Heydər Əliyev Beynəlxalq Aeroportu növbəti dəfə nüfuzlu “Skytrax” mükafatına layiq görülüb
Digərləri 16 Mar 2023 12:14:00 233 0
Bu xəbəri də oxu: Ən sağlamı nə buğda, nə də kəpək çörəyidir
Heydər Əliyev Beynəlxalq Aeroportu ən nüfuzlu sənaye mükafatlarından biri olan "Skytrax World Airport Awards 2023" mükafatının iki nominasiyasında qalib gəlib.
Son.az Trend-ə istinadən bildirir ki, mükafatlandırma mərasimi martın 15-də Amsterdamda EXPO sərnişin terminalında baş tutub.
Bakı hava limanı "World Airport Awards 2023" mükafatına görə "Mərkəzi Asiya/MDB üzrə ən yaxşı regional hava limanı" kimi tanınıb. O, həmçinin ardıcıl olaraq ikinci dəfə "Mərkəzi Asiya və MDB üzrə ən yaxşı hava limanı heyəti" nominasiyasında qalib olub.
"Bu gün nüfuzlu "Skytrax" mükafatının iki nominasiyasında qalib gələrək yüksək statusunu növbəti dəfə təsdiqləyən hava limanımızla bir daha qürur duyuruq. Bu əlamətdar tanınma hamımız üçün böyük şərəfdir. Azərbaycan Prezidenti İlham Əliyevin bilavasitə diqqəti və daimi qayğısı sayəsində ölkənin mülki aviasiyası sürətlə inkişaf edir və beynəlxalq aləmdə yeni böyük nailiyyətlər əldə edir. Bakı aeroportu bundan sonra da bütün dünya standartlarına cavab verən yüksək keyfiyyətli xidmətlər göstərməyə davam edəcək", - deyə AZAL-ın prezidenti Cahangir Əsgərov bildirib.
"World Airport Awards" dünya hava limanı sənayesində ən nüfuzlu mükafatdır. Tədqiqat hava limanında sərnişinlərə xidmətin keyfiyyətini və əsas göstəricilərin - qeydiyyat, gəliş, tranzit, alış-veriş, təhlükəsizlik/qapıda pasport nəzarətinin səmərəliliyini qiymətləndirir.
Bakı aeroportu Azərbaycan aviaşirkətləri üçün baza hava limanıdır, sərnişinlərə və aviaşirkətlərə dünyanın ən ciddi tələb və standartlarına cavab verən xidmət göstərmək üçün tam infrastruktura malikdir.
KOBİA-nın strateji fəaliyyətinin əsas istiqamətlərindən biri ölkədə �
Dünya miqyasında hərbi münaqişə ciddi fövqəladə vəziyyət zamanı böy
2022-ci il ərzində 290 sahibkarlıq subyektinin pozulmuş hüquqlarının bər
Ağdamda Azərbaycan-BMT tərəfdaşlığı üzrə strateji məsləhətləşməl
Xəbər verdiyimiz kimi, Naxçıvan Muxtar Respublikasının əmək və əhalin
Ermənistan Rusiyanın rəhbərlik etdiyi Kollektiv Təhlükəsizlik Müqaviləs
ABŞ və İsrail İrana qarşı hərbi əməliyyatlara başlayacaqmı?
Bakıda məşhur influenserlər Həmidə Hacıyeva və Banu Allahverdinin başı
Bakıda kafedə musiqi sifarişi üstündə baş verən davada ölən və xəsar
Fars molla rejiminin Azərbaycana qarşı çirkin kampaniyası, təxribatları
"Həyat yoldaşımdan boşandım, daha sonra o, dünyasını dəyişdi. Gə
BMT nümayəndələri Füzuli Beynəlxalq Hava Limanına endikdən sonra erməni
Azərbaycanda iqtisadiyyatın diversifikasiyası sektorunun inkişafı üçün p
İndiki Ermənistan ərazisindən qovulmuş azərbaycanlıların öz evlərinə