"Azərbaycan müsəlman aləmində də mühüm rola malikdir"
Siyasət 15 Mar 2023 12:09:00 314 0
Azərbaycan təkcə regionda, qlobal arenada yox, həm də müsəlman aləmində də mühüm rola malikdir.
Bu xəbəri də oxu: İlham Əliyev bir sıra qanunlarda dəyişikliyi təsdiqlədi
Bu barədə Trend-ə özəl açıqlamasında Pakistan Müsəlman İnstitutu Düşüncə Mərkəzinin sədri Sultan Əhməd Sahibzadə deyib.
O qeyd edib ki, hər bir dində başqa bir dinə, onun dəyərlərinə, müqəddəs yerlərinə hörmət aşılanır:
"Lakin Ermənistan Azərbaycan torpaqlarını 30 il işğal altında saxladığı dövr ərzində vandallıq aktları törədib. Mən Şuşada, Füzulidə və işğaldan azad edilən ərazilərdə olmuşam. Gördüyüm dağıntılar qarşısında şok keçirdim. Başa düşə bilmirəm ki, niyə məscid dağıdılsın? Məscid insanların öz tanrıları ilə ünsiyyət saxladığı müqəddəs bir məkandır. Qarabağda ermənilər məscidləri dağıdıb, orada heyvan saxlayıb. Bunu anlamaq çox çətindir. Beynəlxalq ictimaiyyət buna reaksiya verməlidir", - deyə o əlavə edib.
Xatırladaq ki, martın 15-16-da Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi (BBMM), Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi (BMTM) və G20 Dinlərarası Dialoq Forumu İslamofobiya ilə Beynəlxalq Mübarizə Gününə həsr olunan "İslamofobiya irqçiliyin və ayrı-seçkiliyin spesifik forması kimi: Yeni qlobal və transmilli çağırışlar" mövzusunda beynəlxalq konfrans keçirilir.
Konfransın əsas məqsədi beynəlxalq və milli səviyyədə müsəlmanları və əhalisi müsəlman olan ölkələri hədəf alan həyəcanverici tendensiyaları müzakirə etmək üçün akademik platforma yaratmaqdır. Konfransda 32 ölkədən alimlər, beynəlxalq təşkilatların ekspertləri, din xadimləri və qeyri-hökumət təşkilatlarının nümayəndələri iştirak edir, islamofobiya ilə mübarizədə fərqli yanaşma, Avropanın bəzi ölkələrində islamofobiyanın təzahürləri, dünya mediasında islamofobiya mövzularında müzakirələr aparırlar.
Qeyd edək ki, 15 mart tarixinin İslamofobiya ilə Mübarizə Günü olması ilk dəfə 2020-ci il noyabrın 27-28-də İslam Əməkdaşlıq Təşkilatının Xarici İşlər Nazirləri Şurasının Niger Respublikasının Niamey şəhərindəki toplantısında elan edilib. Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyası 2022-ci ildə 15 mart tarixini İslamofobiya ilə Beynəlxalq Mübarizə Günü kimi qəbul edib.
İslamofobiya cəhalətin nəticəsi deyil, siyasi əqidənin bir hissəsidir?
Azərbaycan Respublikasının Mərkəzi Bankı, Azərbaycan Respublikasının Ek
30 illik işğal dövründə Ermənistanın Qarabağda məscidləri, dini məbə
Dünən Bakı Şəhəri Kənar Dairəvi yolda sürət həddini aşaraq manevretm
Dünən səhər saatlarında Yasamalda - Bakı dairəvi avtomobil yolunda baş v
Rusiya orbitindən sürətlə uzaqlaşan Ermənistan elə həmin templə də Qə
Özbaşına tikinti işlərinin aparılmasına görə cərimələr artırılır.
Martın 15-i saat saat 00:10-dan 02:30-dək Ordumuzun mövqeləri atəşə tutul
VTB (Azərbaycan) uşaq və qocalar evlərinin sakinləri üçün "Nəsill�
Rusiyanın Xalq artisti Alla Puqaçovanın nəvəsi, aktyor, müğənni Nikita
Müsəlmanlara qarşı şifahi və fiziki təhdidlər ifadə olunur.
Dövlət Təhlükəsizliyi Xidmətində istintaq olunan cinayət işi üzrə apa
Türkiyə Prezidenti sözçüsü İbrahim Kalın Vaşinqton səfəri çərçivə
Din adamlarının islamofobiyaya qarşı öz səslərini yüksəltməsi olduqca