Heydər Əliyev Mərkəzində bəhreynli rəssamın “İlk qığılcım” adlı sərgisi açılıb
Kriminal 15 Mar 2023 12:41:00 285 0
Heydər Əliyev Mərkəzi ziyarətçilərinə fərqli incəsənət nümunələrindən ibarət daha bir sərgi təqdim edib.
Son.az Trend-ə istinadən bildirir ki, martın 14-də Mərkəzdə bəhreynli rəssam Raşid Al Xəlifənin "İlk qığılcım" (First light) adlı sərgisinin açılışı olub. Bakı sərgisində Raşid Al Xəlifənin ən son instalyasiyaları nümayiş etdirilir.
Müəllifin "Balıq tələsi", "Mozaika", "Biz canlı olan hər şeyi sudan yaratdıq", "Dairəvi əks-etmə" kimi əsərləri ilk dəfə Heydər Əliyev Mərkəzində təqdim edilir. Bu, həm də rəssamın Azərbaycandakı ilk sərgisidir.
Sərginin açılışından öncə jurnalistlərə açıqlama verən Raşid Al Xəlifə Bakıda olmaqdan məmnunluq hissi keçirdiyini söyləyib: "Mən çox şadam ki, Bakını gördüm və öz sənət nümunələrimi bu gün Heydər Əliyev Mərkəzində nümayiş etdirə bilirəm. Özümlə gətirdiyim sənət nümunələrinin bəziləri məhz bu sərgi üçün hazırlanıb. Bakını ziyarət etmək mənə bir neçə dəfə tövsiyə olunub. Mən Bakını bu Mərkəzin açılışından sonra görmək istəyirdim və burda öz əsərlərimi nümayiş etməkdən böyük şərəf hissi duyuram".
Sərginin açılış mərasimində Heydər Əliyev Mərkəzinin direktorunun birinci müavini Fərqan Novruzov çıxış edərək diqqətə çatdırıb ki, Heydər Əliyev Mərkəzi hər bir zaman dünya mədəniyyəti nümunələrinin təbliği istiqamətində fəaliyyət göstərir: "Bu gün müasir incəsənət nümunələrinin parlaq nümayəndələrindən olan Bəhreyn Kral ailəsinin üzvü , Bəhreyn Milli İncəsənət Şurasının sədri, İncəsənət Cəmiyyətinin ilk prezidenti və fəxri prezidenti Şeyx Raşid Al Xəlifənin sərgisinin Heydər Əliyev Mərkəzində təşkil olunması mühüm bir hadisədir. Ümid edirik ki, sərgidən zövq alacaqsınız və xoş təəssüratla ayrılacaqsınız".
Azərbaycan Rəssamlar İttifaqının sədri, Xalq rəssamı Fərhad Xəlilov söyləyib: "Bu gün bu möhtəşəm binada belə bir sərgini ziyarət etmək mənim üçün xoş oldu. Dünyada ayrı-ayrı rəssamlarla görüşmək və onların yaradıcılıq dünyaları ilə tanış olmaq imkanları mənə nəsib olub. Ərəb mədəniyyəti və elminin dünyada özünəməxsus yeri var. Bu sərgi qeyri-adiliyi ilə fərqlənir. Sərgi bir rəssam kimi mənim üçün, ən yüksək hisləri keçirdiyim sərgidir. Belə bir gözəl sərginin təşkilində əməyi keçən hər kəsə, xüsusən Heydər Əliyev Mərkəzinə təşəkkür edirəm".
Sərginin kuratorları Stefan Stoyanov çıxış edərək ən böyük arzusunun bu gün gerçəkləşdiyini dilə gətirib: "Mən Nəsimi İncəsənət Festivalı zamanı Bakıda olmuşdum. Həmin vaxt bu möhtəşəm Heydər Əliyev Mərkəzində də olmuşduq və bina mənə çox böyük təəssürat bağışlamışdı. Qeyd etmək istəyirəm ki, Heydər Əliyev Mərkəzi yeni əsrin ən gözəl memarlıq nümunəsidir. Mənim üçün artıq arzusunda olduğum anın-Raşid Al Xəlifənin sərgisinin bu binada təşkil edilməsi xoşbəxtlik hissi yaradır".
Sərginin digər kuratoru Yasmin Şarabi çıxış edərək bildirib ki, sərgilərdə rəssamın olduqca maraqlı əsərləri var. Ziyarətçilər burada qeyri-adi parametriyanı görmüş olacaqlar. Həmçinin Bəhreynin özünəməxsus memarlıq hissələrini tərənnüm edən əsərləri və ilahi naxışları özündə daşıyan həndəsi elementləri görə biləcəklər. Şeyx Raşid Al Xəlifə qədimliklə müasirliyi özündə ehtiva edən əsərləri ortaya qoyur. Əsərlər gələcəyə doğru nəzər salır, lakin keçmişi yaddan çıxarmır".
Şeyx Raşid Al Xəlifə çıxış edərək hər kəsi salamlayaraq, belə bir gözəl binada fərdi sərgisinin təşkilindən məmnun olduğunu qeyd edib.
"Mən Bəhreynlə Azərbaycan arasında incəsənət sahəsində mübadilə proqramının daha da genişləndirilməsini arzu edərdim. Mənim sərgimi qəbul etdiyinə görə Heydər Əliyev Fonduna və onun rəhbərliyinə təşəkkür edirəm", - deyə rəssam vurğulayıb.
Hesablama Palatası tərəfindən Naxçıvan Dövlət Universitetində (NDU) yox
Zəngəzur dəhlizi Orta Dəhlizin inkişafında təkanverici qüvvə rolunu oyn
Əvəz Zeynalov və Elnur Şükürovun təqsirləndirilməsinə dair cinayət i�
"Telekanal rəhbəri var idi, seiral çəkirdi. 10 ilin söhbətidir. Göz�
Kinoteatrlarda uğurla nümayiş olunan "Evdə Qalmış" filminin kadr
Azərbaycan təkcə regionda, qlobal arenada yox, həm də müsəlman aləmində
İslamofobiya cəhalətin nəticəsi deyil, siyasi əqidənin bir hissəsidir?
Azərbaycan Respublikasının Mərkəzi Bankı, Azərbaycan Respublikasının Ek
30 illik işğal dövründə Ermənistanın Qarabağda məscidləri, dini məbə
Dünən Bakı Şəhəri Kənar Dairəvi yolda sürət həddini aşaraq manevretm
Dünən səhər saatlarında Yasamalda - Bakı dairəvi avtomobil yolunda baş v
Rusiya orbitindən sürətlə uzaqlaşan Ermənistan elə həmin templə də Qə
Özbaşına tikinti işlərinin aparılmasına görə cərimələr artırılır.
Martın 15-i saat saat 00:10-dan 02:30-dək Ordumuzun mövqeləri atəşə tutul