Fransa neonasizmin məbədidir Politoloq


Siyasət 13 Mar 2023 18:18:00 179 0

Fransa neonasizmin məbədidir  Politoloq

Dünyadakı siyasi proseslər hadisələrə daha sağlam gözlə baxmağımızı labüd edir. Samuel Hantinqtonun "dünyada ədaləti ədalətdən çox danışanlar tapdalayır" nitqi indi Fransanın neimüstəmləkəçi simasına işarədir sanki. Bəşəri dəyərlərin qorunmağının qlobal məsuliyyət şüuru tələb etdiyi indiki dövrdə Fransanın müstəmləkəçiliyi dövlət ideologiyası halına gətirməyi qəbuledilməzdir. Bu gün Azərbaycan başda olmaqla dünyanın bir çox nüfuzlu ölkəsi Fransanın Kaledoniya, Korsika, Mayotlarda etdiyi hüquqi cinayətlərə etiraz edir. Bu haqlı protestin yaxın zamanlarda çevrəsi daha da genişlənəcək.

Bu fikirləri Trend-ə açıqlamasında Sosial Tədqiqatlar Mərkəzinin (STM) sektor müdiri, politoloq Tural İsmayılov söyləyib.

Onun sözlərinə görə, əsla qəbul edilə bilməz ki, bir ölkə öz coğrafi sərhədlərinə aid olmayan bölgələrdə siyasi və hüquqi qəsbə rəvac versin. Korsikanın yerli parlamentində Korsika dilinin qadağan edilməsi ilə bağlı son qərar Korsika əhalisinin növbəti etirazlarına səbəb olur. Əvvəla unutmaq olmaz ki, Korsika yerli parlamenti birbaşa Fransa mərkəzi hakimiyyəti tərəfindən gələn direktivlərlə işləyir. Yerli əhali bu parlamenti heç bir formada özünün təmsilçisi hesab etmir və edə də bilməz.

"Bastia inzibati məhkəməsi yerli parlamentdə müzakirələrin Korsika və fransız dilləri olduğunu bildirən prosedur qaydalarının müddəalarını ləğv edib. Məhkəmə hesab edib ki, bu müddəa Fransa Konstitusiyanın 2-ci maddəsinə ziddir. Qərar mərkəzi hökumətin adadakı ən yüksək nümayəndəsi olan Korsika prefekti tərəfindən qaldırılan məhkəmə iddiasından sonra, eləcə də Emmanuel Makron administrasiyasının yerli siyasətçilərlə Korsikaya daha çox muxtariyyət verilməsi barədə danışıqlar apardığı bir vaxtda qəbul edilib. Halbuki, qərarda Fransanın öz konstitusiyasını belə heçə saydığını görürük. Korsika adası ilə bağlı qərarlarda Fransa konstitusiyasının müddəalarının subyektiv şərhləri hüquqi nonsensdir.

Müstəqillik tərəfdarı olan "Core in Fronte" partiyası tviter hesabında bu qərarı "rüsvayçı" hesab edib. Millətçi deputatlar hesab edirlər ki, məhkəmə qərarı və onun motivasiyası yalnız konstitusiyaya yenidən baxılmasının mütləq zərurətini təsdiqləyir, xüsusən də Korsika dilinin rəsmi statusunu təmin etmək, onun yaşaması və inkişafı üçün vacib şərtdir.

"Korsikada yalnız fransız dilinin istifadə oluna biləcəyinə dair hökm ayrı-seçkilik və beynəlxalq qanunların pozulmasıdır, çünki ingilis dili dövlət universitetlərində də istifadə olunur, lakin Korsika dili qadağandır", - deyə BMT-nin azlıqlar üzrə xüsusi məruzəçisi Fernan de Varen özünün tviter hesabında müvafiq qərarın ədalətsiz olduğunu qeyd edib. Bu məsələnin beynəlxalq siyasi institutlara çıxarılmağı üçün biz də fəal mübarizəyə qoşulmalıyıq", - deyə T.İsmayılov əlavə edib.

T.İsmayılov bildirib ki, 2021-ci ildə Fransa Milli Assambleyasında "separatizmlə mübarizə və respublikanın prinsiplərinə hörmət haqqında" və "terror hücumlarının qarşısının alınması" adlı iki qanun layihəsi qəbul olundu. Hər iki qanun layihəsi ölkədə separatizm və terrorizmlə mübarizədə hökumətə daha geniş addımlar atmağa imkan verir. Bu qanun layihəsinin təşəbbüskarı isə şəxsən Fransa Prezidenti Emmanuel Makrondur. Bundan sonra Fransada irqçilik, islamafobiya və digər qeyri-insani addımlar daha da vüsət almağa başladı.

"2022-ci ilin yay aylarında Fransa rəsmiləri dəfələrlə Korsika Milli Azadlıq Cəbhəsinin (FLNC) fəaliyyəti haqqında danışarkən onu siyasi mübarizə aparan azadlıq hərəkatı kimi, ekstremist şəbəkə kimi qələmə veriblər. Korsika adasının tarixi keçmişi onun Fransadan daha çox İtaliya bağlarını ortaya qoyur. Fransa konstitusiyasının "bir millət" prinsipi Fransanın coğrafi ərazilərini əhatə edir. Korsika adasının Kaledniya və digər bölgələr kimi Fransa coğrafi sərhədlərinə aidliyi yoxdur. Fransada Korsika, Brittani, bundan Oksitaniya və Savoyard kimi yerlərdə milli identifikasiyaya qarşı beynəlxalq hüquqa zidd addımlar atılır. Korsika dilinin italyan dilinin bir ləhcəsi kimi tarixi keçmişi var. O baxımdan Korsikada baş verənlərə yaxın zamanlarda Qoşulmama Hərəkatı və Türk Dövlətləri Təşkilatı da etiraz edə bilər", - deyə T.İsmayılov əlavə edib.

"Anam yuxudan oyatdı ki, dur gör qapıdakı uşaqlar nə istəyir" like
  • 13 Mar 18:07  
Şou-biznes "Anam yuxudan oyatdı ki, dur gör qapıdakı uşaqlar nə istəyir"

"Bizim sahəmizdə yatırım edənlər çatışmır. Gələcəyə inanıb y

arrow Ətraflı
Ermənistan XİNin mətbuat katibi istefa verdi like
  • 13 Mar 17:47  
Digərləri Ermənistan XİNin mətbuat katibi istefa verdi

Ermənistanın XİN-in mətbuat katibi Vahan Unanyan istefa verib. 

arrow Ətraflı
Fransanın dil oyunu: ermənilərə "olar", amma korsikalılara yox... like
  • 13 Mar 17:44  
Siyasət Fransanın dil oyunu: ermənilərə "olar", amma korsikalılara yox...

Parisin bir rayonu boyda olmayan Xankəndidəki ermənilərin "muxtariyyət

arrow Ətraflı
Metroda əxlaqsızlıq edən cütlüyü VİDEOya çəkdilər like
  • 13 Mar 17:37  
Dünya Metroda əxlaqsızlıq edən cütlüyü VİDEOya çəkdilər

Sosial şəbəkələrdə yayılan video maraq doğurub.

arrow Ətraflı
Ancelina Coli Bred Pittin sirlərini açır like
  • 13 Mar 17:34  
Şou-biznes Ancelina Coli Bred Pittin sirlərini açır

Ancelina Coli keçmiş əri Bred Pittin yeni sevgilisi ilə görüşmək istəyi

arrow Ətraflı
Fəhlə yük avtomobilli ilə soyuducu arasında qalıb can verdi like
  • 13 Mar 17:23  
Digərləri Fəhlə yük avtomobilli ilə soyuducu arasında qalıb can verdi

Martın 11-i saat 12 radələrində 1988-ci il təvəllüdlü Elvin Məmmədovun

arrow Ətraflı
3D printerlə hazırlanmış raket kosmosda uğursuz oldu like
  • 13 Mar 17:20  
Digərləri 3D printerlə hazırlanmış raket kosmosda uğursuz oldu

"Relativity Space"in dünyanın ilk 3D çap raketini buraxmaq planı i

arrow Ətraflı
Hərbi xidmətə çağırışla bağlı rüşvət alan vəzifəli şəxslər həbs edildi like
  • 13 Mar 17:12  
Digərləri Hərbi xidmətə çağırışla bağlı rüşvət alan vəzifəli şəxslər həbs edildi

Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfind

arrow Ətraflı
Avropa Parlamenti şəxsi maraqlarla idarə olunur  ŞƏRH like
  • 13 Mar 17:11  
Siyasət Avropa Parlamenti şəxsi maraqlarla idarə olunur ŞƏRH

Avropa Parlamenti yaxın günlərdə Azərbaycanın əleyhinə növbəti, Ermən

arrow Ətraflı
"Məhkəmənin bu qərarı bizim üçün təhqir kimi səslənir" like
  • 13 Mar 16:59  
Dünya "Məhkəmənin bu qərarı bizim üçün təhqir kimi səslənir"

9 mart tarixində Bastia inzibati məhkəməsi Korsika Assambleyasında müzakir

arrow Ətraflı
İran lehinə təbliğat aparan 32 nəfər saxlanıldı  SİYAHI like
  • 13 Mar 16:55  
Digərləri İran lehinə təbliğat aparan 32 nəfər saxlanıldı SİYAHI

Hüquq-mühafizə orqanları əməkdaşlarının keçirdikləri xüsusi əməliy

arrow Ətraflı
Məşhur aktyor xəstəxanaya yerləşdirildi like
  • 13 Mar 16:51  
Şou-biznes Məşhur aktyor xəstəxanaya yerləşdirildi

Məşhur türkiyəli aktyor Yılmaz Qrudanın səhhəti yenidən pisləşib. 

arrow Ətraflı
Ombudsman Edillidəki kütləvi məzarlıqlarda aparılmış araşdırmaya dair hesabat hazırlayıb like
  • 13 Mar 16:44  
Digərləri Ombudsman Edillidəki kütləvi məzarlıqlarda aparılmış araşdırmaya dair hesabat hazırlayıb

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə müvəkkili (ombudsman)

arrow Ətraflı