Azərbaycanlı və türkiyəli deputatlar telekörpüdə gündəmi müzakirə edib Milli Məclis və “Baku Network”un yeni layihəsi VİDEO FOTO
Siyasət 22 İyn 2023 15:56:00 308 0
Milli Məclis və "Baku Network" ekspertlər platformasının əməkdaşlığı çərçivəsində azərbaycanlı deputatlar Tural Gəncəliyev və Sevil Mikayılova parlamentin binasından telekörpü vasitəsilə Türkiyə Böyük Millət Məclisinin (TBMM) AK partiyadan olan millət vəkilləri Mustafa Canbəy və Osman Mesten ilə müzakirə aparıblar.
Bu xəbəri də oxu: Türk ulusunun vahid əlifbası: daha nə etməliyik?
Son.az Trend-ə istinadən xəbər verir ki, debat zamanı deputatlar bölgəmizdə baş verən ictimai-siyasi proseslərdən, zirvədə olan Türkiyə Azərbaycan münasibətlərindən, Türkiyənin şəffaf və ədalətli seçkilər keçirməklə dünyada sərgilədiyi demokratiya nümunəsindən, Ermənistanla Azərbaycan arasında aparılan sülh danışıqları prosesində İrəvanın qeyri-konstruktiv mövqeyi və digər məsələlərdən söz açıblar. Parlamentarilər həmçinin Azərbaycan Milli Məclisi ilə Türkiyə Böyük Millət Məclisi arasında əlaqələrin daha da inkişaf etməsinin, yeni layihələr üzərində çalışmağın vacibliyini vurğulayıblar.
Azərbaycanlı deputatlar bildiriblər ki, Milli Məclis üzvləri bu kimi teledebatlar reallaşdırmaqla parlament diplomatiyasında innovativ üsullar tətbiq edir. Azərbaycan Prezidenti İlham Əliyevin xarici siyasət istiqamətində qarşıya qoyduğu vəzifələrin icrası, xüsusən də Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması Milli Məclisin fəaliyyətində xüsusi yer tutur. Azərbaycan dövlətinin xarici siyasət kursunun parlament müstəvisində innovativ üsullarla irəliyə aparılması günün tələbidir və bu istiqamətdə işin daha da səmərəli icrasına imkan yaradır.
Qeyd edək ki, Azərbaycanın Milli Məclisi "Baku Network" ekspertlər platformasının imkanlarından da istifadə edərək parlament diplomatiyasını yeni vektor üzrə inkişaf etdirir. Məqsəd parlament diplomatiyasını effektiv istiqamətlər üzrə daha da genişləndirmək, deputatların dünyada baş verən geosiyasi və geoiqtisadi proseslərdə Azərbaycanın mövqeyini səsləndirməsi üçün yeni müstəvidə fəaliyyətini təşkil etməkdir. Deputatların öz həmkarları ilə telekörpü formatında debatlar aparması üçün imkanlar yaradılır, tanınmış siyasi xadimlərin, nüfuzlu şəxslərin iştirakı ilə qarşılıqlı maraq doğuran məsələlər ətrafında müzakirələr nəzərdə tutulur. TBMM üzvlərinin iştirakı ilə keçirilən bu telekörpü də əməkdaşlığın tərkib hissəsidir.
Müzakirələrin geniş videovariantını təqdim edirik.
Xəbərə aid video
Sosial şəbəkələrdə Füzuli rayonunda yerləşən Köndələnçay su anbar�
Məlumdur ki, Operativ Qərargah pandemiya səbəbindən quru sərhədlərin iyu
Bloger Aysel Şükür birinci həyat yoldaşından şikayət edib.
Bu gün Laçın rayonu Prokurorluğunun açılışını etdik. Hesab edirəm ki,
Potensial olaraq Azərbaycan qazı Mərkəzi-Şərqi Avropada tədarüklərin t�
Fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov polkovnik Se
Yol kənarında istinad divarının uçması nəticəsində nəqliyyatın hərə
Azərbaycanla Qazaxıstan arasında münasibətlər strateji xarakter daşıyır
Amerikalı aktyor Armand Duqlas Hammer və model Elizabet Çembers ayrılıq qə
Bakıda ildən-ilə kirayə mənzillərin qiymətində kəskin bahalaşma müşa
Ukraynaya tədarük edilən silah növlərinin artırılması Vaşinqtonun Kiyev
İyunun 21-də saat 22:20-də Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunları