Zakir Həsənov hərbi hissələrdə döyüşə hazırolma vəziyyətini yoxlayıb
Siyasət 16 Mar 2023 12:55:00 256 0
Müdafiə naziri general-polkovnik Zakir Həsənovun təsdiq etdiyi 2023-cü il üçün döyüş hazırlığı planına əsasən, Azərbaycan Ordusunun bir neçə hərbi hissəsində bölmələrin döyüşə hazırolma vəziyyəti yoxlanılıb.
Bu xəbəri də oxu: Prezident İlham Əliyev Monteneqro Prezidentinə başsağlığı verib
Son.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.
Yoxlamanın başlanması ilə əlaqədar olaraq döyüş bayrağı sıra meydanına gətirilib. Xalqımızın Ümummilli Lideri Heydər Əliyevin, Azərbaycanın suverenliyi, müstəqilliyi və ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Hərbi orkestrin müşayiəti ilə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Hərbi hissələrdə sıra baxışları keçirilib, maddi-tədris bazaları, şəxsi heyətin silah və döyüş təchizatı, eləcə də hərbi qulluqçuların fərdi hazırlığı yoxlanılıb.
Yoxlamanın yekun nəticələrinə əsasən döyüş hazırlığında fərqlənən bölmələrin mükafatlandırılması mərasimi keçirilib.
Mərasimdə bölmələrin döyüş qabiliyyətinin daha da yüksəldilməsi, komandir heyətinin bilik və bacarıqlarının təkmilləşdirilməsi, silahlanmaya yeni qəbul edilən silah, texnika və cihazların imkanlarının öyrənilməsi, təlimlərin real döyüş şəraitinə uyğun keçirilməsi, həmçinin bayram günlərində ayıq-sayıqlığın artırılması ilə əlaqədar müdafiə nazirinin tapşırıqları müvafiq olaraq çatdırılıb.
Sonda nümunəvi döyüş hazırlığı məşğələsi nümayiş olunub, hərbi xidmətdə fərqlənən bir qrup hərbi qulluqçuya qiymətli hədiyyə və fəxri fərmanlar təqdim edilib.
Talış kəndinə böyük qayıdış gününə həsr olunmuş tədbir start göt
Bu gün biz Azərbaycan xalqı olaraq daha bir tarixi qürurverici bir gün yaş
"Azərlotereya" ASC Novruz bayramı ərəfəsində "Əmanətə s�
Şəkərbura, qoğal, paxlava və xonçaya bəzək verən digər şirniyyatlar.
Daima müştərilərinə geniş məhsul çeşidləri təqdim edənZiraat Bank Az
Bakı şəhəri, Nəsimi rayonu Alı Mustafayev küçəsində (3-cü mkrn dairə
KOBİA-nın strateji fəaliyyətinin əsas istiqamətlərindən biri ölkədə �
Dünya miqyasında hərbi münaqişə ciddi fövqəladə vəziyyət zamanı böy
2022-ci il ərzində 290 sahibkarlıq subyektinin pozulmuş hüquqlarının bər
Ağdamda Azərbaycan-BMT tərəfdaşlığı üzrə strateji məsləhətləşməl
Xəbər verdiyimiz kimi, Naxçıvan Muxtar Respublikasının əmək və əhalin
Ermənistan Rusiyanın rəhbərlik etdiyi Kollektiv Təhlükəsizlik Müqaviləs
ABŞ və İsrail İrana qarşı hərbi əməliyyatlara başlayacaqmı?