələnçay su anbar�
Məlumdur ki, Operativ Qərargah pandemiya səbəbindən quru sərhədlərin iyu
Bloger Aysel Şükür birinci həyat yoldaşından şikayət edib.
Bu gün Laçın rayonu Prokurorluğunun açılışını etdik. Hesab edirəm ki,
Potensial olaraq Azərbaycan qazı Mərkəzi-Şərqi Avropada tədarüklərin t�
Fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov polkovnik Se
Yol kənarında istinad divarının uçması nəticəsində nəqliyyatın hərə
Azərbaycanla Qazaxıstan arasında münasibətlər strateji xarakter daşıyır
Amerikalı aktyor Armand Duqlas Hammer və model Elizabet Çembers ayrılıq qə