KOBİAnın fəaliyyətinin əsas istiqamətlərindən biri əlverişli biznes mühitinin dəstəklənməsidir
Digərləri 16 Mar 2023 11:58:00 306 0
KOBİA-nın strateji fəaliyyətinin əsas istiqamətlərindən biri ölkədə əlverişli biznes mühitinin inkişafının dəstəklənməsidir.
Bu xəbəri də oxu: Qaralmış bananı yemək olar? İstifadə etməyin yolları
Son.az Trend-ə istinadən bildirir ki, bunu bu gün KOBİA İdarə Heyətinin sədri Orxan Məmmədov Bakıda keçirilən Korrupsiyaya qarşı mübarizə idarəetmə sistemi üzrə seminarda deyib.
O.Məmmədov bildirib ki, seminar mühüm və əhəmiyyətli məsələləri özündə ehtiva edir. Məlumdur ki, şəffaflığın təmin edilməsi, bu xüsusda korrupsiya ilə əlaqəli halların qarşısının alınması biznes mühitinin inkişafını şərtləndirən vacib yanaşmadır.
"Əlbəttə, ölkə səviyyəsində korrupsiyaya və onun bütün təzahürlərinə qarşı mübarizə daim diqqət mərkəzindədir. Bu məqsədlə Azərbaycanda institusional, təşkilati və hüquqi çərçivələrdə müxtəlif tədbirlər həyata keçirilir, mütərəqqi təcrübələr əsasında qanunvericilik sistemi formlaşdırılıb. Lakin problemin daha effektiv həll edilməsi üçün hər bir təşkilat korrupsiyaya qarşı mübarizə tədbirlərinə pro-aktiv töhfələr verməlidir. Bu baxımdan, Korrupsiyaya qarşı mübarizə idarəetmə sistemi üzrə beynəlxalq standartın tətbiqi həm dövlət, həm də özəl sektorda fəaliyyətlərin təkmilləşdirilməsi və risk idarəetmə sisteminin formalaşdırılması üçün əhəmiyyətli alət hesab edilə bilər.
Davamlı anti-korrupsiya mühitinin formalaşması təkcə bizneslərin inkişafı deyil, ölkəyə xarici investisiyaların cəlb edilməsi, onun beynəlxalq səviyyədə müsbət nüfuzunun qorunması və dayanıqlı inkişafın təmin edilməsi baxımından da əhəmiyyətlidir.
KOBİA bu məqsədlə müxtəlif istiqamətlərdə çoxşaxəli fəaliyyət göstərir.
Bizneslərdə mütərəqqi korporativ idarəetmə sisteminin inkişaf etdirilməsi ilə əlaqədar, qeyd etmək istərdim, Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın tərkibində fəaliyyət göstərən korporativ idarəetmə və ESG ilə bağlı işçi qrupuna və altqrupa KOBİA tərəfindən rəhbərlik edilir. Sözügedən fəaliyyət çərçivəsində mütərəqqi risk idarəetmə təcrübələrinin və sistemlərinin tətbiqinin genişləndirilməsi, bizneslərin bu sahədə məlumatlıq səviyyəsinin artırılması və potensialının gücləndirilməsi məqsədilə tədbirlər müəyyən edilərək aidiyyəti qurumlar ilə birgə icra edilir. Eyni zamanda, Korrupsiya və şəffaflıq işçi qrupu çərçivəsində antikorrupsiya, şəffaflıq, etik davranış və hesabatlılıq üzrə tədbirlərin sahibkarlıq subyektlərinə təşviq edilməsi KOBİA-ya həvalə olunmuşdur.
KOBİA həmçinin, ötən dövrdə İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının Şərqi Avropa və Mərkəzi Asiya üçün Anti-Korrupsiya Şəbəkəsinin 5-ci raund pilot qiymətləndirmə prosesində iştirak etmişdir. Bu il də tərəfimizdən müvafiq sorğulara uyğun məlumatlar təqdim edilmişdir.
KOBİA-nın fəaliyyət istiqamətlərinin yerlərdə həyata keçirilməsinə cavabdeh olan KOB dostu mexanizmi vasitəsilə ölkə sahibkarlarında korrupsiya anlayışları barədə təsəvvürü formalaşdırmaq məqsədilə mütəmadi qaydada sorğular həyata keçirilir. Keçirilən sorğular sahibkarların korrupsiyaya dair məlumatlılıq dərəcəsini, o cümlədən biznes mühitində anti-korrupsiya davranış qabiliyyəti səviyyəsini öyrənməyə hesablanmışdır. Bununla yanaşı, aparılan sorğular həmçinin, KOB subyektlərinin korrupsiya ilə əlaqəli maarifləndirməyə cəlb edilməsi üçün təlim ehtiyaclarını müəyyən etməyə əlverişli şərait yaradır.
KOBİA-nın strukturuna daxil olan KOB inkişaf mərkəzləri tərəfindən biznes mühitində şəffaflıq və anti-korrupsiya təlimləri təşkil olunur. Bu təlimlər sahibkarlara korrupsiya barədə tam və hərtərəfli biliklərin aşılanmasına zəmin yaradır. Sözügedən mexanizmi həmçinin, KOB subyektlərinin korrupsiyaya məruz qalmalarının qarşısını almağa yönəlməkdən başqa, onların öz fəaliyyətlərində bu kimi neqativ hallara yol verməmələrini təşviq edir".
O.Məmmədov deyib ki, Agentlik ölkədə KOB subyektlərinin maraqlarının qorunmasında və problemlərinin həllində iştirak etmək səlahiyyətinə malikdir. Sahibkarların hüquqlarının pozulması ilə bağlı daxil olan şikayət xarakterli müraciətlər üzrə araşdırmalar maraqların tərəflərin iştirakı ilə aparılır, hər bir müraciətin icrasına fərdi qaydada yanaşılır. Bu səpkidə 2022-ci il ərzində 290 sahibkarlıq subyektinin pozulmuş hüquqlarının bərpası təmin edilmişdir.
"Agentliyin KOB Evləri vasitəsilə biznes subyektlərinə dövlət və özəl qurumlar tərəfindən göstərilən xidmətlərin vahid məkanda və əlaqələndirilmiş formada çatdırılması təmin edilir. Burada əsas məqsəd hər bir xidmətin sahibkar məmnunluğu təmin edilməklə qanunauyğun, keyfiyyətli və şəffaf həyata keçirilməsidir. Ötən müddət ərzində KOB evlərində göstərilmiş xidmətlərin məmnunluq səviyyəsi 98% təşkil etmişdir. Hazırda Bakı ilə yanaşı, Xaçmaz və Yevlax şəhərlərində də KOB evi fəaliyyət göstərir. Bu baxımdan, bugünkü seminarın Bakı KOB Evində təşkil edilməsi də müəyyən rəmzi çalarlar daşıya bilər.
Ümid edirəm ki, korrupsiyaya qarşı mübarizə idarəetmə sistemi üzrə keçirilən seminar ölkəmizdə müvafiq beynəlxalq standartın tətbiqinin genişləndirilməsinə və dövlətin həyata keçirdiyi siyasətə öz töhfəsini verəcəkdir", - agentlik sədri əlavə edib.
Son.az
Dünya miqyasında hərbi münaqişə ciddi fövqəladə vəziyyət zamanı böy
2022-ci il ərzində 290 sahibkarlıq subyektinin pozulmuş hüquqlarının bər
Ağdamda Azərbaycan-BMT tərəfdaşlığı üzrə strateji məsləhətləşməl
Xəbər verdiyimiz kimi, Naxçıvan Muxtar Respublikasının əmək və əhalin
Ermənistan Rusiyanın rəhbərlik etdiyi Kollektiv Təhlükəsizlik Müqaviləs
ABŞ və İsrail İrana qarşı hərbi əməliyyatlara başlayacaqmı?
Bakıda məşhur influenserlər Həmidə Hacıyeva və Banu Allahverdinin başı
Bakıda kafedə musiqi sifarişi üstündə baş verən davada ölən və xəsar
Fars molla rejiminin Azərbaycana qarşı çirkin kampaniyası, təxribatları
"Həyat yoldaşımdan boşandım, daha sonra o, dünyasını dəyişdi. Gə
BMT nümayəndələri Füzuli Beynəlxalq Hava Limanına endikdən sonra erməni
Azərbaycanda iqtisadiyyatın diversifikasiyası sektorunun inkişafı üçün p
İndiki Ermənistan ərazisindən qovulmuş azərbaycanlıların öz evlərinə
Xəbər verdiyimiz kimi, Türkiyədə zəlzələnin olduğu Şanlıurfa və Adı